Topçubaşovun 95 yaşlı nəvəsi: "Azərbaycana getmək istəyirəm" (FOTO)
Mədəniyyət21 may 2018 18:14
Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) 100 illiyi münasibətilə görkəmli ictimai-siyasi xadim, diplomat, Azərbaycan parlamentinin ilk sədri Əlimərdan bəy Topçubaşovun varisi, 95 yaşlı nəvəsi Gülnarə Kurdemir fəxri fərmanla təltif olunub.
report xəbər verir ki, bununla bağlı qərarı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovimzalayıb.
Mükafatı Əlimərdan bəy Topçubaşovun varisinə Dövlət Komitəsi adından Azərbaycanın əməkdar rəssamı Teymur Rzayev təqdim edib.
G.Kurdemir Azərbaycan dövlətinə ona göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib: "Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edir. Bu, məni çox sevindirir, çünki mən də bu Cümhuriyyəti quranlardan biri olan Topçubaşovun nəvəsiyəm. Babam vəfat edəndə mənim 10 yaşım vardı. Bəzi şeylər yadımda deyil, ancaq çox gözəl insan olduğunu, bizi çox sevdiyini deyə bilərəm. Bizi tez-tez parka aparırdı. Dəfn mərasimində o qədər adam iştirak etdi ki, təsəvvür belə edə bilməzsiniz. Anam bizi evdən çıxmağa qoymadı, məzarına da getmədik. İndi Fransanın Sen Klu şəhərində onun çox gözəl bir məzarı var. İki il əvvəl Fransaya getmişdim, məzarını da ziyarət etdim. Azərbaycan hökuməti məzarı çox gözəl bərpa edib. Bu gün sizlər Əlimərdan bəy Topçubaşovu unutmursunuz, mən bununla qürur duyuram. Xoşbəxtəm ki, onun nəvəsiyəm”.
O, babası vəfat etdikdən sonra ailəsinin çətin sınaqlardan keçdiyini söyləyib: "Böyük ailə idik, anamın bacıları, əmilərim bir evdə yaşayırdı. Babam dünyasını dəyişdikdən sonra ailəmiz dağıldı, pərən-pərən oldu, hərə bir tərəfə getdi. Bununla da xoşbəxtliyimiz sona çatdı. Atam fəhlə işləyirdi, anam evdar qadın olduğundan çalışmırdı, çox əziyyətlə bizi böyütdü. Ailəm İstanbula gələndə 22 yaşındaydım. Mən ailə qurdum, yoldaşım tanınmış kitabxanaçı idi, çox intellektual insan idi. Ailə həyatımız 5 il davam etd, daha sonra heç kimlə evlənmədim, iki övladımı təkbaşına böyütdüm. "Qalatasaray" liseyində uşaqlara fransız dilindən dərslər verirdim. Oğlum Fikrət 35 yaşında dünyasını dəyişdi. Qızım hazırda Bodrum şəhərində yaşayır, bir oğlu var. Tez-tez telefonla danışırıq, arada yanıma gəlir”.
G.Kurdemir vurğulayıb ki, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu gün Bakıda olmağı çox istəyir: "Mən Bakıya gedib doğma Vətəni görmək istəyirəm. Azərbaycan hokuməti bir dəfə bacımla məni Bakıya dəvət etmişdi. Hətta biletlərimiz də alınmışdı. Ancaq bacım xəstələndiyindən səfərimiz təxirə salındı. Daha sonra bacım vəfat etdi. İndi 95 yaşım var, qulağım zəif eşidir, tez yoruluram, çox yaşlandım. Ancaq düşünürəm ki, gedib oraları görə bilərəm. Bəlkə də qismət bu günlərəymiş”.
Oxşar xəbərlər
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 2024 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 2024 10:13
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 2024 11:37
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 2024 12:17
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya