Eynulla Fətullayevə cavab: “O, indi başqa hava çalır”
“Özünü jurnalistdən çox, sovet hakimiyyəti dövründəki Xalq Nəzarəti Komitəsinin sədri kimi aparan Eynulla Fətullayevin növbəti hədəfi bizim şirkətdir. Onun sifarişlə qələmə aldığı yazı başdan-ayağa qərəzlidir, həqiqəti idafə etmir, işgüzar imicimizə kölgə salmaq məqsədi daşıyır”.
Ovqat.com xəbər verir ki, bunu “Bakı İnşaat Sənaye” ASC-nin sədri Ramiz Əhmədov bəzi kütləvi informasiya vasitələrində barələrində aparılan “qara piar” kampaniyasını şərh edərən bildirib.
Əməkdaşımızla söhbətində idarə etdiyi şirkətin hansı məntiqə əsasən, müxalifətlə əlaqələndirilməsini anlamadığını deyən R. Əhmədovun fikrincə, bu kampaniya başlarına gətirilən oyuna haqq qazandırmaq cəhdindən başqa bir şey deyil:
“Xüsusilə Eynulla Fətullayevin müəlliflərindən olduğu “Gözdən düşmüş oliqarxlar Bakıda qan tökməyə çalışır” sərlövhəli məqalədə bu qərəz tam çılpaqlığıyla nəzərə çarpır. Müəllif, Zülfüqarlı qardaşlarını “gözdən düşmüş” oliqarxlar” adlandırmaqla faktiki olaraq, işgüzar münasibətlərdən doğduğuna inandığımız məsələləri siyasiləşdirir. Yazının ruhundan belə çıxır ki, Zülfüqarlı qardaşları, guya, Azərbaycan siyasi iradəsinin qəzəbinə uğrayıb. Halbuki, həmin qardaşlar həm 2002-ci ildə, həm də son dövrlərdə Azərbaycana siyasi hakimiyyətin çağırışı ilə gəlib və ölkənin iqtisadi inkişafına öz töhfələrini verməyə çalışıblar. Artıq hər kəsin bildiyi kimi, 2002-ci ilin mayında mərhum Heydər Əliyevin məsləhəti və göstərişi ilə o zaman ölkəmizdə fəaliyyətini dayandıran “Bakı Elektroştamp” zavodu məhz Zülfüqarlı qardaşlarının xidməti sayəsində dirçəldi. Müəssisədə 400-ə qədər yeni iş yerləri açıldı. Zülfüqarlı qardaşları “Bakı Elektroştamp” ASC-yə 25 milyon manat civarında sərmayə yatırdılar. Daha sonra müəyyən səbəblərdən bu zavoddakı fəaliyyətlərini dayandırmağa məcbur olan qardaşlar xarici ölkələrə investisiya yatırmalı oldular. Nəticədə təkcə biz yox, həm də ölkə iqtisadiyyatı itirdi.
2016-cı ildə indiki Prezidentimiz İlham Əliyevin iş adamlarına müraciətindən sonra ölkəmizin iqtisadiyyatını dirçəltmək üçün ilk qollarını çirmələyən yenə Zülfüqarlı qardaşları oldular. Onlar yenidən Azərbaycana qayıdaraq iqtisadi quruculuq işində Prezidentimizə dəstək olmaq niyyətlərini ortaya qoydular. İndi hansı məntiqlə Eynulla Fətullayev bu nəcib niyyətə müxalif don geyindirir? Axı iş adamının müxalif cəbhədə nə işi var? Hər bir iş adamı, sözsüz ki, nəticəsi qeyri-müəyyən olan proseslərə girməz, ölkədə investisiya mühitinin olub-olmamasına baxar. Zülfüqarlı qardaşları da iki dəfə Azərbaycana investisiya yatırmağa gəlibsə, deməli, mövcud hakimiyyətin iqtisadi siyasətini bəyənib və bu addımı atıblar. Onların dövlət mətbu orqanlarında mütəmadi dərc olunan yazıları da siyasi mövqelərini ortaya qoyur. Bu mövqeyə şübhə edənlər “Respublika”, “Azərbaycan”, “Xalq qəzeti”, “AzərTAC” və s. kimi mətbuat orqanlarını vərəqləsələr, kimin kim və hansı cinahda olduğunu rahatlıqla anlaya bilərlər.”
Sözügedən məqalədə Zülfüqarlı qardaşlarının 2005-ci ildə, guya, “narıncı inqilab”ın mühərriki kimi təqim olunan Fərhad Əliyevlə əlaqələri barədə irəli sürülən fikirlərə də aydınlıq gətirən həmsöhbətimizə görə, Eynulla Fətullayev öz aləmində keçmişdə yaşanan hadisələri fərdi maraqlarına uyğun qiymətləndirməyə çalışır:
“Amma bütün Azərbaycan xalqı o vaxt Eynulla Fətullayevin hansı qaranlıq işlərlə məşğul olduğunu gözəl bilir. Zülfüqarlı qardaşları isə onda Azərbaycanda metallurgiya sənayesinin inkişafında əllərindən gələni əsirgəmirdilər. O ki qaldı Zülfüqarlılar– Fərhad Əliyev münasibətlərinə, qardaşlar bu barədə fikirlərini dəfələrlə ictimailəşdiriblər. Mən bu fikirləri yenidən təkrarlamaq istəmirəm.
Yeri gəlmişkən, onu da deyim ki, həmin məqalədə müəlliflər bir çox hüquqi məsələlərə də qiymət verməyə çalışırlar. Məncə, bu kimi problemlərin müzakirəsi hüquqşünaslara həvalə edilməlidir”.
Ölkəmizin sosial gərginliklər burulğanından xilas yolunun iqtisadi tərəqqidən keçdiyini vurğulayan Ramiz Əhmədov ölkə başçısı İlham Əliyev bu istiqamətdə Strateji Yol Xəritəsinin olduğunu xatırlatdı: “Həmin Strateji Yol Xəritəsinin əsas prinsiplərindən biri iqtisadiyyatın şaxələnməsi və qeyri-neft sektorunun inkişafıdır. Zülfüqarlı qardaşları da məhz bunu həyata keçirməklə Cənab Prezidentimizə sədaqətlərini ortaya qoyurlar. Məsələlərə bu məntiqlə yanaşanda, Cənab Prezidentimizin çağırışına səs verən Zülfüqarlı qardaşları yox, onlara qarşı çıxanlar Azərbaycanı sosial gərginliyə sürükləyən tərəf qismində görünürlər”.
Eynulla Fətullayevə bir neçə il öncə Zülfüqarlı qardaşlarının lehinə yazdığı saysız məqalələri xatırladan Ramiz Əhmədov ona hərdən arxaya dönüb baxmağı məsləhət gördü: “ Eynulla Fətullayevin indi tamamilə başqa havanı çalması da həmin yazıların sifarişli olduğunu bir daha təsdiqləyir”.
Sonda Loğman Zülfüqarlının Azərbaycanı tərk etmədiyini, işgüzar fəaliyyətlə əlaqədar xarici ölkələrdən birinə getdiyini deyən R. Əhmədovun fikrincə, əslində iş adamlarımızın ölkəmizdən didərgin salmaq bəzi monopolist qüvvələrin arzusudur: “Görünür, onlar öz arzularını reallıq kimi qələmə verməyə çalışırlar.
Qeyd edək ki, Prezident İlham Əliyev 2016-cı ilin iyun ayında keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında çıxış edərək, xaricdə fəaliyyət göstərən azərbaycanlı iş adamlarını ölkəmizə sərmayə yatırmağa dəvət etmişdi. O, demişdi:
“Böyük maliyyə imkanları olan azərbaycanlı iş adamlarına müraciət edirəm ki, kənd təsərrüfatı, turizm, yüksək texnologiyalar və digər sahələrə investisiya qoysunlar”.
Zülfüqarlı qardaşlarının Azərbaycana yenidən qayıtması da məhz bu çıxışdan sonraya təsadüf edir.
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 2024 21:14
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20