Arif Rəhimzadədən təklif: "Rəsulzadə və Elçibəyə abidə qoyulmalıdır"
Cəmiyyət8 iyun 2018 10:05
"Bakıda Məhəmməd Əmin Rəsulzadəyə abidə mütləq qoyulmalıdır. Mən hesab edirəm Elçibəyə də abidə qoyulmalıdır. Düzdür, qəbirüstü abidə qoyulub, amma başqa bir yerdə də qoyulmalıdır. Çünki bu, tarixdir”.
Bunu "Yeni Müsavat”a Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib. O, bildirib ki, Azərbaycan xalqına xidmət edən, Azərbaycan xalqı qarşısında nailiyyətləri olanların hamısının adı əbədiləşdirilməlidir.
Parlamentdə etdiyi çıxış zamanı "Azərbaycanda dövlətçiliyin əsasını ruslar qoyub” fikrinə aydınlıq gətirən A. Rəhimzadə həmin iclasdan danışıb:
- O söhbət bilirsiniz nəyə görə yarandı? Bizim qəzetçilər həmişə bir sitatı götürüb onun əsasında oynamağa başlayırlar. Adların dəyişməsi ilə bağlı müzakirələr gedirdi. Çıxış edənlər başladılar ki, biz çox gecikmişik. Bunu gərək çoxdan edəydik. Sovet dövründə verilən adların hamısını dəyişək. Düzgün olmayıb, nə bilim nə olub... Mən də dedim ki, sovet dövrünün qəddarlığına baxmayaraq, müsbət cəhətləri də olub axı...
Gəlin onda Nəriman Nərimanovun adı ilə bağlı olan yerlərin də adlarını dəyişək, o da sovet dövründə olub. O adam ki, həqiqətən Azərbaycan xalqına qarşı qəddar münasibət bəsləyib, onun adını dəyişdirmək olar. Amma məsələn, Ağamalıoğlu Azərbaycan xalqına nə edib, nə ziyan vurub? Biz onun adını niyə dəyişək? İkinci məsələ bu oldu ki, mən Mixaylovka kəndi haqqında danışdım. Göygöl rayonunun Mixaylovka kəndi 1845-ci ildə yaradılıb, özü də ona qədər orada yaşayış olmayıb. Rusların xristianlıqdan bir az fərqlənən nümayəndələri var, onlara "malakan” deyirlər. Çar hakimiyyəti də həmişə onları sıxışdırırdı və mərkəzdən uzaqlaşdırmaq istəyirdi. Misal üçün, Rusiyada Morozov var idi, milyonçu idi, onun kimi zənginləri də sıxışdırırdılar. Digər məqsəd ondan ibarət idi ki, imperiyanın sərhədində xristianları yerləşdirsinlər. Yəni özlərinə çox xoş gəlməyənlər də olsa, məhz xristianları yerləşdirmək istəyirdilər. Elə erməniləri də o səbəbdən gətirib orada yerləşdirdilər, ona görə yox ki, ermənilərə bənd olmuşdular. Mövqe bu idi ki, necə xristian olur-olsun, qeyri-müsəlmandan xristian yaxşıdır. Elə bir kəndin adının dəyişdirilməsi, məncə, düzgün deyil.
Ona görə ki, biz bu kəndin adını deyəndə istər-istəməz həmin tarixi yadımıza salırıq. Niyə bu Mixaylovkadır? Hə, deməli, keçmişdə belə bir imperiyanın tərkibində olmuşuq, Azərbaycanı sıxışdırıblar, bura başqa xalqları köçürüblər. Bundan sonra oranın Günəşli, ya Çəmənli adlandırılması orda yaşayan, yaxud yaşayacaq insanlara nə deyəcək?
Tarix xoşumuza gəlsə də, gəlməsə də, onu inkar etmək tamamilə səhvdir.
Oxşar xəbərlər
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 2024 22:41
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- Həbs olunan terrorçu danışdı: Pula görə elədim... - VİDEO
23 mart 2024 16:18
- Yığmamız Bakıda Monqolustanı məğlub etdi
22 mart 2024 22:13
- Azərbaycanlı ictimai fəalı Türkiyədə kim döy(dür)üb?-Zərəçəkən bəzi məmurlardan şübhələnir-Video
22 mart 2024 20:55
- Azərbaycan - Monqolustan oyunu başladı - Yenilənib
22 mart 2024 20:36
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- Bu gün Azərbaycanla Monqolustan üz-üzə gələcək
22 mart 2024 10:14
- Türkiyə iqtisadiyyatı Almaniya və Yaponiyanı da arxada qoyacaq
20 mart 2024 18:57
Xəbər lenti
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 13:54
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 13:49
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 13:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 11:29
Video & Fotoqalereya
Video
Fotoqalereya