Əməkdar artist xəstəlik tapıb: "O gün az qaldı ki, ürəyim dayansın"
Günün sitatı10 aprel 2018 18:18
Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkələrdə təhqiramiz ifadələr işlədən və son zamanlarda daha da aktivləşənləri sərt şəkildə tənqid edib.
Qaynarinfo-ya açıqlama verən müğənni söyüş söyənlərin əlindən sosial şəbəkələrə girə bilmədiyini, "Youtube" üzərindən tələbələrinə mahnılar göstərərkən xəcalət çəkdiyini bildirib. Əməkdar artist sosial şəbəkə hesabında status paylaşaraq bütün sosial şəbəkələrin bağlanması üçün prezidentə müraciət edilməsini istəyib:
"Facebook"a girib bir adamın xoş bir sözünü görməyə, bir xəbər oxumağa peşmansan. İnsanın qabağına nə qədər pis şey çıxar?! İnsanlar niyə bir-birlərini bu qədər təhqir edir?
"Youtube" səhifələrinə girmək olmur. Bunlara bir dur demək lazımdır, ya yox?! Bütün bunlar insanları qatil olmağa sürükləyir. Bir gün biri o birinin başını kəssə, ağılları başına gələcək. Tanıdılar, tanımadılar fərqi yoxdur. Yetənə bir söz deyirlər, yetməyənə daş atırlar. Bu bəla başımızdan nə vaxt sovuşacaq?
Mən "Youtube"ni açıb dərsdə tələbələrimə bir dənə mahnı göstərə bilmirəm. Açmağına peşmansan ki, anidən orada bir söyüş briqadası peyda olur. Özünüz bilirsiz. Mən hər şeyi açıb-ağartmaq istəmirəm. Xalxın arvadı-uşağı, anası-bacısı yoxdur?! Yaxud söyən adamın yaxınları bunlara baxmır?! Bunları kim doğub görəsən?!
Sosial şəbəkələr elədir ki, buna bütün dünya baxır. Biabır oluruq. Bizim millət budur?! Mən artıq bunların əlindən təzyiq xəstəliyi tapmışam. O gün az qaldı ki, ürəyim dayansın".
Əməkdar artist son zamanlar dünyasını dəyişmiş şair və yazıçılarımızı hədəfə tutan gəncləri də qınayıb:
"Təsadüfən bir oğlanın yazısına rast gəldim. Bəxtiyar Vahabzadənin haqqında nələr yazıb ilahi... A bala, sənin Bəxtiyarla nə işin var? Bəxtiyar Vahabzadə dünyasını dəyişib. Onsuz o, sizə görə gecə-gündüz alışdı-yandı, hər şeyi yazdı. Kor deyilik ki, görürük də öz xalqı üçün necə yanırdı. İndi ölüb bu dünyadan gedib, qoyun rahat yatsın da, nə istəyirsiz ondan?! Öləndə də adamı rahat qoymurlar. Bunun qabağını almaq lazımdır. Mən 4-5 günə ölüb gedəcəyəm, siz cavanlar bunların əlində qalacaqsınız. Belə şeyləri görməkdənsə, ölmək ondan yaxşıdı. Bilsəydim elə o vaxtı Gülarə xanım (Dan Ulduzu ansamblının konsertmeysteri) öləndə, mən də ölərdim. Mikayıl Müşfiqi, Səməd Vurğunu müzakirə obyektinə qoyub, ağzına gələni yazırlar. Sizin onlarla nə işiniz var? Bunu yazmaqla əlinizə nə keçir?! Mən musiqiçiyəm. Mənə deyin ki, filan musiqini düzəldin, mən onu düzəldim. Amma bu şeylərdən başım çıxmır. Alın bunların qabağını!"
A.Haşıma sosial şəbəkə hesabında yanlışlıqla internet portalları yazdığını və bununla xəbər saytlarını nəzərdə tutmadığını bildirib:
"Çaşıb internet portalları yazmışam. Düzü başım o qədər də çıxmır. Sonradan dedilər ki, saytları deyirsən? Dedim yox, sosial şəbəkələr yazmaq istəmişəm".
Oxşar xəbərlər
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 2024 09:31
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Əməkdar artist vəfat etdi
12 aprel 2024 21:21
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- İki gün qaldı - 4 kəndimiz qaytarılır...
22 mart 2024 19:56
- Sünbülə Əliyeva martın 20-də gecə saat 11 radələrində yaşadığı evdən aparılıb
22 mart 2024 18:26
- Aybəniz Haşımovadan qızı Aynişana: Bilsəydim, səni bu dünyaya gətirməzdim
22 mart 2024 10:47
- Bu gün unudulmaz sənətkar, Xalq artisti Rübabə Muradovanın doğum günüdür - FOTO
22 mart 2024 10:22
- Mənə bu qədər rəhmət oxunacağını gözləmirdim - Cavanşir Quliyev + VİDEO
22 mart 2024 10:00
- Səməd Vurğunun qeyri-adi DƏFNİ
21 mart 2024 21:47
Xəbər lenti
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya