Əlyazmalar institunda konfrans keçirilib
24 aprel 2018-ci il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunda “Azərbayca mədəniyyət tarixinin problemləri əlyazmalarda” mövzusunda XVI ənənəvi respublika elmi-nəzəri konfransı keçirilib.
Konfrans Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2018-ci il tarixli “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncamına həsr olunub. Plenar iclasa çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib ki, Prezident İlham Əliyevin Sərəncamı 31 mart soyqırımı qurbanlarının xatirəsinə dərin hörmət və ehtiramın göstəricisidir. O, bildirib ki, erməni millətçiləri zaqman-zaman tarixi situasiyadan istifadə edərək “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Belə soyqırımlarından biri də 100 il bundan əvvəl Azərbaycan xalqına qarşı törədilib. 1918-ci ilin mart-aprel aylarında Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin göstərişi ilə erməni daşnak silahlı dəstələri minlərlə insanı amansızlıqla məhv edib. Bakı şəhərində, digər şəhər və qəzalarda etnik və dini mənsubiyyətə görə qətllərlə yanaşı, tarixi, mədəni abidələrimiz, məscidlərimiz dağıdılıb. Ermənilərin xalqımıza qarşı törətdiyi bu cür faciələrin araşdırılması və dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başladılıb. 1998-ci il martın 26-da Ulu öndərin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda 1918-ci il martın 31-də baş verənlər “Azərbaycanlıların soyqırımı günü” elan edilib. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu əsərlər yazılıb. Prezident İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi nəticəsində xalqımız, xüsusən gənclər tarixi gerçəklikləri daha dərindən öyrənə biliblər.
Akademik Teymur Kərimli isə deyib ki, XX əsrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı dörd dəfə böyük soyqırımı aktı törədilib və deportasiya həyata keçirilib. Bunlar 1905-1907, 1917-1920, 1948-1953 və 1988-1994-cü illəri əhatə edir. Bu soyqırımı cinayətlərindən ən
dəhşətlisi 1918-ci ildə törədilmiş 31 mart soyqırımıdır. Həmin gün Bakıda təkcə Bakıda 12 min, Şamaxıda 23 min, Zəngəzurda 10 mindən çox, Şərur-Sədərək bölgəsində 18 mindən çox, Dərələyəz bölgəsində 50 mindən çox türk-müsəlman ermənilər tərəfindən qətlə yetirilib. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktları təhqiqat və istintaq materialları ilə hələ 1918-ci ildə tam sübuta yetirilib. Bu gün həmin sənədlər tam şəkildə ortaya qoyulur, ölkə və dünya ictimaiyyətinə çatdırılır. Azərbaycan Prezidentinin Sərəncamı bu proseslərə böyük təkan vermişdir.
Sonra fil.ü.e.d. professor Aybəniz Əliyeva Kəngərlinin “Erməni vandalizmi”, fil.ü.e.d., professor Paşa Kərimovun “1918-ci ilin mart hadisələri sənədlərtdə (Əlyazmalar İnstitunun materialları əsasında)”, fil.ü.e.d., professor Gülbəniz Babaxanlının “Erməni terroru, yaxud M.S.Ordubadinin “Vətən fəryadnaməsi”, fil.ü.e.d., professor Kamandar Şərifovun “Məhv edimiş kitabxana”, fil.ü.e.d. professor Nailə Səmədovanın “Qanlı hadisələrin xatirələrdə əksi” , fil.ü.f.d.dosent Əzizağa Nəcəfovun “Mirzə Ağadadaş Münirinin “Bahar ağlayışı” şeirində martsoyqırımı faktları” adlı məruzələri dinlənilmişdir.
Konfrans günün ikinci yarısında bölmələrdə davam etmişdir.
AMEA Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitunun İctimaiyyətlə Əlaqələr şöbəsi
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Sahibə Qafarova və Alen Simonyan arasında görüş keçirilib - YENİLƏNİB
22 mart 2024 20:18
- Prezidentlərin məhdud tərkibdə görüşü keçirilib - Foto
11 mart 2024 14:00
- Kino ittifaqları birləşdi - Rasim Balayev sədr oldu
5 mart 2024 22:59
- NAR Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
23 fevral 2024 16:33
- Əli Kərimin oğlu vəfat etdi
25 yanvar 2024 18:52
- Prezident DSX-nin yeni hərbi hospital kompleksinin açılışında - Fotolar
15 yanvar 2024 18:13
- Suraxanıda “Əsrin müqaviləsi”nə həsr olunmuş konfrans - Fotolar
20 sentyabr 2023 16:32
- Prezident müraciət ünvanladı
18 sentyabr 2023 11:44
- Neftçi” - “Beşiktaş” matçı “Haber Global”da canlı yayımlanacaq - FOTO
10 avqust 2023 11:15
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15