“Xoşqədəmin verilişinə baxırdım, arvadıma zəng gəldi”
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən adam öldürməkdə ittiham olunan Sumqayıt şəhər sakini Firuz Nəsiblinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org xəbər verir ki, ötən il noyabrın 9-da Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 78A, mənzil 19-da 58 yaşlı Nahidə Abbasova (ad və soyad dəyişdirilib – red.) qətlə yetirilib.
“JEK” işçisi olan Nahidə Abbasovanı 2014-cü ildən etibarən tanıyan, mütəmadi onunlayaxın münasibət quran Firuz Nəsibli qadının külli miqdarda pulu olmasını zənn edərək onu öldürərək pullarını ələ keçirməyi planlaşdırıb. Hadisə baş verən gün N.Abbasovanın mobil telefonuna zəng vuraraq görüşmək istədiyini deyib. “JEK” işçisinin yaşadığı mənzilə gələn F.Nəsibli ona çoxsaylı bıçaq zərbələri endirib. Qadının öldüyünə əmin olduqdan sonra otaqların altını üstünə çevirib, amma heç nə tapa bilməyib.
Təqsirləndirilən Firuz Nəsibli “Topaz” oyunlarında iştirak edən şəxslər üçün bilet doldurmaqla gündəlik çörəkpulu qazanıb. “JEK”də işləyən N.Abbasova ilə tanışlığı dörd il öncəyə təsadüf edib. Belə ki, Zemfira adlı qadınla yaxınlıq edən Firuz ilk dəfə Nahidəni də elə həmin qadının evində görüb. Tanışlıq zamanı Firuza “istədiyin vaxt qonağım ola bilərsən” deməsi sonda qadının faciəsinə gətirib çıxarıb: “Telefon nömrəsini verdi, evdə adam olmayanda qəbul edəcəyini dedi. Beş-on gündən sonra zəng vurdum, Nahidənin evində pul müqabilində onunla görüşdüm. Hərdən mənə telefonla müxtəlif qadınların şəkillərini atırdı, onlardan seçib bəyəndiklərimlə yaxınlıq edirdim. Həmin qadınların əksəriyyətinin 25-30 yaşları vardı, müxtəlif peşə sahibləri idi, aralarında evdar qadınlar da vardı”.
F.Nəsiblinin ifadəsinə görə, son zamanlar maddi sıxıntı içərisində olduğundan pul qazanmaq üçün müxtəlif yollar axtarıb. Nahidənin hər gün xidmət etdiyi ərazinin sakinlərindən pul topladığını, həmçinin müxtəlif qadınlara intim xidmət üçün şərait yaratdığını bilən Firuz qadını öldürüb pullarını ələ keçirməyi, sonra isə izi itirmək üçün ölkəni tərk etməyi planlaşdırıb: “Dəfələrlə çantasında 1000 manatacan pul olurdu. Öz telefonumdan deyil, taksofondan zəng vurub gəlmək istədiyimi dedim, razılaşdı. Görüşmək bəhanəsiylə bıçaq götürüb onlara getdim”.
Qadının mənzilinə təşrif buyuran F.Nəsibli onu şübhələndirməmək üçün su gətirməsini xahiş edib. Əlində su dolu stəkan “qonağ”a yaxınlaşan ev sahibəsi gözlənilmədən bıçaq zərbələrinə tuş gəlib: “Saçından tutub bıçaqla boynundan vurdum, tərpənməsinə imkan vermədim. Bıçağı gödəkçəmin cibinə qoyub evi axtarmağa başladım. Çantasına baxdım, heç nə tapmadım”.
N.Abbasovanın qətli ilə bağlı xəbərləri mətbuatdan izləyən F.Nəsibli törətdiyi cinayətin izini itirmək üçün ölkədən qaçmağı qərara alsa da, buna nail ola bilməyib. Hadisədən səkkiz gün sonra o, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin dindirmə zamanı F.Nəsibli törətdiyi cinayəti etiraf edib.
N.Abbasovanın həyat yoldaşı ifadəsində arvadının ona xəyanət etməsini heç vaxt ağlına gətirmədiyini, hadisə baş verən gün isə bacısıgildə imam ehsanında iştirak etdiyini deyib: “Bacımgildən qayıdanda Nahidə ev işləri ilə məşğul idi. Mən də Xoşqədəmin verlişinə baxırdım. Nahidənin telefonuna zəng gəldi, kimində danışdığını eşitmədim. Hələ heç cavan vaxtlarından onu qısqanmamışdım. Yaşı ötdükcə gəlin, nəvə sahibi olacağını nəzərə alıb mənə xəyanət edəcəyini düşünməmişdim”.
Hər gün piyada gəzintiyə çıxan ev sahibi baş verəcək faciədən xəbərsiz həyətə düşüb. Amma yağış yağdığına görə ləngiməyib, tez qayıdıb. Mənzilə daxil olduqda gördüyü dəhşətli mənzərədən şoka düşüb: “Şkafın hər iki qapısı açıq idi, Nahidəni səslədim, cavab vermədi. Evdən çıxıb qayıtmağım cəmi bir neçə dəqiqə çəkmişdi, nə baş verdiyini dərk etmədim. Yataq otağına keçəndə onun qanlı cəsədini gördüm. Otağın hər tərəfi qana boyanmışdı. Polisə, təcili yardıma, qohumlara zəng vurub məlumat verdim”.
Məhkəmənin hökmü ilə Firuz Nəsibli 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
- Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 mart 2024 22:03
- Krokus teraktının qəhrəmanı olan 15 yaşlı QIRĞIZ BALASI danışd - Əvvəlcə qorxdum…
24 mart 2024 21:13
- İlham Əliyev Putinə zəng etdi
24 mart 2024 20:37
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- DƏLLƏK necə TERRORÇU oldu? - SENSASİON FAKTLAR
23 mart 2024 20:47
- Leyla Bədirbəylinin Amerikada yaşayan nəvəsi
23 mart 2024 19:51
- Azərbaycanlı ictimai fəalı Türkiyədə kim döy(dür)üb?-Zərəçəkən bəzi məmurlardan şübhələnir-Video
22 mart 2024 20:55
- Xankəndidəki erməni: 30 il əvvəl quldur ermənilər gəldi… - Video
22 mart 2024 19:29
- 102 xidmətinin operatorunu təhqir edən şəxs həbs edildi
22 mart 2024 16:26
- 32 kiloqram çəki atan Sonaxanım sirrini açıqladı
22 mart 2024 13:27
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 13:54
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 13:49
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 13:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 11:29