Nazim İbrahimovun müavininə də kəskin ittiham: "Ramin Məmmədovla bağlı araşdırma aparılmalıdır!"
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov vəzifədən çıxarıldıqdan sonra onun ətrafında qalmaqal böyüməkdədir. Belə ki, dünın mediaya açıqlama verən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev N.İbrahimov haqqında sərt ittihamlar səsləndirdi: "Diasporla İş üzrə Dövlət Komitəsinin işində narazılıqlar var idi, Komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan Prezident İlham Əliyevin də məlumatı var. Buna görə də Prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”. Ramiz Mehdiyev həmçinin qeyd edib ki, Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib: "Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.
R.Mehdiyevin açıqlamalarından sonra mediada N.İbrahimovun həbs olunacağı ilə bağlı xəbərlər özünə yer almağa başladı. Özünü Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı kimi təqdim edən şəxsin AFN-ə verdiyi məlumata görə isə N.İbrahimov tək deyil: "Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin toxundu məsələlər bütövlükdə Azərbaycan diasporasının problemləri ilə bağlı olsa da, nədənsə Diasporla İş üzrə Dövlət Komitəsinin birbaşa qeyd olunan sahələr üzrə məsul şəxsi, yəni komitə sədrinin müavini Ramin Məmmədov hələ də işdən azad olunmayıb. Qeyd edək ki, komitənin Avropa və Asiya ölkələrindəki diaspora qrumları ilə işin təşkili birbaşa Ramin Məmmədovun kurasiyasında olub. O, Avropa və Asiya ölkələrində diaspora işinin təşkili ilə məşğul olmaq əvəzinə özü üçün biznes qurmaqla məşğul olub. Elə bunun nəticəsidir ki, Avropadakı söyüş müxalifəti meydana çıxıb".
Daxil olan məlumatda iddia edilir ki, R.Məmmədov Avrpa və Asiya ölkələrində Azərbaycan diasporası ilə yaxından-uzaqdan bağlılığı olmayan adamlardan müxtəlif miqdarda pullar alaraq onların adını Azərbaycan dövlətinin müxtəlif medallları ilə təltif edilən şəxslərin siyahılarına belə saldıra bilib. Bu iddianın nə qədər gerçək olduğun deyə bilməsək də, ümid edirik ki, gələcəkdə bu istiqamətdə araşdırmalar aparılacaq. Ramin Məmmədovla bağlı daxil olan məlumatda o da iddia edilir ki, bu şəxsin Bakıda və Avropa ölkələrində müxtəlif mağazaları fəaliyyət göstərir: "Maraqlıdır, görəsən, aylıq dövlət qulluqcusu kimi əməkhaqqı bəlli olan biri necə və hansı vəsaitlərlə belə brend mağazalara sahib olub? Yəqin ki, dövlətin müxtəlif qrumları Ramin Məmmədovun bu sahədəki "sıçırayışı”nı araşdırar". Məlumata görə, Ramin Məmmədovun biznes qurduğu Avropa ölkələrindəki söyüş müxalifəti artıq neçə aylardır Azərbaycan dövlətini, ölkəmizin prezidnetini və ailəsini, eyni zamanda digər müxtəlif dövlət adamlarını və ailələrini hədəf alaraq söyüş və təhqir yağdırmaqdadır. İddiya görə, məhz bu qüvvələri güya susdurmaq üçün Ramin Məmmədovun dövlətdən əlavə vəsait alsa da, bu pullar belə diaspora vasitələrinin inkişafına və həmin şəxslərin susdurulmasına sərf edilməyib: "Maraqlıdır, o zaman bu vəsaitlər hara xərclənib? Yəqin ki, Ramin Məmmədov nəzarətində olan sahəyə ayrılan vəsaitlərin hara və necə xərclənməsi ilə bağlı məşəl ayağına çəkiləcək və komitənin yeni sədri Fuad Muradova hesabat verməli olacaq". AFN.az
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 2024 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 2024 11:53
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 2024 21:14
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 2024 15:29
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15