Məşhurların məktəb faciələri: Özünü güllələyən, döyülməkdən huşunu itirən yazıçılarımız
Maraqlı8 aprel 2018 22:20
XIX əsrin sonlarında meydana gələn maarifçilik hərəkatı daha çox məktəbin, müəllimin adı ilə bağlıdır. Həmin müəllimlərdən bir çoxu sonradan mətbuat və ictimai sahələrə üz tutdular. Lakin fakt öz faktlığında qalırdı: onları məktəb yetişdirmişdi və hansı sahədə çalışmalarından asılı olmayaraq, hər yanda müəllim kimi qala bildilər.
Sonradan mətbuatımızın əsasını qoyan bu klassiklərə müəllim peşəsini sevdirəcək bir amil də var: onlar vaxtikən, bəzi müəllimlərin çox sərt reaksiyası ilə üzləşmiş, bu gözəl məsləyin o qədər də layiqli insanların danışmadıqlarının şahidi olmuşdular. Bu səbəbdən də, özləri sonradan müəllim kimi çalışdıqdarında şagirdlərinə qarşı valideyn məhəbətini əsirgəməyiblər.
azedu.az iki maarifçi klassikimizin məktəb faciəsindən bəhs edir:
Süleyman Sani Axundovdan başlayaq. Qoridə oxuyan zaman gələcəyin məşhur yazıçısının vur-tut 17 yaşı var idi. Qori Müəllimlər Seminariyasının son sinfində oxuyurdu. Bir gün seminariyada növbətçi olan zaman tələbələr üçün göndərilən çörəyin keyfiyyətsiz olduğunu görüb seminariyanın inspektoru məşhur Çernyayevskiyə müraciət edir. Çörək geri qaytarılır. Axundov isə seminariya fondundan pul götürərək lazımı qədər çörək alır. Çörəkçi gənc tələbədən hər çörəyə görə 1 manat 20 qəpik dəyərində pul alır. Bu, əslində, bütün çörək dükanlarındakı normal qiymət idi. Lakin inspektor Çernyayevski bir gündən sonra həmin dükanın yanından keçərkən, çörəyin qiymətini soruşur. Çörəkçinin köməkçisi özünü dəblə geyinmiş, yüksək zümrəli şəxsləri xatırladan müəllimə yaxşı göstərməkdən yana çörəyin qiymətini ucuz deyir- 1 manat. Əsəbləşən inspektor seminariyaya gəlir. Həmin gün çörək alan Axundovu fırıldaqçılıq və tamahkarlıqda günahlandırır. Axundov nə qədər həqiqəti danışsa da, xeyri olmur. Nəticədə, az qala, seminariyadakı bütün müəllim və tələbələrin ona münasibəti dəyişir. Hər zaman xətirini istədikləri Axundova soyuq davranır, ondan atmacalarını əsirgəmirlər. Bütün bunlar Süleyman Saniyə ağır təsir edir. Tərəddüd etmədən seminariyanın növbətçilik nişanını gətirərək, Çeryayevskinin masasının üzərinə tullayır. Bu hərəkət inspektoru qəzəbləndirir. Nəticədə onun işini təlim-tərbiyə işlərinə nəzarət edən pedaqoji sovetə verirlər. Pedaqoji sovet onun təlim-tərbiyə qiymətini birbaşa "5”-dən "3”-ə endirir. Bu isə Axundov üçün ölüm demək idi. Bir müddət nə edəcəyini bilmir. Hələ bu azmış kimi inspektor Aleksey Osipoviç Axundovun dayısı, dövrünün tanınmış aydını Səfərəli bəy Vəlibəyva məktub yazaraq, bacısıoğlunu fırıldaqçılıq və oğurluqda günahlandırır. Səfərəli bəy onun bu iddiasını rədd edir. Məsələ ilə özü maraqlanır. Seminariyanın bir neçə müəllimi ilə özü şəxsən həmin çörək dükanına gedir. Öyrənir ki, orada çörəyin qiyməti hər zaman 1 manat 20 qəpik olub. İndi də elədir. Lakin şagird nə üçüncə Osipoviçə qiyməti bir manat kimi göstərib.
Lakin artıq çox gec idi. Axundova qarşı fikir çoxdan dəyişmiş, pedaqoji sovet də öz kafi qiymətini vermişdi. Onda Axundovun qarşısında yalnız bir yol qalır: özünə qəsd etmək! Müəyyən yolla tapança əldə edir. 1893-cü ilin 22 yanvar gecəsində özünü öldürməmişdən əvvəl öncə dayısı üçün kiçik qeyd yazır. Araşdırmaçı, arxiv bilicisi Aslan Kənanın yazıçı ilə bağlı tədqiqat əsərində həmin qeydin mətni bu cürdür:
"Bağışlayın məni! Yalnız həyatımda olan dərddən başqa sizə heç nə gətirməmişəm. Mən başqa cür edə bilməzdim. Qəmlənməyin, kədəri özünüzə yaxın buraxmayın. İttiham etməyiniz bacıoğlunuzu. O, bu biabırçılığa dözə bilməzdi. Yazmaq istəmirəm. Göz yaşlarım ixtiyarsız üzümə tökülür. Anamda muğayat olun!”
İkinci "şanlı məktubu” isə seminariyadakı ən yaxın dostu Musaya yazır:
"Əziz qardaşım, Musa!
Sənin dostun elə bir səfərə gedir ki, əlbəttə, oradan kimsə geri qayıtmır. Artıq mənim həyatım belə yaranıb. Məni başa düşmədiklərinə görə yazıram. Artıq hər şeyi yaddan çıxarıb, yalnız düşünülməmiş əbədi və soyuq yuxuya gedirəm. Doğmalarımdan heç birini görmədən bu işıqlı dünyadan ayrılmaq çətindi.
Bilirəm ki, hamı məni qınayacaq. Biri deyəcək dəli idi, o biri deyəcək ki, özündən asılı olmadan bu hərəkəti edib.
O zaman səni məni müdafiə et. Sabah gəlib qarşında nə görəcəksən? Qana boyanmış meyid sənin qarşında.
Hərdən yada sal və yaddan çıxarma!” (Aslan Kənan, "Ağlaya-ağlaya sevdiyim yazıçı”)
Nəhayət, üçüncü və sonuncu məktubunu isə onun həyatını zəhərləmiş inspektor Çernyayevskiyə yazır:
"Möhtərəm, Aleksey Osipoviç!
Mən tatar şöbəsində yaşadığım səkkkiz il müddətində heç kəsə pislik etməmişəm. Heç bir yoldaşı incitməmişəm. Onların heç biri məndən narazı qalmayıb. Onlara qardaş kimi yanaşmışam. Mən o qədər inanıram ki, onlardan heç biri Axundov haqqında pis fikir söyləməz və nə zamansa fırıldaqçılıq etdiyim barədə danışmaz.
Ancaq siz? Siz nəinki məndə bu hərəkəti tapmadınız - hansı ki, mən doğrudan da həmin şəxslərdənəm - əksinə, belə qənaətə gəldiniz ki, ağılsız, yüngülxasiyyət, həm də axmaqam.
Buna görə də əsəbləşdim və inandım ki, siz nə vaxtsa məni tanıyacaqsız. Lakin nahaq! Mən təmiz qəlbli vəhşi asiyalıyam ki, öz mənliyim sizin tərəfinizdən ləkələnib. Ağarmış saçlarınızdan utanın.
Görün, siz mənə qarşı nələr etdiniz?!
Əlvida! Hərdən şagirdlərinizi yada salın!” (yenə orada)
Bu, artıq son söz idi. 17 yaşlı gənc kiçik tərəddüdlə dostundan 9 manat borc alaraq, aldığı tapançanı özünə tərəf tuşlayır. Gicgahına dayamağa ürəyi gəlmir. Əli ilə tapançanı bir az uzaqlaşdırıb alnını nişan alır...Gözlərini yumur... Və... Atəş açılır...
Bir neçə saniyədən sonra bütün Qori Seminariyası hadisə yerinə gəlirş Hamının gözü iki rus həkimdədir. Onların sözü isə belə olur: "Qorxulu heç nə yoxdu! Güllə sadəcə, sol yanağında sıyrılaraq keçib”.
O zaman üzü qan içində olan gənc Axundov sonradan bunu çox xatırlayacaqdı...
İndi isə keçək, digər aydının - Ömər Faiq Nemanzadənin məktəbdə üzləşdiyi faciəyə...
Onun faciəsinə səbəb İstanbulun "Dar-üş şəfəq” məktəbində oxuyan zaman tələbə dostları ilə birgə üsul-idarəyə qarşı qaldırdığı qiyam olub. Belə ki, başqa tələbələrlə birgə onu da həbs edib şallaqlayırlar. 30 şallaqdan sonra huşunu itirən Öməri sonra elə o məktəbin həyətində zirzəmilərdə hazırlanmış təkadamlıq kameraya salırlar. Həmin kameranın yalnız yuxarısında çox kiçik bir nəfəslik olub ki, ordan da gündə bir dəfə para çörək və su verirlərmiş. O illəri Nemanzadə bu cür xatırlayır:
"O zaman mənim payıma 30 zopa ilə, bir ay həbs düşdü. Zopalardan sonra yarım saata qədər olduğum yerdən qalxa bilmədim. Qalxandan sonra isə düz həbsə göndərildim. Bu həbs yadıma gələndə indi də diksinirəm.
Bu həbsxanaya döşək nədir, adicə həsir belə qoymazdılar. Buradakılar çörək nədir bilməz, adicə quru çörəyə belə, həsrət çəkərdilər. İşıq deyilən şey görünməzdi. Gecə ilə gündüz bilinməzdi. Bir aydan sonra oradan çıxdım. Zəiflikdən gəzə bilmirdim. 2 aya qədər xəstəxanada yatdım. İki-üç ay qalıb sağ çıxan yoldaşlarımı isə tanımaq olmurdu. Çoxunun vücudu ərimiş, qurumuşdu”.
Oxşar xəbərlər
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 2024 11:06
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 2024 09:31
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 2024 18:44
- Bakı Oksford Məktəbi dövlət nəfinə alındı - 24 milyon 700 min manat...
4 aprel 2024 16:36
- Arvadımın ölümündə mənim əlim olub - Qazaxıstanın sabiq naziri
4 aprel 2024 12:03
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya