Heydər Əsədova milyonluq villa üçün torpağı kim bağışlayıb – təfərrüat
Keçmiş kənd təsərrüfatı nazirinin mülkləri haqda ilginc məlumatlar
Keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun Bakıda milyon manatlarla qiyməti olan 2 yeni villası üzə çıxıb. Unikal.org-un əldə etdiyi məlumata görə, onun paytaxtın Binəqədi rayonu Varovski qəsəbəsində olan villalarından biri 5 mərtəbəli, tikintisi 6 milyon manata başa gəlib. Həmin villa 20 sot torpaq sahəsinin içərisində tikilib. Digər 3 mərtəbəli villası isə 2 milyon manata tikilib.
Sabiq nazirin Binəqədi rayonu ərazisində nəhəng villa inşa etdirməsi yeni xəbər deyil. Hələ iki il əvvəl mediada belə xəbərlər dərc olunmuşdu. Həmin xəbərlərdə iddia olunurdu ki, villanın yerləşdiyi ərazidə torpağın 1 sotu 100 min manata başa gəlir. Bildirilirdi ki, villanın yerləşdiyi torpaq sahəsini nazirə iş adamlarından biri hədiyyə edibmiş. Həmin villanın təmir işlərini isə digər iki iş adamı öz boynuna götürübmüş.
H.Əsədovun nazir postuna keçdikdən sonra həm ölkədə, həm də xaricdə biznesini genişləndirdiyi deyilir. Bildirilir ki, Heydər Əsədovun xaricdəki biznesini yaxın adamlarından biri idarə edib. H.Əsədovun kürəkəni Anar Məmmədovun hesabları üzərindən ölkədən külli miqdarda pullar çıxardığı da iddia edilir. Yada salaq ki, sabiq nazirin oğlu Asif Əsədzadənin atasının Azərbaycan dövlətindən yayındırdığı pullar hesabına Londonda çoxlu mülklərə, ən bahalı avtomobillərə sahib olduğu deyilir .
Hətta xarici KİV-lər Əsədovun oğlunun ərəb şeyxləri ilə rəqabətə girdiyini də yazırdılar.
H.Əsədov nazir olduğu dövrdə kənd təsərrüfatı sahəsinə külli miqdarda vəsait ayrılıb. Bura yalnız müxtəlif bitkilərin əkini üçün dövlətin verdiyi dotasiyalar deyil, maşın və texnikanın, damazlıq heyvanların, hətta tinglərin alınmasına, çoxsaylı laboratoriyaların qurulmasına sərf olunan yüz milyonlarla manat dövlət vəsaiti aiddir. H.Əsədov qudası, sabiq nəqliyyat naziri Ziya Məmmədov vəzifəsini itirərkən öz postunu saxlaya bilmişdi. Hətta aqrar sektor üçün əlavə irihəcmli dövlət vəsaitlərinin ayrılması onun kreslosunda möhkəmləndiyi rəyi yaratmışdı.
İşdən çıxarılandan sonra Heydər Əsədov yalnız bir dəfə mediaya qəzəbli açıqlaması ilə yadda qalıb. “Mənə niyə zəng etmisiz. Mən hazırda məşğulam” deyərək açıqlama verməkdən yayıb.
Sabiq nazirin fəaliyyətinin yoxlanıb-yoxlanılmaması ilə bağlı dəqiq bilgi yoxdur. Yalnız o məlumdur ki, Hesablama Palatası bu ilin yanvar ayının 30-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin dövlət büdcəsindən ayrılan vəsaitlərin və istifadəsinə dair hesabatı Milli Məclisə göndərib.
Yeri gəlmişkən, bu günlərdə deputat Vahid Əhmədov sabiq nazirlərin fəaliyyəti ilə bağlı danışarkən maraqlı mətləblərə toxunub. “Köhnə nazir vəzifədən gedən kimi başlayırlar onun üstünə düşməyə. Filan nazir beş milyard yedi, filan nazir iki milyard yedi, dağıtdı-tökdü… Həmin şəxslər nazir olan zaman Hesablama Palatası onun tabeliyində olan qurumu yoxlayıb. Maliyyə Nazirliyinin xüsusi müfəttişlər qrupu tərəfindən yoxlamalar aparılıb. Digər qurumları hələ demirəm. Əgər bu insanların günahı varsa, vaxtında cinayət məsuliyyətinə cəlb edin.
Onlar da cavab versinlər. Yoxsa 10-15 il nazir işləyəndən sonra vəzifəsini itirənlərin mətbuatda və sair yerlərdə üstünə düşülür ki, bu da anlaşılmır. Bunlara heç kim cavab vermək istəmir” deyən deputat Hesablama Palatasının fəaliyyətini gücləndirməyə çağırıb: “Hesab edirəm ki, Hesablama Palatasının dövlət büdcəsinə nəzarət mexanizmini gücləndirmək lazımdır”.
(musavat.com)
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 2024 08:45
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 2024 10:22
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31