“Azercell”-in fırıldaqlarını həyata keçirən “Sindibad” şirkəti... Araşdırma
Maqazin25 iyun 2018 16:34
"Azercell”-in "Sindibad” adlı bir fırıldağı ilə üzləşən vətəndaş Həsən Abdullayev bu istiqamətdə apardığı araşdırmanı Azinforum.az- a göndərib. Həmin yazını olduğu kimi təqdim edirik:
” "Azercell” tərəfindən dəstəklənən və "Azercell”in icazəsi ilə müştəriləri aldadaraq, saxta və pul tələsi olan xidmətlərinə xəbərsiz qoşaraq, birbaşa "Azercell”in nəzarətində olan müştərilərin balanslarından pul oğurlayan "Sindibad” haqqında əldə edilən bəzi faktları oxucuların diqqətinə çatdırıram
1. "Sindibad” fəaliyyətini www.smsfun.az saytı vasitəsilə təqdim edir.
2. Fırıldaq əməliyyatlarına 2006-cı ildən başlayıb və 2007-ci ildə Azercell tərəfindən "Ən proqressiv şirkət” sertifikatı alıb.
3. "Simurq” proyektinin üzvüdür.
4. 2008-ci ildə "Azercell”dən "Ən maraqlı məhsul” serttifikatını alıb.
5. "Zengimcell” xidmətini təqdim edir.
6. Qısa nömrələrlə sorğu keçirir.
Yuxarıdaki məlumatlardan açıq aydın bilinir ki, "Sindibad” "Azercell”in əlaltı şirkətidir, ona yaradılan şəraitdən istifadə edərək, istədiyi kimi fəaliyyət göstərir. "Azercell” online müştəri xidməti nümayəndəsinin dediyi kimi, heç də tamamən fərqli və "Azercell”ə əlaqəsiz müəssisə deyil. "Sindibad”ın fəaliyyət göstərdiyi web səhifəsinə göz atsanız biləcəksiniz ki, orda heç də o sertifikatlara layiq xidmət və kontent yoxdur. 2007-ci illlərdə istifadə olunan, "java” və "symbian” əməliyyət sistemləri ilə fəaliyyət göstərən köhnə, günümüzdə demək olar ki, tamamən istehlakdan qalxaraq tarixə qarışmış telefonlara uyğün şəkil, mövzu (tema), oyun və videolar var. Onların da sayısı o qədər azdır ki, 10 il bundan qabaq belə bu saytın bu kontentlə necə o sertifikatları aldığı və ümumiyyətlə necə fəaliyyət göstərdiyi şübhə doğurur. Günümüzün smartfonlarına uyğun isə orada bir ədəd belə oyun, video və şəkil yoxdur. Saytda tətbiqləri yükləmək üçün telefonda WAP və GPRS-in açıq olması istənilir… Görün bunlar hansı dövrdə qalıb. Ümumiyyətlə günümüzdə playmarket və apple store olan yerdə heçbir ağlı başında adam o sayta girib nəsə yükləməz.
Maraqlı bir digər cəhət isə, www.smsfun.az saytındaki qiymətlərdir. Məsələn, tarixə qovuşmuş telefon olan Nokia 6233 modeli üçün temanın qiyməti 2 azn-dir. Elə həmin telefon üçün fon şəklinin qiyməti 0.59 azn-dir. Görəsən 10 il bundan qabaq Azərbaycanda milliyonerlər yaşayıb? Bunun kimi absurd və gülünc qiymətləri görəndə hərkəs rahatlıqla bunun bir xidmət yox, pul tələsi olduğununu anlasa da, çox təəccüblüdür ki, ” Azercell” kimi böyük əbunə kütləsinə sahib şirkət anlamayıb və "Probleminizi Sindibad Şirkəti ilə həll edin” deyərək, belə saxtakar bir qondarma fırıldaqçını şirkət olaraq insanlara tanıtmaqla müştəriləri avam yerinə qoyur.
"Sindibad” şirkətinin telefonlarına cavab verən xanım nədənsə çəkinib ünvanı mənə deməsə də, "Azercell”dən aldığım ünvanla , onların web səhifələrində göstərilən ünvan fərqlidir. Bir az da araşdıranda domenin Məmmədov Anar Ruslan oğlu adında bir şəxsə aid olduğu və bu Anar adlı vətəndaşın email adresinin [email protected] olduğu ortaya çıxdı. Ortaya çıxarılan adres və telefon nömrələri:
Azercellin verdiyi məlumat:
S. Rəhimov 309, AZ1009. World Business Centre, 18-ci mərtəbə. Tel: 012 4801112
www.smsfun.azsaytında olan məlumat:
AZ1119 Bakı, Azərbaycan, Həzi Aslanov küçəsi 109.Tel: 012 437 9907
Smsfun.az domeninin qeydiyyatını yoxlamaq üçün whois.az saytının verdiyi məlumat:
Naxchivan kuch ev 24, men 71. Tel: 012 4938674
Yuxarıdaki məlumatları nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, bu ünvanlar ya saxtadır, ya da şirkət sahibi tez-tez ünvan və nömrə dəyişir. Ünvanın harada olduğu və sübutu barədə məlumatı növbəti araşdırmada təqdim edəcəm”.
Mövzu ilə bağlı "Azercell”in də mövqeyini dərc etməyə hazırıq.
Oxşar xəbərlər
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 2026 22:24
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
Xəbər lenti
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
Video & Fotoqalereya
Video
Fotoqalereya
