SOCAR idarə rəisinin İsveçrədə 28 milyon dolları bloklandı – Şübhəli bank əməliyyatı
Cəmiyyət4 may 2018 18:04
Azərbaycan Dövlət Neft Şirkətinin vəsaitlərini talamaqla tanınan SOCAR-ın xarici sərmayələr idarəsinin rəisi, “SOCAR Türkiye” şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyevin oğlunun İsveçrə banklarındakı hesabında 28 milyon dollar dondurulub.
İndi ictimaiyyəti bir məsələ çox düşündürür: Axı Vaqif Əliyevin azyaşlı oğlu hansı bacarığın sahibdir ki, az müddətdə bu qədər milyonlara sahib ola bilib? Görünür, o, dövlətin pullarını peşəkar şəkildə mənimsəməkdə atasından çox şeyi öyrənib. Məhz mənimsədiyi vəsaitlər hesabına Vaqif Əliyev dünyanın bir sıra ölkələrində öz biznes imperiyasını qurub.
AZFAKT.COM Avropa.info istinadən bildirir ki, İsveçrə hökuməti tərəfindən Vaqif Əliyevi qəfil ifşası çox məqamlardan xəbər verir. Ən azı düşünmək olar ki, indi Vaqif Əliyevin dəbdəbəli həyat tərzi keçirən oğlunu korrupsiya cinayətləri üzrə həbs gözləyir. Çünki İsveçrə Konfederasiyası hökuməti sözügedən vəsaiti çirkli pullar hesab edir. Bununla əlaqədar İsveçrə Konfederasiyası hökuməti Azərbaycanın müvafiq qurumlarını da xəbərdar edib. Hətta yaxın vaxtlarda İsveçrə Federal Şurası tərəfindən Vaqif Əliyevin bütün aktivlərinin dondurulması gözlənilir.
Əgər aparılan təhqiqat nəticəsində bu aktivlərin qanunsuz yolla əldə olunduğu müəyyənləşdirilərsə, İsveçrə hökuməti bunları Azərbaycan dövlətinə qaytarmağa borcludur.
Hazırda Azərbaycanın müvafiq qurumlarının bu məsələ ilə bağlı hansı addımları atması hələlik bizə məlum olmasa da, görünən odur ki, Vaqif Əliyev bütün vasitələrlə özünü xilas etməyə çalışır. Xatırladaq ki, bu gün rəsmi məlumatlara görə, SOCAR özünün SOCAR Turkey törəmə şirkəti ilə Türkiyə iqtisadiyyatına 12,6 mlrd. dollar sərmayə yatıraraq, bu ölkədə ən böyük investora çevrilib.
SOCAR Turkey-in strukturuna Petkim, STAR Rafineri, Petlim, SOCAR Fiber, SOCAR Dagitim, SOCAR Depolama kimi şirkətlər daxildir. SOCAR-ın törəmə şirkəti həmçinin TANAP layihəsində 7% pay alıb.
Razılaşaq ki, bu hətta Azərbaycan kimi zəngin ölkə üçün böyük yatırımlardır – axı unutmaq olmaz, SOCAR qardaş ölkənin iqtisadiyyatına şəxsi deyil, dövlətin pullarını yatırıb.
Bu gün SOCAR Türkiyə şirkətində Vaqif Əliyevin rəhbərliyi altında onlarla şirkət fəaliyyət göstərir, onlara milyardlarla dollar vəsait yatırılıb, 2020-ci ilin sonuna isə Azərbaycanın Türkiyəyə yatırımlarının həcminin 19,5 mlrd. ABŞ dollarına çatacağı gözlənilir.
Belə investisiyalar şirkət rəhbərliyindən maksimal peşəkarlıq, dövlətin hər bir qəpiyinin hesablanması, gələcək investisiyalar üçün ölkə və şirkət rəhbərliyinə təqdim olunan layihələrin dərin təhlilinin aparılmasını tələb edir.
Lakin reallıqda biz nə alırıq? Əgər axtarış sistemlərində Vaqif Əliyevin adını yazsaq, KİV-də başçılıq etdiyi şirkətin fəaliyyəti haqqında bir neçə növbətçi bəyanatlardan başqa, biz böyük mətbu orqanlarda sonuncunun Fətullah Gülənin terrorçu FETÖ təşkilatı ilə sıx əlaqələrindən bəhs olunan onlarla məqalə ilə qarşılaşırıq.
Türkiyənin “Sabah” qəzetinin hələ 2015-ci ildə yazıdığına görə, Fətullah Gülən və onun tərəfdarları Türkiyənin energetika sektorunu özlərinə tabe etmək üçün qardaş ölkənin bu sənayesinə onlarla milyard dollar yatırmağa hazırlaşan SOCAR-da öz adamlarını yerləşdiriblər. Bu adamların başlıca məqsədi isə təmsil etdikləri şirkətlərə gəlir gətirmək yox, Türkiyə hakimiyyətini, o cümlədən prezident Ərdoğanı dəstəkləyən sənayeçilərin mövqelərinin zəiflədilməsi olub.
Əlbəttə, yekunda Azərbaycan dövləti, Azərbaycan xalqı on milyardlarla dollar vəsait itirir, onun pulları uğurlu layihələrə yox, gülənçilərin Türkiyənin qanuni hakimiyyəti ilə mübarizəsinə sərf olunur. Bir neçə il əvvəl Türkiyə rəhbərliyi terrorçu-gülənçilərlə mübarizəyə başladı və Azərbaycan tərəfi bu işdə onlara dəstək oldu, özünü SOCAR Turkey-in rəhbərliyinə soxmuş bir çox nurçular işdən qovuldular. Lakin bu gün SOCAR Turkey-in qardaş ölkənin ərazisindəki fəaliyyətini təhlil edib, bunun tam belə olmadığı qənaətinə gəlirsən.
Belə ki, SOCAR Turkey-in indiki rəhbəri Vaqif Əliyevin adı daim “nurçu”, “gülənçi” kimi sözlərlə yanaşı çəkilib. Buna əmin olmaq üçün Azərbaycan və Türkiyə KİV-dəki çoxsaylı məqalələri oxumaq kifayətdir. Axı “Sabah” qəzeti kimi hörməli mətbu orqan əlində konkret sübutlar olmadan gülənçi Vaqif Əliyev haqqında yazmazdı. Nəzərə alaq ki, həmin yazıda adı keçən bir çox şəxslər nəticədə öz işlərini itirdilər, onların günahları sübut olundu. Lakin şirkət rəhbəri Vaqif Əliyev əsl nurçu davranışı nümayiş etdirərək, bu dəfə də gizləndi və SOCAR Turkey-in başında dayanaraq, müəllimi Gülənin qardaş Türkiyə rəhbərliyinə qarşı müharibəsini davam etdirdi. Bu məqsədlə xərclənən milyardlar isə Azərbaycan xalqının və dövlətinindir.
Belə ki, bu gün Petkim istisna olarsa, SOCAR Turkey-in bütün digər fəaliyyəti yalnız Azərbaycanla bağlıdır – bura həm neft və neft məhsulları, həm də qaz ixracı daxildir. Gələcək neft-kimya layihələrinin böyük əksəriyyəti də məhz Azərbaycan qazına söykənir.
Başqa sözlə, bu şirkətlər Azərbaycan qazının satışında vasitəçi rolunu oynayacaqlar və beləliklə, Azərbaycan üçün heç bir əlavə dəyər formalaşdırmayacaqlar. Onlar Türkiyədə qazın yayılması şəbəkəsini quraraq, qardaş ölkə bazarında uğurlu ola bilərlər, yəni qısaca, gülənçilərin Ərdoğan tərəfdarları sənayeçilərlə mübarizəsi prizmasından.
Lakin Azərbaycan üçün böyük gəlir gözləməyə dəyməz. SOCAR Turkey-in indiki rəhbərliyinin yatırımları sadəcə Türkiyə rəhbərliyinə yaxın şəxslərin bazardan çıxarılmasını nəzərdən tutur və belə fəaliyyət Azərbaycana heç bir gəlir gətirmir. Gülənçi Vaqif Əliyevin tək məqsədi var. Və bu məqsəd Azərbaycan xalqının və dövlətinin rifahı deyil. Digər tərəfdən Vaqif Əliyev və onun oğlunun bu əməlləri ölkə başçısının məmur övladları ilə bağlı etdiyi xəbərdarlıq çıxışlarına adekvat deyil. Təcrübə də göstərir ki, prezident İlham Əliyev xalqın və dövlətin vəsaitlərini oğurlayan, xaricdə dəbdəbəli həyat tərzi keçirən bu cür məmurları əsla bağışlamır. Yaxın tarixə nəzər salsaq görərik ki, son illər ölkə başçısı qudurğanlıq edən məmur övladlarının əməllərinə görə nə qədər dövlət məmurunu işdən azad edib.
Burada maraqlı sual da ortaya çıxır, məgər Vaqif Əliyev prezident İlham Əliyevin etimadını itirmiş digər məmurların sonrakı aqibətini düşünmür? Axı həmin məmurlar da məhz övladlarının harın əməllərinə görə prezidentin etibarını itiriblər.
Buna görə də hər bir insan hansı mənsəb və ya var-dövlətə sahib olmasından asılı olmayaraq, həddini aşmamalıdır. Həmişə çalışıb həddini bilməlidir. Nəfsin ağıla bələdçilik elədiyi insanlarda, ailədə, nəsildə və cəmiyyətdə heç kim xoşbəxt ola bilməz. Övladı harınlıq edən məmur gedib hansısa strukturda yüksək vəzifədə otura və ya pulun, milyonların içində üzə bilər, amma o mənsəb və pullar onun üçün “qızıl ləyən”dir, içində qan qusur. Gərək ki, Vaqif Əliyev də bu məsələlərdə “gözü çıxmış qardaş”ından öyrənsin!olkexeber.az
Oxşar xəbərlər
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 2024 11:56
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 2024 10:22
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 2024 11:41
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- Türkiyədə 2028-ci il seçkiləri: Əkrəm İmamoğlu, yoxsa Səlcuk Bayrakdar?
12 aprel 2024 12:56
- Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər
12 aprel 2024 11:30
Xəbər lenti
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04
Video & Fotoqalereya
Video
Fotoqalereya