BSU-da imtahan sessiyasının monitorinqi aparılıb - FOTO
Bu gün Bakı Slavyan Universitetində (BSU) aparıcı KİV nümayəndələri, təhsil ekspretləri, qeyri-hökumət təşkilatları və valideynlərin iştirakı ilə 2017-2018-ci tədris ilinin yay imtahan sessiyasının monitorinqi aparılıb.
NUH.az xəbər verir ki, təhsil ekspertlərindən Nadir İsrafilov, Kamran Əsədov, aparıcı KİV nümayəndələrindən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Trend İnformasiya Agentliyinin baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev və digərləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə imtahanların keçirilmə prosesi ilə tanış olublar. Müşahidəçilərə bildirilib ki, BSU rektorunun imzaladığı əmrə əsasən universitetdə imtahanlar iyunun 1-də başlanıb və 30-da başa çatacaq. Bir qayda olaraq, imtahanlar yazılı formada aparılır. İmtahanların şəffaf və obyektiv aparılması məqsədilə dekanlar, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədilə universitetdə qərargah fəaliyyət göstərir. İmtahanların nəticələri imtahan başa çatdıqdan az sonra sayta yerləşdirilir. Şikayətlərə baxmaq və aşkarlanmış çatışmazlıqları operativ aradan qaldırmaq məqsədilə qərargahın nəzdində apelyasiya komissiyaları təşkil edilib.
Müşahidəçilərlə görüşən BSU-nun rektoru, professor Nurlana Əliyeva əsas məqsədin tələbələrin biliyinin obyektiv və dəqiq qiymətləndirilməsi olduğunu bildirib. O, imtahanın yüksək səviyyədə aparılması üçün universitetdə hər cür şəraitin yaradıldığını qeyd edib. N.Əliyeva onu da bildirib ki, hazırlığına, biliyinə güvənən gənclərin imtahanla bağlı heç bir problemi olmur.
Universitetdə fəaliyyət göstərən imtahan qərargahının rəhbəri, tədris işləri üzrə prorektor, professor Telman Cəfərov qərargahın saat 9-dan fəaliyyətə başladığını, bəzən axşam saat 7-yə, 8-ə qədər çalışdığını bildirib. O, tələbələrin şikayətlərinə onların özlərinin və valideynlərinin iştirakı ilə baxıldığını, buraxılmış səhvlərin bir-bir izah edildiyini, bir sözlə, ədalətə, obyektivliyə tam zəmanət verildiyini diqqətə çatdırıb. T.Cəfərov qərargahın hamının üzünə açıq olduğunu, valideynlərin, ictimai təşkilatların nümayəndələrinin istənilən vaxt qərargahın işi ilə tanış ola bildiklərini deyib.
Müşahidəçilər imtahanların müşahidə kameraları quraşdırılmış xüsusi auditoriyalarda keçirilməsini, bununla yanaşı, hər auditoriyada 2-3 müəllim-əlaqələndiricinin nəzarət etməsini, imtahan prosesində baş verə biləcək bütün mənfi halların qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini yüksək dəyərləndiriblər. Eyni zamanda, biliklərini nümayiş etdirmək üçün tələbələrə yaradılan şəraitdən razılıq ifadə olunub.
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 2024 17:37
- İranda etiraz aksiyalarında 100-dən çox insan gözünü itirib - FOTO
24 mart 2024 06:08
- Ukraynada daha bir azərbaycanlı hərbçi öldü - Foto
24 mart 2024 05:46
- Şəklini terrorçuların sırasında görən tacik özü POLİSƏ GETDİ VƏ...- FOTO
23 mart 2024 17:22
- Moskvada konsert zalında dəhşət: 15 ölü, 50 yaralı – VİDEO + FOTO
22 mart 2024 22:29
- Sünbülə Əliyeva martın 20-də gecə saat 11 radələrində yaşadığı evdən aparılıb
22 mart 2024 18:26
- Rusiya vətəndaşı olan Cəlilabadlı Ukraynada döyüşdə həlak olub - FOTO
22 mart 2024 16:05
- Azərbaycanda kiçik məktəblər ləğv olunur - Bəs şagirdlər, müəllimlər ?
22 mart 2024 14:17
- Azərbaycanda tanınmış şairi motosiklet vurdu: Ciddi xəsarət aldı - Foto
22 mart 2024 13:22
- Bu gün unudulmaz sənətkar, Xalq artisti Rübabə Muradovanın doğum günüdür - FOTO
22 mart 2024 10:22
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06