Nizami rayonuna 2 ildir rəhbərlik edən Arif Qasımovu tanıyırsınızmı? - İLGİNC FAKTLAR
Siyəzəndən Bakıya - Nizami rayonuna transfer olunan Arif Qasımovu bir icra başçısı kimi xarakterizə etməyə çalışsaq, ilk olaraq diqqətə gələni şübhəli keçmişi, ləğv edilmiş MTN rəhbərliyi ilə mübhəm əlaqələri, habelə kriminala bulaşmış biznes şəbəkəsində iştirakı kimi ağır ittihamlar ortaya çıxmış olur. Həra halda dia.az olaraq internet üzərindən apardığımız araşdırmaların yekun nəticəsi belə deməyə əsas yaradır.
Bütün bu faktların oxucular üçün də maraqlı olacağını zənn etdiyimizdən Arif Qasımovla bağlı araşdırma materialının ilk 1-ci hissəsini diqqətinizə təqdim edirik. Beləliklə...
Qısa tərcümeyi-halı
Arif Qasımov 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda – Xanlıqlar kəndində anadan olub. O, Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı və Naxçıvan Dövlət Universitetini hüquqşünas iftisasları üzrə bitirib. Əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayonu İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi vəzifələrində işləyib. İcra hakimi vəzifəsinə təyin olunana qədər isə Nizami Bələdiyyəsinin sədri olub. İndiki vəzifəsi haqda sərəncamdan öncə Arif Qasımov prezidentin 19 iyul 2011-ci il tarixli sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Fermalardan, obyektlərədək biznesi
Bildirək ki, digər yüksək çinli məmurlarımız kimi, A.Qasımov da geniş biznes şəbəkəsi ilə tanınıb. 2011-ci ildə Siyəzənin icra başçısı təyin olunan Arif Qasımov özü üçün rayonda bir neçə nəhəng ferma inşa etdirib. Bu fermaları saхlamaq üçün təbii ki, əkin və otlaq sahələrinə ehtiyac var. Arif Qasımov bu ehtiyacı ödəmək üçün fermerlərə uzun müddətə icarəyə verilmiş bələdiyyə torpaqlarını zəbt edib. Həmin ərazilər indi icra başçısının fermalarına хidmət edir.Bundan başqa cumhuriyyet.az olaraq araşdırmalarımz zamanı onu da öyrəndik ki, Arif Qasımovun Siyəzəndə bir neçə üzlük daş sexləri də fəaliyyət göstərir. Həmin seхlər rayonda görülən bütün təmir-tikinti işlərini tikinti materialları ilə təmin edirdi və çox yəqin ki bu proses Nizami rayonunda davam etdiriləcək. Amma Arif Qasımovun biznesi Siyazənlə mədudlaşmır. Məlumatlı mənbələrin sözlərinə görə, onun əvvəllər bələdiyyə sədri işlədiyi, indi isə icra başçısı kimi təyinat aldığı Nizami rayonunda, icra başçısının nümayəndəsi olduğu Binəqədi rayonunun Biləcəri qəsəbəsində bir neçə ticarət obyekti fəaliyyət göstərir. Həmçinin icra başçısının Bakının müхtəlif yerlərinə tikinti işləri apardığı bildirilir. Paytхatda özünün və yaхınlarının adına onlarla mənzilinin, dəyəri milyonlarla manatla ölçülən bir neçə villasının olduğu da deyilir.
Məhkəməyə çıxan rüşvət qalmaqalı
Yeri gəlmişkən, Arif Qasımov ötən il 600 min manatlıq maхinasiyada ittiham olunmuşdu. Belə ki, Prezident İlham Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyev iş adamı Ramazan Səlimovdan 600 min manat alaraq onu icra başçısı təyin etdirəcəyini vəd etmişdi. Məlumata görə, bu işdə Siyəzən İcra Hakimiyyətinin başçısı Arif Qasımov da iştirak edib. Hər halda 600 min manat pulu alınan iş adamı istintaqa ifadəsində belə deyib. O, istintaqçılara bildirib ki, Həsən Əliyev ondan külli miqdarda pulu aldıqdan sonra onu Arif Qasımovun yanına göndərib.
Qohumlar şəbəkəsi
Siyəzənə rəhbərlik edən məmurun Nizami İcra Hakimiyyətində və bələdiyyəsində kifayət qədər dostu var. Məmur bu dostlarının vasitəçiliyi ilə Nizami rayonunun mərkəzi hissələrində torpaq sahələri alıb obyektlər tikdirir. Onun icra etdiyi tikinti layihələrinə, ümumiyyətlə biznesinin idarə olunmasına qardaşı Vüqar Qasımov nəzarət edir. Bundan başqa, Arif Qasımovun bəzi yaxın qohumları Sabunçu rayonunun Ramana qəsəbəsində qanunsuz torpaq satışı ilə məşğul olurlar. Sözügedən qəsəbənin yarısı məhz icra başçısının qohumları tərəfindən satılıb. Həmin şəxslərin arxasında isə birbaşa icra hakiminin özü dayanıb.
Qardaşının müəmmalı qətli
Apardığımız araşdırmalar nəticəsində aydın oldu ki, Arif Qasımovun qardaşı Vidadi Qasımov 2007-ci ilin iyun ayında silahlı insidentdə iştirak edib. Belə ki, iyunun 17-də saat 01.00 radələrində Atatürk prospektində yerləşən “Pürrəngi” çayxanasında atışma olub. Nərimanov rayon prokurorluğunun məlumatına görə, Münaqişə zəminində Arif Qasımovun qardaşı Vidadi Adil oğlu Qasımov odlu silahdan açılan atəşlə yaralanıb. Güllə yarası alan Vidadi Qasımov Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. Lakin cinayətin nəyin üstə törədilməsi indiyə kimi ictimaiyyətə açıqlanmayıb.
İcra başçısının “kassir” qardaşı
A.Qasımov və ona bağlı olaylar haqda dia.az olaraq apardığımız araşdırmalar zamanı diqqət çəkən daha bir xəbər icra başçısının digər qardaşı ilə bağlıdır. DMX-nin Bakı Regional İdarəsinin rəis müavini İntiqam Məmmədov DMX-nin sabiq rəisi general Firudin Nəbiyevin “əziz-xələf” kirvəsidir. O, öz yaxın qohumu Vüqar Qasımovu DMX-nin Bakı Rergional İdarəsində “yağlı vəzifəyə” otuzdurmuşdu ki, qohumuna “kassirlik” etsin. Həmin bu Vüqar Qasımov isə icra başçısı Arif Qasımovun qardaşıdır. Növbəti yazımızda Arif Qasımovun oğlu Nadir Qasımovun yaşadığı bahalı həyat və imkanlı dostları haqda şok faktları açıqlayacağıq.
Bizi izləyin. Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 2024 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 2024 22:31
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31