“6 milyon ödəyəndən sonra Ələddin yoxa çıxdı...”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində alman iş adamının 6,5 milyon dollar pulunu dələduzluq yolu ilə mənimsəkdə təqsirləndirilən 1961-ci il təvəllüdlü Ələddin Yusifovun məhkəməsi keçirilib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun icraatında olan prosesdə zərərçəkmiş, Almaniya vətəndaşı Heins-Georg Tomas iştirak edib və ərizə təqdim edərək mülki iddia qaldırıb.
Təqsirləndirilən Ə.Yusifov ifadə verərək deyib ki, 2010-cu Heins-Georg Tomas şirkətin 2 əməkdaşı ilə onun yanına gəlib: "Bir neçə ölkədə şirkətlərim var idi. İllik dövriyyəm 50 milyon dollar, gəlirim isə 10 milyon dollar idi. Mən də onların anketini çıxartdırdım və Almaniyada heç bir uğur əldə etmədiyini öyrəndim. “Airwerk” şirkətinin hesabında heç 1 dollar da pul yox idi. Daha sonra Külək Enerjisi ilə bağlı Azərbaycan tərəfi həmin şirkətə 104 milyon avro pul ayırdı. Heins-Georg Tomas və onun işçiləri bir il mənim ofisimdə oturub işlədilər. Həmin vaxt şirkətinin rəhbəri başqa adam idi. Bu şəxslər Azərbaycanda qanunsuz fəaliyyət göstəriblər. “Airwerk” şirkəti işləri görmək üçün mənim hesabıma 2 milyon dollar pul köçürdü. Həmin puldan Heins-Georg Tomasa 1 milyon dollar, Elşən Kərimova 200 min dollar, 1 milyon 400 min dolları isə Qazaxıstandakı şirkətin hesabına köçürdüm. Bu günə qədər də Qazaxıstandakı şirkətdən pulu çıxara bilmirik".
Heins-Georg Tomas ifadə verərək Ə.Yusifovun dediklərini fantaziya adlandırıb: "Biz Azərbaycanda 125 milyon dollarlıq lahiyə udub, yerli şirkətlərə təxminən 45 milyon dəyərində işlər vermişdik. Ələddinin ofisindən istifadə etdiyimiz düzdür, lakin tenderlə bağlı işləri özümüz hazırlamışıq. Ələddin də özünü bizə inşaat rəhbəri kimi təqdim edib, tenderdə işi qazanmışdı. Sonra da onun inşaat sahəsində yad insan olduğunu bildik, onun heç lazımi texnikası da yox idi. Biz də buna görə tenderi ona vermədik, o özü də bununla razılaşdı. Biz onunla əlaqələrimizi davam etdirdik. Sonra Ələddin neft məmulatlarının alqı-satqısı ilə məşğul olduğunu dedi. Bu söhbət məni maraqlandırdı. Ələddin Yusifovun "Texnikabank"dakı hesabına 2 milyon avro pul köçürdük. O sonradan pulun artırmasını istədi. Onun istəyinə uyğun olaraq pulu Bakıdakı hesabına yox, Riqada olan bankın hesabına köçürdük. Ümumilikdə onun hesablarına 6 milyon dollar köçürdük. Sonra Ələddin yoxa çıxdı, gah Afrikaya gedirdi, gah da başqa ölkələrə. Biz öyrəndik ki, o, Afrikada neft yox, qaz yataqları alıb. Mən onu tapıb pulu tələb edəndə villasını girov qoydu".
İttihama görə, Ələddin Yusifov 2005-ci ildə “QKSSS” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təsis edib. O, həmin MMC vasitəsi ilə neft məhsullarının idxalı, ixracı və digər işlərlə məşğul olub.
Ə. Yusifov həmin MMC-nin direktoru vəzifəsində işləyərkən Almaniya Federativ Respublikasında qeydiyyatdan keçmiş “Airwerk” şirkətinin baş direktoru, həmin respublikanın vətəndaşı Stichternath Heins-Georg Tomasa 2010-cu ildə özünü uğurlu və geniş əlaqələrə malik iş adamı kimi təqdim edib.
O, almaniyalı iş adamına neft məhsullarının alqı-satqısı ilə məşğul olduğunu, bu yolla külli miqdarda gəlir əldə etdiyini bildirib, ona biznesə daha çox investisiya qoyulduğu halda daha çox gəlir əldə edəcəklərinə inandırıb.
Ə. Yusifov qeyd olunan işləri görmək üçün almaniyalı iş adamından 6 milyon 540 min manat istəyib, həmin pulun 20 faiz miqdarında gəlir əldə edəcəklərinə yalandan vəd verib.
Stichternath Heins-Georg Tomas Almaniya Federativ Respublikasında fəaliyyət göstərən müxtəlif banklar vasitəsi ilə “Texnikabank”da “QKSSS” MMC-nin hesabına 6 milyon 540 min manat (o vaxtı məzənnə ilə 6 milyon avro – red.) köçürüb.
Ələddin Yusifov həmin pulu şəxsi ehtiyaclarına sərf edərək, almaniyalı iş adamına qarşı külli miqdarda dələduzluq edib.
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31