Bakıda parkomatlar ləğv edilir
Müsahibə10 aprel 2018 16:13
Bakıda bu gündən etibarən parkomatların ləğv edilməsi ilə bağlı xəbərlər yayılıb.
Qafqazinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan jurnalist Mahir Məmmədli bildirib ki, hazırda parkinq nəzarətçilərinə balaca elektron cihazlar verilib: "Maşın dayanan kimi aparata daxil edilir və mərkəzi sistemə məlumat ötürülür. Məsələn, əvvəl yarım saatlıq dayanıb 1 saat sonra gəlmək olurdu. Amma indi sistem onu borc kimi hesablayacaq və ödəməyənlər cərimə olunacaq. Ödənilən pulu da nəzarətçilər özlərində saxlayacaq və vaxtaşırı idarədən inkasatorlar gəlib aparacaq”.
Qeyd edək ki, belə bir məlumatın yayılması və cərimə məsələsinin ortaya çıxması sürücüləri narahat edib.
"Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynovla əlaqə saxlayıb.
O bildirib ki, yayılan məlumatdan xəbərdardır və onu aydınlaşdırmağa çalışıb:
"Məlum oldu ki, bu, bir test sınağıdır. Qanuna əsasən bütün parklanma təsərrüfatı hazırda Bakı şəhər İcra Hakimiyyətinin tabeliyindədir. Gələcəkdə isə yeni dəyişikliyiə əsasən üç ay ərzində parklanma təsərrüfatı Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilməlidir.”Yol hərəkəti haqqında” qanunun 53- cü maddəsi, İnzibati Xətalar Məcəlləsinin 127-2 -ci maddəsində göstərilir ki, bütün parklanma yerləri Dövlət Yol Polisinin Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunan və daxil olan nəqliyyat vasitəsinin daxil olma vaxtını, ödənişin edilib-edilmədiyi məsələsini, orda qalma müddətini qeydə almanı online şəkildə mərkəzi informasiya sisteminə ötürən xüsusi texniki vasitələrlə təmin olunmalıdır.
Bunların olması üçün birinci növbədə, parklanma zolaqları olmalıdır. Nazirlər Kabinetinə ötən ildən 3 mühüm sənədin təsdiq olunması barədə göstəriş verilib. Bunlar "Parklanma yerlərindən istifadə qaydası”, "Parklanma yerlərində parklanmaya görə ödənişin məbləğinin müəyyən olunması”, "Parklanma yerlərinin yaxınlığında yaşayan insanlar üçün pulsuz parklanmaya icazə verən xüsusi talonların verilməsi” sənədləridir.
Bu üç sənəd mövcud olmadığı halda kiminsə barəsində ödəniş etmədiyinə görə cərimə yazmaq olmaz. Hazırda görünən o qurğular test rejimindədir”.
Onun sözlərinə görə, burada cərimədən söhbət gedə bilməz: "Çünki Dövlət Yol Polisi rəsmi şəkildə bildirir ki, bu məsələlərdən xəbəri yoxdur. Belə başa düşdüm ki, hələ ki, test işiylə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq idarəsi məşğul olur. Onlar hansısa özəl qurumu da bu işə cəlb edə bilərlər. Sürücülərin narahatlığına heç bir əsas yoxdur”.
Ə. Hüseynov əlavə edib ki, ola bilsin ki, gələcəkdə parkomatlara da ehtiyac qalmasın: "Çünki həmin parkomatlar çox böyük istismar xərcləri tələb edir. Hazırkı durumda onlar özünü doğrultmayacaq. Gələcəkdə bu sistemi təkmilləşdirmək lazımdır”.
Bu məqamda belə bir sual yaranır. Bəs, bir neçə il əvvəl Bakının mərkəzi küçə və prospektlərinə milyonlarla manat hesabına quraşdırılan parkomatların taleyi necə olacaq?
Oxşar xəbərlər
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
7 may 2024 14:18
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
7 may 2024 00:42
- COP29: Bakıda 70 min nəfərlik tədbir
3 may 2024 18:53
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
2 may 2024 18:19
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
2 may 2024 14:13
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
3 may 2024 13:04
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
1 may 2024 16:13
- Sabah DEPUTAT Ramin Məmmədovla bağlı iclas keçiriləcək
1 may 2024 15:24
- Bakıda beynəlxalq forum keçirilir: Prezident çıxış edib (YENİLƏNİB)
1 may 2024 11:46
- Mayın ilk gününün havası
30 aprel 2024 13:17
Xəbər lenti
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
07 may 01:30
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
07 may 01:20
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
07 may 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
07 may 00:41
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
07 may 00:32
- Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
07 may 00:25
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
07 may 00:10
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
04 may 22:25
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
04 may 17:23
- Tanışının qulağını dişlədi - Həbs olundu
04 may 13:39
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
03 may 19:56
- COP29: Bakıda 70 min nəfərlik tədbir
03 may 18:53
- FHN nazirin bacanağına 295 minlik tender verdi...
03 may 18:30
- SON DƏQİQƏ! Kəlbəcərdən acı xəbər gəldi: Ölən və yaralananlar var
03 may 17:19
Video & Fotoqalereya
Video
Fotoqalereya