Cəmil Həsənli ilə Meydan TV-nin davası
Son bir həftədə Avropa və Azərbaycandakı müxalifət arasında başlayan virtual “müharibə” davam edir
“Yeni Müsavat” xəbər verir ki, tarixçi professor Meydan.tv-ni qərəzli olmaqda suçlamasına ən sərt reaksiya meydan.tv-nin əməkdaşı Orxan Məmməddən gəlib: “Milli Şura üzvləri təkcə son 6 ayda Meydan.tv-də yayımlanan 30-dan çox veriliş və reportajda söz sahibi olublar. Şəxsən Əli Kərimli elə həmin müddət ərzində Meydan.tv-də saatlarla canlı yayımda danışıb, heç bir senzurasız. İndi Cəmil Həsənli Emin Milliyə əsəbindən yazıb ki, son vaxtlar Meydan.tv-də Milli Şuraya məhdudiyyət qoyulur. Bunu demək ən azı sizin üçün ayıb olmalıdır, Cəmil bəy. Axı bu boyda komandanın haqqını tapdalamaq olmaz. Direktorumuzu nə qədər tənqid edirsiniz edin, buna 2-3 gündür heç qarışmırıq da. Amma Meydan.tv-nin komandasına edilən haqsızlığa göz yuma bilmərəm”.
Bu cavabdan sonra Milli Şura sədri bir-birinin ardınca jurnalistə yönəlik statuslar paylaşaraq, onun üzr istəməsini tələb edib. Bu statuslardan ən çox diqqətçəkəni təqdim edirik: “Telejurnalist Sevinc Osmanqızına rəhbərlik tərəfindən bildirilib ki, Milli Şura və Xalq Cəbhəsinə bu media qurumunda moratorium, yəni qadağa qoyulub, əlavə edilib ki, bu, bizim media siyasətidir və onu pozmaq olmaz. Əli Kərimli ilə apardığı bir videomüsahibəyə görə jurnalistə irad bildirilib və ona moratoriumu pozmamaq barədə xəbərdarlıq edilib. Bəzi dostlar unudurlar ki, Meydan.tv-ni onların öz vəsaitləri hesabına deyil, demokratik qurumlardan aldıqları qrant vəsaitləri hesabına fəaliyyət göstərir. Həmin təşkilatlar qarşısında media qurumunun ayrı-seçkilik etməmək, tərəfsiz, qərəzsiz, obyektiv media siyasəti yeritmək barədə öhdəlikləri var. Son vaxtlar belə məqamlarda bizə necə davranmağı tez-tez xatırlatmağa çalışan məşhur media təmsilçilərindən, tərəfsiz qələm sahiblərindən soruşuram: belə faktlar açılandan sonra diskriminasiyadan uzaq, tərəfsizliyə, qərəzsizliyə, obyektivliyə iddia edin bir mətbuat orqanı necə hərəkət etməlidir?!”
C.Həsənlinin bu statusuna cavabı Meydan.tv-nin əməkdaşı Sevinc Vaqifqızı verib: “Cəmil bəy, mən də bunları yazmaq istəməzdim, amma siz bu yazınızla məcbur etdiniz. Özünüzdən müsahibə alıb Sevinc Osmanqızına göndərmisiniz. Bu da elə təqdim olunub ki, guya Sevinc Osmanqızı sizdən müsahibə alıb. Müsahibə ilə bağlı şübhələr yarananda Sevinc xanım etiraf edib ki, siz ona hazır müsahibə göndərmisiniz. Bundan sonra belə halların baş verməməsi üçün ona xəbərdarlıq edilib. Siz yəqin bilirsiniz ki, bizim işimiz sual verməkdi, öz-özündən müsahibə alıb göndərən adamları yayımlamaq deyil”.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı müxalifət daxilində hazırda mövqe döyüşlərinin getdiyini söylədi: “Daha çox qrant almaq, davamlı olaraq belə layihələrin içərisində olmaq məsələsidir. Artıq pərdələr açılır, arenada bütün oyunçuların mahiyyəti görünür. Dəfələrlə bunu söyləmişik ki, Azərbaycanın radikal müxalifəti daha çox radikal mövqedə dayanmaq, barışmaz münasibət ifadə etmək, hakimiyyətə qarşı kəskin mövqe sərgiləmək, bu və ya digər məsələlərlə bağlı mitinqlər keçirməklə beynəlxalq qurumlardan qrantlar almaq və bu layihələrin içərisində möhkəmlənməkdir. Bir sözlə, ölkə daxilində fəaliyyət göstərən, xaricdə siyasi mühacir adı ilə yaşayanlar bizneslərini bu yolla qururlar. Vaxtilə bu işlə Leyla Yunus və Xədicə İsmayıl məşğul olurdu. İndi isə Avropada yaşayanlar, eləcə də Azərbaycan daxilində AXCP sədri Əli Kərimli və Milli Şura rəhbəri Cəmil Həsənli qrant almaq uğrunda savaşırlar. Bunun müxalifətçiliyə heç bir aidiyyəti yoxdur. Niyyət bu statusdan istifadə edib öz biznesini qurmaq, imkanlarını yüksək səviyyədə təmin etməkdir. Bir misal çəkəcəm. 25 ildir deputatam.
Övladlarımın xaricə getmək arzuları olsa da, bunu reallaşdıra bilməmişəm. Çünki buna maliyyə imkanlarım olmayıb. Nəvəm yaxınlarda baxmayaraq ki, xarici dövlətlərdə oxumaq imkanları qazanmışdı, lakin biz araşdırdıq və bəlli oldu ki, ailə büdcəmiz onu oxutmağa imkan vermir. Ona görə də onu nisbətən az maliyyə tələb edən Türkiyədəki universitetə yönəltdik. Bunları deməkdə məqsədim odur ki, radikal müxalifətin övladları Avropanın bahalı, sayılıb-seçilən universitetlərində oxuyurlar, orada özlərinə həyat qururlar. Eyni zamanda özlərini siyasi mühacir adlandıranlar Avropada həyatlarını yüksək səviyyədə qurmaqdadırlar. Bunların arxasında Azərbaycanı sevməyən qüvvələrin bəd niyyətləri dayanır. Bu niyyətlərin reallaşması üçün Azərbaycandakı antimilli qüvvələrdən istifadə edirlər. Necə deyərlər, pulunu verir, rəsmi sifariş verir ki oyna, əgər oynamasan rəqsinin pulunu verməyəcəm. Bu da o deməkdir ki, dediklərimi etməsən qrant ala bilməyəcəksən. Emin Milli bunları gənclərin prosesə qoşulması kimi izah edir. Əli Kərimli artıq bu cür dinləmələrə dəvət almır, yəni oğlu iştirak etmir. Azərbaycana qarşı qara piar kampaniyasında iştirak etməklə aldıqları qrantları artırmış olurdular. İndi bu imkanların onların əlindən çıxdığını görürlər. Harada Azərbaycana qarşı dinləmələr, müzakirələr varsa, mütləq orada bunlar yer alırlar. Onlara qarşı xalqımızın münasibəti çox mənfidir. Bu, onların təşkil etdikləri mitinqlərdə özünü açıq şəkildə göstərir. Milli Şuranın keçirdiyi mitinqlərə heç min nəfər də gəlmir. Artıq onlar ofis partiyalarına çevriliblər”.
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Türkiyə iqtisadiyyatı Almaniya və Yaponiyanı da arxada qoyacaq
20 mart 2024 18:57
- Azərbaycan İsraildən ultra-müasir silahlar istəyir: İngilis saytı SİYAHI yaydı!
16 mart 2024 22:24
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Sumqayıtın icra başçısı Zakir Fərəcovun milyonlarını mənimsədiyi naəlac iş adamlarından, Prezidentə ŞOK MÜRACİƏT
12 mart 2024 10:56
- Ülvi Quliyevin Avropada oğlunun adına olan mülkləri alınır: Oliqarx deputat London Məhkəməsinin hədəfindədir
11 mart 2024 16:43
- TV rəhbərləri PA-ya çağırıldı - Bu verilişlərə görə
11 mart 2024 16:04
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31