Prezidentə müraciət! Rövşən Bağırovla Qorxmaz Hüseynov 3 kəndi susuz qoyur
Region9 iyun 2018 11:49
"Bizə Kərbəla müsibəti yaşatmaq istəyirlər”
Lerik rayonun Şivlə, Biləvər və Geskön kəndləri yenidən ölkə başçısına müraciət ediblər.
Onlar aztoday.az-a göndərdikləri müraciətdə icra başçısı Rövşən Bağırovun zülmündən bezdiklərini deyirlər.
Belə ki, məlum 17 milyonluq yol qalmaqalından sonra icra başçısı indi də kəndin ərazisindəki suyu qonşu kəndə aparmaq, bununla da adıçəkilən kəndləri susuz qoymaq istəyir.
Sakinlər Prezidentə və Birinci Vitse-prezidentə müraciətlərində xahiş ediblər ki, ya onları bu kəndlərdən köçürsünlər, ya da bu zülmə son versinlər:
"Kəndimizin ərazində Şüpək deyilən meşə massivində kiçik bir çeşmə axır. Yay aylarında demək olar ki, su tamamilə azalır. Güclə özümüzü təmin edirik. Dəfələrlə Şingədulan kənd sakinləri bu suyu aparmaq istəyiblər. Amma 90-ci illərdən bəri bir neçə icra başçısı o çeşməyə baş çəkib, suyun aparılmasının mümkün olmadığını deyiblər. Hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyi də o vaxt rəy verib ki, bu çeşmədən su götürüləcəksə, 15 hektar meşə zolağı və 6 hektar yeni salnmış meşə massivi (əsasən qoz ağacları) məhv ola bilər. Həmin çeşmənin sahilində yeni meşə zolağının da salnması nəzərdə tutulub. Suyun mənbədən götürülməsi isə qadağan edilib. Amma icra başçısı deyir ki, zorla da olsa, bu suyu aparacağam. Baxmayaraq ki, Şingədulan kəndi ərazisində bir neçə bulaq və həmin Şüpəklə eyni istiqamətdə "Alaşa” çayında bir çeşmə axır. Amma həmin sualara toxunmayıb məhz bizim suyu aparmaq istəyirlər. Niyə oradan su götürmürlər? Bizim ərazidəki su aparılacaqsa, böyük bir meşə zolağı, üç kəndin sakinləri, təsərrüfat sahələri, mal-qara məhv olacaq. Bu isə icra başçısını qətiyyən narahat etmir. Bu suyun aparılması bir tərəfi diriltməkdirsə, digər tərəfi öldürməkdir. Bunun başqa adı yoxdur”.
Sakinlər müraciətlərində qeyd edirlər ki, icra başçısı onları "qara siyahı”ya salıb: "Cənab Prezident, Siz Noda-Şingədulan-Xanagah yolunun çəkilməsi üçün ümumilikdə 17 milyon manat vəsait ayırdınız. Yol keyfiyyətli çəkilmədi və rəsmi açılışı olmadan dağıldı. Biz sizə müraciət etdik. Bundan sonra icra başçısı bizə təzyiqləri artırdı. O və müavinləri müntəzəm bizi hədələməyə başladılar. Sizin adınızdan istifadə edib deyirlər ki, Prezident pul ayırıb, biz bu kəndə su aparacağıq. Biz o kəndə su aparılmasının əleyhinə deyilik, amma kəndin öz ərazisində xeyli su hövzəsi var. Hətta "Alaşa” çayı da oraya daha yaxındır. Görünən odur ki, Rövşən Bağırov bizimlə qərəzli davranır. 1500-dən çox sakini olan bu kəndləri məqsədli şəkildə susuz qoymaq istəyir. Hətta rayona gedib icra başçsı ilə görüşüb ondan xahiş də etdik. Dedi ki, "Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynovla da danışıb, razılaşıblar. Biz Qorxmaz Hüseynova da müraciət etdik, Ekologiya Nazirliyinə də yazdıq. Rövşən Bağırov bu kəndləri köçmə təhlükəsi ilə üz-üzə qoyub. Hətta başçının müavini Habil Məlikov bizə dedi ki, siz yoldan yazandan sonra icra başçısı sizi "qara siyahı”ya salıb, acığa sizin suyunuzu aparacaq. Başçı özü də görüşdə bizə dedi ki, "siz mənim qara siyahımdasınız”. Yaxşı, bəs biz hara köçək? Sizə müraciət etdik ki, bizi Yardımlı rayonuna birləşdirin, bu da olmazsa, köçürün. Əks halda özümüz qaçqın düşəcəyik”.
"Cənab Prezident, biz bu gün rəsmi qaydada yenə Sizə müraciət etdik. Mətbuat vasitəsilə də müraciətimizi işıqlandırmaq istəyirik. Bizi qəbul edib dinləməyinizi xahiş edirik. Düzdür, İcra Hakimiyyətində bizə deyirlər ki, sizin məktublarınız Prezidentə çatmayacaq. Məktubların qarşısını Prezident Adminstrasiyasında da olsa, kəsərik. Amma biz ümid edirik ki, siz bizi dinləyəcəksiniz. Bu gün icra başçısı kəndə polis göndərib bizi hədələmək istədi. O bilir ki, Sizə müraciətimiz nəticəsiz qalmayacaq. Hətta müavini dedi ki, "hara istəyirsiniz yazın, şikayət edin, icra başçısına kimsə bir söz deməz”. Bəs o zaman biz nə edək, hara müraciət edək? Bizdə olan məlumata görə, icra başçısı Şingədulanda salınan istirahət mərkəzində Rusiyada çalışan və həmin kənddən olan iş adamları ilə ortaqdır. Suyu da məhz o məqsədlə aparır. Hətta Şingədulan sakinləri deyirlər ki, bizim "haqqımız” icra başçısına çatıb, ona görə də suyu zorla olsa da, apararıq. Biz bilmək istəyirik ki, bu nə "haqq”dır? Sizin avqust ayında Lerik rayonuna səfəriniz gözlənilir. İcra başçısı dağılmış yolu yamamaqla məşğuldur ki, o eybəcərlikləri və korruspiya faktını görməyəsiniz. Amma təbii ki, bunu gizlətmək mümkün deyil. Hər şey ortadadır. Bizi narahat edən odur ki, vətəndaş öz dərdi, problemi ilə bağlı Prezidentə müraciət edəndə icra başçısı ondan qisas almalıdır? Necə 3 kəndi təhlükə ilə üz-üzə qoymaq olar?”, – deyə sakinlər bildiriblər.
Sözügedən kəndlərin sakinləri bildiriblər ki, yaxın zamanda kütləvi şəkildə ölkə başçısının qəbuluna gələcəklər: "Biz ümid edirik ki, Siz bu ədalətsiz qərarı durduracaqsınız və bizə Kərbəla müsibəti yaşatmaq istəyən məmurlara, məmur özbaşınalığına, korrupsiya faktlarına son verəcəksiniz. Bunun üçün səlahiyyəti nümayəndələrinizi əraziyə baş çəkməyə göndərə bilərsiniz. Əminik ki, onlar da durumu obyektiv qiymətləndirib sizə düzgün məlumat verəcəklər. Biz sizə güvənirik”.
Yazıdakı fikirlər sakinlərin ölkə başçısına rəsmi ünvanladıqları müraciətin surətindən götürülüb.
Oxşar xəbərlər
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 2024 20:32
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- Azərbaycanda sakinlərin yoxa çıxdığı, sirli qəbirlərin olduğu kənd - VİDEO
11 aprel 2024 11:28
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi
10 aprel 2024 23:08
- Erməni çoban sürüsü ilə Azərbaycan ərazisinə keçdi, atışma başladı, yaralı var ...
10 aprel 2024 19:48
- Ulu öndər Heydər Əliyevin əmiləri soyqırımı cinayətlərinə məruz qalıblar – FOTO/VİDEO
9 aprel 2024 06:18
- 31 Mart soyqırımından 106 il ötür
31 mart 2024 12:22
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
Xəbər lenti
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04
Video & Fotoqalereya
Video
Fotoqalereya