“Rüstəm İbrahimbəyovun damarında erməni qanı axır” - Vüqar Rəhimzadə
“Peşəsindən, cəmiyyətdəki sosial statusundan asılı olmayaraq ümummilli məsələlərdə hər kəs vətəndaşlıq mövqeyi nümayiş etdirməli, dövlətçilik və milli maraqları hər şeydən uca tutmalıdır. Xalqımız hər zaman bu kimi məsələlərdə vahid mövqedən çıxış etməyi bacarıb. Təəssüf ki, “sapı özümüzdən olan” bəzi “baltalar” hələ də çirkin niyyətlərindən əl çəkmək fikrində deyillər. Daim Vətənə, xalqa qarşı təbliğat aparan bu cür ünsürlər erməni maraqlarına xidmət edirlər”.
Bu fikirləri “Qafqazinfo”ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
V. Rəhimzadə qeyd edib ki, ssenari müəllifi Rüstəm İbrahimbəyov olan 2015-ci ildə çəkilmiş “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqının vəhşi, qəddar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilərin isə sülhsevər kimi təqdim olunması İbrahimbəyov kimi antimilli ünsürlərin hansı qaranlıq mənbələrdən “qidalandığı”nı açıq şəkildə nümayiş etdirir:
“Filmə diqqət yetirdikdə burada tarixi faktların, mövcud reallıqların, baş verən hadislərin təhrif olunduğunu, qərəzli və yalan məlumatların yer aldığını görürük. Rüstəm İbrahimbəyova sual vermək lazımdır, Dağlıq Qarabağda baş verən hadisələr, torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğal olunması nə tez yadından çıxıb? Bəs, Xocalı soyqırımı, qətlə yetirilən 613 Xocalı sakininin ruhu qarşısında necə cavab verəcəksən? Bütün bunları inkar etmək üçün ən azı erməni olmaq lazımdır. Görünür, İbrahimbəyovun damarında erməni qanı axır. O, öz əməlləri ilə bu faktı bir daha təsdiq edir.”
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, filmin əvvəlində azərbaycanlı uşaqların qorxaq, erməni uşaqların isə mərd, güclü, geniş ürəkli obraz kimi təqdim olunması İbrahimbəyovun ermənilərin əlində alət olduğunu, onların çirkin maraqlarına xidmət etdiyini nümayiş etdirir:
“İbrahimbəyov kimi milli xəyanətkarların iç üzü, əsl “niyyətləri” hər kəsə məlumdur. Bu kimi ünsürlər hər zaman pul, şöhrət üçün milli maraqları satmağa hazırdırlar. Bir vaxtlar Əkrəm Əylisli “Daş yuxular” əsəri ilə xalqımıza xəyanət etdiyi kimi, Rüstəm İbrahimbəyov da “Qafqaz üçlüyü” filmi ilə öz xislətini ortaya qoydu. Bəlkə də erməni “qardaşları” buna görə onun boynundan medal da asacaqlar. Ancaq Azərbaycan xalqı bu cür namərdləri bir daha qəbul etməyəcək. Məncə, insan üçün ən böyük əzab, dərd öz Vətənindən, torpağından qovulmaqdır. Əminəm ki, milli mənsubiyyəti olmayan, kökü bilinməyən İbrahimbəyov insani hisslərini itirdiyinə görə, bu, onun üçün bir o qədər də önəm daşımır.”
Vüqar Rəhimzadə əlavə edib ki, İbrahimbəyovun bu əməli bir daha “milli şura” adlı qurumun az fəaliyyətini antimilli ideyalar əsasında qurduğunu göstərir:
“Bir vaxtlar Əli Kərimli, Cəmil Həsənli kimilər “milli şura”da birləşərək Rüstəm İbrahimbəyovu cəmiyyətə “ziyalı” kimi təqdim etməyə çalışırdılar. İndi bu şəxslər Rüstəm İbrahimbəyovun bu “əməllərinə” necə bəraət qazandıracaqlar? Təbii ki, bu, mümkün deyil. Çünki elə “milli şura” və bu cür ünsürlər də ermənipərəst dairələrə xidmət edirlər. Bu cür faktlar onların əsl simasını bir daha xalqa nümayiş etdirir.”
Rəhimzadə onu da bildirib ki, İbrahimbəyov “Qafqaz üçlüyü” filmi ilə özünü “humanist” kimi tanıtmağa çalışır. Ancaq bu film bir daha İbrahimbəyovun Azərbaycanın və xalqımızın düşməni olduğunu təsdiqləyir.
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Moskva terrorunda azərbaycanlı kişi və erməni xanımı da öldürülüb
24 mart 2024 20:47
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO
24 mart 2024 05:58
- Zümrüd gözlü Sərsəng dəryaçası daha da gözəlləşəcək
23 mart 2024 16:24
- Moskvada terror aktında azərbaycanlı Vüqar Hüseynov həlak olub
23 mart 2024 14:53
- Köçaryanın oğlu ilə Paşinyan arasında gərginlik, parlamentdə ağız deyəni qulaq eşitmədi – VİDEO
22 mart 2024 23:36
- Sarımsağın bu ZİYAN-larını bilirsiniz?
22 mart 2024 20:04
- İki gün qaldı - 4 kəndimiz qaytarılır...
22 mart 2024 19:56
- Xankəndidəki erməni: 30 il əvvəl quldur ermənilər gəldi… - Video
22 mart 2024 19:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06