“Ümidləri doğruldan universitet” kitabı təqdim olundu
“Ümidləri doğruldan universitet” kitabı təqdim olundu
Mayın 17-də Bakı Slavyan Universitetinin nəşr etdirdiyi “Ümidləri doğruldan universitet” kitabının təqdimatı keçirilib. Ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan əsərin təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, ölkəmizdəki diplomatik korpusun nümayəndələri, Milli Məclisin deputatları, ali məktəblərin rektorları iştirak ediblər. Tədbirdə BSU-nun rektoru, professor Nurlana Əliyeva Ümummilli Liderin ölkəmizin müstəqilliyinin bərpası, dövlətçiliyimizin qorunması və ictimai-siyasi sabitliyin bərqərar olması sahəsindəki fəaliyyətindən, Azərbaycanın inkişafı və beynəlxalq münasibətlər sisteminə inteqrasiyasındakı rolundan danışıb. Rektor Ulu Öndərin müasir dünyanın mürəkkəb geosiyasi reallıqları fonunda xalqımızın milli mentalitetinə və demokratik prinsiplərə əsaslanan qüdrətli dövlət yaratdığını bildirib.
N.Əliyeva Ümummilli Liderin azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən birinin yüksək səviyyəli təhsil yaratmaq olduğunu qeyd edib. Bildirilib ki, bu dahi şəxsiyyət vətəndaş tərbiyəsində təhsilin rolunu daim yüksək qiymətləndirib, onu intellektual gəncliyin yetişdirilməsinin ən mühüm amillərindən biri hesab edib.
BSU-nun tarixindən söz açan rektor rəhbərlik etdiyi ali təhsil ocağının ərsəyə gəlməsində, onun müstəqil Azərbaycanın ictimai-siyasi, elmi-mədəni həyatına daxil olmasında Ulu Öndərin misilsiz xidmətlərindən danışıb. O deyib: “Bu gün BSU Türkiyə, Rusiya, Fransa, Ukrayna, Bolqarıstan, Çexiya, Polşa, Yunanıstan, Belarus, Rumıniya, Monteneqro və digər ölkələrin universitetləri ilə sıx əməkdaşlıq edir. Bu əlaqələr Azərbaycanı slavyan ölkələrinin xalqlarına, gənclərinə yaxından tanıdır. Həmçinin vətənimizin multikultural bir ölkə olaraq nadir tarixi ənənələrini, xalqımızın mütərəqqi keyfiyyətlərini, yüksək amalını, vətənpərvərlik tərbiyəsini, dünya xalqlarına ehtiramını, dünya mədəniyyətinə sonsuz məhəbbətini təqdim etmək imkanı yaradır. Slavyan ölkələrinin Azərbaycanda fəaliyyət
göstərən diplomatik korpusun nümayəndələri ilə universitetin əməkdaşlığı bu əlaqələrin daha əyani şəkildə, dostluq və qardaşlıq səviyyəsində etibarlı bir körpü kimi möhkəmlənməsini təmin edir”.
Bu gün də respublikamızın təhsil sistemində innovativ yeniliklər, çevik islahatlar, əsaslı infrastruktur dəyişikliklərinin aparıldığını bildirən N.Əliyeva Prezident İlham Əliyevin Ulu Öndərin uzaqgörən siyasi kursunu təmkinlə, əzmlə, ardıcıl şəkildə davam etdirdiyini diqqətə çatdırıb. Rektor Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın da fəaliyyətində başqa mədəniyyətlərə düzgün, səmimi yanaşmanın aydın göründüyünü bildirib. Ulu Öndərin ortaya qoyduğu azərbaycançılıq ideologiyasının təhsilimizin, mədəniyyətimizin, müstəqilliyimizin ana xətti olduğunu deyən N.Əliyeva BSU-nun da bu dahi şəxsiyyətin reallaşan ümidlərinin nümunəsi olduğunu vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə bildirib ki, kitabın BSU-da ərsəyə gəlməsi bu ali təhsil ocağının kollektivinin Ümummilli Liderə böyük ehtiramının göstəricisidir. O deyib: “Hesab edirəm ki, nəşrin adı da təsadüfi seçilməyib. Çünki BSU həqiqətən də fəaliyyətə başladığı andan bu günədək bütün ümidləri doğruldub”.
A.Əlizadə innovativ təşəbbüs və yenilikləri özündə əks etdirən elmin uğurlu gələcəyinin təmini nöqteyi-nəzərindən elmlə təhsilin vəhdətinin vacibliyini vurğulayıb. Diqqətə çatdırıb ki, Ulu Öndər bütün istiqamətlərlə yanaşı həmişə elm və təhsilin inkişafına diqqət və qayğı göstərib. Hazırda bu strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Təhsil nazirinin müavini Firudin Qurbanov “Ümidləri doğruldan universitet” kitabının yüksək məziyyətlərindən danışıb və nəşrin Ulu Öndərin 95 illiyinə layiqli töhfə olduğunu söyləyib. Nazir müavini BSU-nun yetişdirdiyi bir çox mütəxəssislərin dövlət qurumlarında yüksək vəzifələrdə çalışdıqlarını qeyd edib. O, bu kadrların ölkəmizin inkişafında böyük rolu olduğunu vurğulayıb. Təhsil sistemində aparılan islahatlardan danışan F.Qurbanov bu islahatların artıq öz bəhrəsini verdiyini diqqətə çatdırıb. Bildirilib ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3500-dən çox gənc xarici ölkələrdə təhsil almaq imkanı əldə edib.
BSU-nun fəaliyyətini yüksək dəyərləndirən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov nəfis tərtibata malik bu cür kitabların ali təhsil ocaqlarında ərsəyə gəlməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, bu kitabın səfirliklər vasitəsilə xarici ölkələrdə yayılmasına, universitetlərin kitabxanalarına göndərilməsi zəruridir.
Təhsil eksperti, professor Şahlar Əsgərov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov və başqaları Ümummilli lider Heydər Əliyevin xalqımızın öz milli varlığını təsdiq etməsində, müstəqil dövlətimizin qurulmasında və güclənməsində, ölkəmizin dünya miqyasında tanınmasında böyük xidmətlərindən danışıb, dahi şəxsiyyətin həmişə elm və təhsilə xüsusi diqqət və qayğı göstərdiyini bildiriblər. “Ümidləri doğruldan universitet” kitabı ilə bağlı fikirlərini bölüşən natiqlər diqqətə çatdırıblar ki, Ulu Öndərin nəşrdə yer alan kəlamları əsəri daha da oxunaqlı edir.
Tədbir bədii hissə ilə davam edib.
İbarim Quliyev
BSU-nun Mətbuat Xidmətinin rəhbəri
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 2024 22:31
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 2024 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 2024 15:29
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 2024 11:26
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10