“Harvard”ı bitirən azərbaycanlı məzunlar: Onların arasında nazir də var
Günün sitatı29 may 2018 16:35
Harvard Universiteti ABŞ-ın ən qədim təhsil ocağı sayılır. 1636-cı ildə fəaliyyətə başlayan bu universitet hazırda dünyanın üç ən nüfuzlu ali məktəbindən biridir. Ali məktəbin kampusu Massaçusets ştatının Kembric şəhərində yerləşir və 154 hektarlıq ərazini əhatə edir. İngilis missioneri və xeyriyyəçisi Con Harvardın şərəfinə onun adı ilə adlandırılıb. Övladı olmayan Harvard 1638-ci ildə ölümündən sonra öz mülkünün yarısını bu təhsil ocağına bağışlayıb. Harvard Universitetinin kitabxanası dünyanın ən böyük özəl kitabxanasıdır. Burada mərkəzi kitab toplusundan əlavə, nadir kitablar və əlyazmalar, tibb, çin-yapon kitabları və s. kitabxanalar yerləşir.
Dünyanın məşhur insanları, böyük şəxsiyyətləri Harvard Universitetinin məzunu olublar. Onlardan 45 nəfəri Nobel mükafatı laureatı, 30-dan çoxu isə dövlət başçısıdır. ABŞ-ın bir neçə sabiq prezidenti, o cümlədən sonuncu dövlət rəhbəri Barak Obama və xanımı Mişel, Feysbukun yaradıcısı Mark Zukerberq, Microsoft-un qurucusu Bill Qeyts "Harvard”da təhsil alıblar.
Bu nəhəng ali təhsil ocağını bitirənlər arasında azərbaycanlılar da var və onlardan bəziləri hazırda yüksək dövlət vəzifəsində çalışır.
Araşdırma nəticəsində məlum olub ki, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov 2000-ci ildə Harvard Universitetinin Kennedi adına məktəbini beynəlxalq və milli təhlükəsizlik ixtisası üzrə bitirib və son təyinata qədər diplomatik fəaliyyətlə məşğul olub. Azərbaycanı BMT-də və Fransada fövqəladə və səlahiyyətli səfir kimi təmsil edib.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2011-ci ildə Harvard Universitetini inzibati idarəçilik üzrə ixtisası üzrə bitirərək, magistr dərəcəsinə yiyələnib. Bir ay öncə yüksək vəzifəyə təyinat alan V.Hüseynov buna qədər Ucar seçicilərini Milli Məclisdə təmsil edib və ən fəal millət vəkillərindən olub.
Dövlət Neft Fondunun icraçı direktoru Şahmar MövsümovHarvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbini dövlət idarəçiliyi ixtisası üzrə bitirib və bu nüfuzlu universitetdə təhsil alan ilk azərbaycanlılardandır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimov 2012-ci ildə Harvard Universitetini (ABŞ) dövlət idarəetməsi üzrə magistr dərəcəsi ilə bitirib, eləcə də dövlət siyasəti və idarəetməsi üzrə Meyson Proqramının diplomunu alıb. Kənd Təsərrüfatı naziri İnam Kərimovun qardaşı M.Kərimov 6 xarici dil bilir.
Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev "Harvard” məzunudur və bu universiteti hüquqşünas ixtisası üzrə bitirib.
"Harvard”ı bitirən digər azərbaycanlı məzunlar:
Emin Hüseynov – Azərbaycan Respublikası Maliyyə nazirinin müavinidir. Mərkəzi Bankın Baş direktoru olub.
Ramin İsayev – "SOCAR AQŞ”ın baş direktorudur. Uzun müddətdir Dövlət Neft Şirkətində çalışır.
Farid Şəfiyev – Azərbaycanın Çexiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır.
Tahir Kərimov – Azərbaycanın Malayziyada fövqəladə və səlahiyyətli səfiri işləyib.
Röya Talıbova – "İrəli” İctimai Birliyinin həmtəsisçisi. Prezident Administrasiyasında baş məsləhətçidir.
Rauf Məmmədov – Hazırda Qətərdə yaşadığı, burada biznes fəaliyyəti ilə məşğul olduğu deyilir.
Fuad Axundov – Əvvəllər İnterpolda çalışıb, indi Kanadada yaşayır. Ottavada Azərbaycan diasporunun fəal təmsilçilərindəndir.
Mikayıl Qasımov – İxtisasca riyaziyyatçıdır, Harvard Universitetini bitirən ilk azərbaycanlıdır.
Natiq Qasımov – Biznesmendir, Avropada yaşayır və fəaliyyət sahəsi maliyyə sektoruna aiddir.
Bəxtiyar Hacıyev – İctimai-siyasi fəaliyyətlə məşğuldur. "Müsbət Dəyişiklik" Gənclər Hərəkatının təsisçisidir.
Murad Sofizadə - Rusiyada yaşayır, bizneslə məşğuldur. Özünə məxsus şirkətlə yüzlərlə işçi çalışır.
Natiq Qəniyev – Maliyyə sektorunda çalışır. Londonda fəaliyyət göstərən aparıcı maliyyə şirkətlərindən birinin "CEO”sudur.
Mənbə: azxeber.com
Oxşar xəbərlər
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 2024 10:13
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya