Müstəqil Azərbaycanın müdafiə nazirləri: 11 nəfər kimdir?
Müsahibə26 iyun 2018 15:50
26 iyun Azərbaycanda Silahlı Qüvvələr günüdür. Azərbaycan Respublikası ikinci müstəqillik dönəmində Müdafiə Nazirliyini yaradanda hələ keçmiş SSRİ-dən ayrılmamışdı. Amma o zaman artıq SSRİ adlı imperiyanın dağılacağına şübhələr qalmamışdı. SSRİ-nin tərkibində olan və müstəqilliyini elan etməmiş Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi yaradılıb.
modern.az xəbər verir ki, Azərbaycanın ilk müdafiə naziri postuna o zaman Sovet ordusunda tanınmış hərbçi, general-leytenant Valeh Bərşadlı təyin olunub. Müdafiə Nazirliyinin ilk zabitləri isə general Bərşadlı, general-mayor Dadaş Rzayev, general-mayor Arif Salahov və polkovnik Telman Mehdiyev olub.
Həmin il (1991) oktyabr ayının 9-da Ali Sovet Silahlı Qüvvələrin yaradılması barədə qərar qəbul edib və o zaman keçmiş sovet ordusunun Şıx qəsəbəsindəki 18110 saylı hərbi hissəsinin bazasında Silahlı Qüvvələrin ilk motoatıcı briqadası formalaşdırılıb.
Yeni yaranmış Müdafiə Nazirliyinin cəmi 1 minik avtomobili, hər zabitin isə cəmi 1 tabel tapançası olmaqla cəmi 4 silahı olub. Müdafiə Nazirliyinin əsasnaməsi və digər xidməti sənədləri isə zabitlər bütün dəftərxana ləvazimatlarını öz pullarına almaqla evlərində hazırlayıblar.
Müdafiə Nazirliyi yarandıqdan sonra Silahlı Qüvvələrin yaradılması və komplektləşdirilməsi ilə bağlı gərgin müzakirələr aparılıb. İlk müdafiə naziri general-leytenant Valeh Bərşadlı ordunun əsasının müqavilə əsasında komplektləşdirilməsinə tərəfdar olub. Bərşadlı o zaman şəxsi heyəti 16 min nəfər olan briqadaların yaradılmasını, hər bir taborun ayrıca nömrələnməsi, döyüş bayrağı olmasını, həmçinin reyd taborlarının yaradılmasını təklif edib. Lakin Ali Sovet müzakirələrdən sonra ordunun çağırış əsasında komplektləşdirilməsi barədə qərar qəbul edib. İlk briqada könüllü və çağırışçı heyətlə komplektləşdirilib.
Müstəqillyini bərpa edən Azərbaycan Respublikasında müdafiə naziri postuna 11 dəfə təyinat olub.
1991-ci ilin sentyabr-dekabr aylarında müdafiə naziri postunda general-leytenant Valeh Bərşadlı çalışıb. (5 sentyabr 1991 - 11 dekabr 1991)
1991-ci ilin dekabrından 1992-ci ilin yanvar ayınadək general-mayor Tacəddin Mehdiyev müstəqil Azərbaycanda ikinci müdafiə naziri işləyib. (11 dekabr 1991 - 17 fevral 1992).
1992-ci ilin yanvar-fevral aylarında Müdafiə Nazirliyinə polkovnik Şahin Musayev rəhbərlik edib. (yanvar 1992 - 24 fevral 1992).
1992-ci ilin fevral-mart aylarında isə müdafiə naziri postunda polis polkovniki Tahir Əliyev əyləşib. (24 fevral 1992 - 16 mart 1992).
1992-ci ilin mart ayından 1993-cü ilin fevral ayınadək müstəqil Azərbaycanın müdafiə naziri postunu mülki şəxs Rəhim Qazıyev tutub. (17 mart 1992 - 20 fevral 1993).
1993-cü ilin yanvar-iyun aylarında general-mayor Dadaş Rzayevmüdafiə naziri vəzifəsində çalışıb. (20 fevral 1993 - 17 iyun 1993).
1993-cü ilin iyun-avqust aylarında polkovnik Səfər Əbiyev qısa müddətdə Müdafiə Nazirliyinə rəhbərlik edib. (17 iyun 1993 - avqust 1993).
1993-cü ilin avqust-sentyabr aylarında general-mayor Vahid Musayev növbəti müdafiə naziri olub. (13 avqust 1993 - 25 avqust 1993).
1993-cü ilin sentyabr ayından 1995-ci ilin fevralınadək isə Azərbaycanın müdafiə naziri vəzifəsində general-leytenant Məmmədrəfi Məmmədov işləyib. (2 sentyabr 1993 - 6 fevral 1995).
1995-ci ilin 6 fevralında isə general-polkovnik Səfər Əbiyevmüdafiə naziri vəzifəsinə gətirilib. O, 22 fevral 2013-cü il tarixində nazir postundan azad edilib.
22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının müdafiə naziri vəzifəsinə general-polkovnik Zakir Həsənov təyinat alıb. O, hazırda da bu mühüm vəzifədə çalışır
Oxşar xəbərlər
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 2024 13:49
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 2024 11:29
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Filipp Kirkorov Bakıda
24 mart 2024 23:54
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya