“Günaybank”da 100 milyonu ələ keçirilən vəzifəlilərin adları bilindi – DOSYE
“Günay Bank”ın keçmiş sədr müavini Emin Zeynalovun banka əmanət olunan 100 milyon manatın hansı vəzifə sahiblərindən mənimsədiyi bilinir.
Bu haqda “Yeni Müsavat”a daxil olan məlumanatda deyilir ki, ümumilikdə bankda əmanəti mənimsənilən 42 nəfər var. Onların sırasında yüksək vəzifəli şəxslər üstünlük təşkül edir.
Həmin şəxslər istintaqda sorğu-sual olunmaqdan vaz keçmək üçün əmanətlərinin ələ keçirilməsi haqda hüquq mühafizə orqanlarına məlumat verməyə tələsmirlər. Bununla belə Emin Zeynalovun hansı vəzifə sahibinin “Günaybank”dakı hesabından nə qədər ələ keçirdiyi məlumdur. Bundan başqa bankda 100 milyon manatın mənimsənilməsində yalnız sədr müavinin iştirak etmədiyi haqda iddialar da güclənməkdədir.
Daxil olan məlumatda iddia olunur ki, Emin Zeynalovun etdiyi bu cinayət əməllərinin heç biri özbaşına edilmiş işlər deyil. Hər birində ən azı atası Zakir Zeynalovun köməyi və “yol göstəriciliyi” vardır.
“Emin Zeynalov düz 15 gün gizləndi, halbuki onu bütün respublikada axtarırdılar. Yalnız mətbuatda məlumat çıxan kimi atası tez onu təslim etdi. Hansı atası ki, vəzifədən atıldıqdan sonra hökumətin gözünə girmək, yenidən vəzifə əldə etmək üçün başqa dildən kitabları tərcümə etdirərək, öz adından yayımlayıb çap etdirirdi. İndi də oğlunun əməllərini ört-basdır etməklə, qurulan piramidaya nəzarət etməklə məşguldur. Əlindəki hər şeyini itirmiş, özünü yazıq kimi göstərməyə çalışan Zakir Zeynalov, əslində əlbir olduğu bank rəhbərliyi ilə planını icra edir. Hər dəfəsində “bankla borcumuzu bağlamışıq”, deyən Zakir Zeynalov, indi də Eminin ətrafındakı bir çox insandan güc vasitəsi ilə ələ keçirdiyi əmlakları yenə də “Günaybank” adına keçirməklə, bir sözlə özünü sığortalamaqla məşğuldur. Yəni, “baxın ey borc sahibləri, əlimdə heç bir şey yoxdur, sözü olan getsin bankın üstünə”, - deyir və çox gözəl bilir ki, heç kim bank adına keçirilmiş əmlaklar vasitəsi ilə, Emin Zeynalovun oğurladığı pulları geri qaytara bilməyəcək. Bir sözlə Zakir Zeynalov, bank sədri olduğu illərdə “yığmış olduğu” milyonlar dəyərindəki sərvətini heç kimə vermək fikrində deyil. Hamısını bankın adına keçirərək, borc sahibləri ilə böyük oyun oynayır. Çünki, bütün bu planın sahibi, qurucusu, icraçısı elə Zakir Zeynalovun özüdür. 29-30 yaşlı gənc, zəif təbiətli bir insanın bu qədər saxtakarlıq və cinayəti tək başına icra etdiyini düşünmək, əlbəttə ki, gülünc olardı. Məqsədləri pulları mənimsəyərək özlərini də zərərçəkmiş kimi göstərmək və zamanı gəldikdə banka “danışılmış” əmlakları geri qaytararaq oz “lüks” həyatlarına davam etməkdir” – deyə mənbə qeyd edib.
Yada salaq ki, bundan əvvəl yayılan iddialara görə Emin Zeynalov 100 milyon manatı deyil əslində qat-qat az vəsaiti ələ keçirib. Sadəcə, onu “yükləyiblər”. 3 milyon manatı mənimsədiyini müəyyən edib, onu fakt qarşısında qoyublar. İzah ediblər ki, qanun qarşısında 3 milyonu mənimsəyənlə 100 milyonu mənimsəyən arasında fərq yoxdur. Yəni 100 milyonluq bir yeyintini boynuna götürüb “içəri” gedir və bir neçə il sonra mənimsədiyi 3 milyonla rahat həyatını yaşayır...
Bu qalmaqallı bank işi üzə çıxdığı ilk günlərdə mətbuatda E.Zeynalovun ölkədən qaçması və barəsində axtarış elan olunması barədə məlumatlar yayılmışdı. Sonradan bu məlumatlar təsdiqini tapmadı. E.Zeynalov tutduğu vəzifədən azad edildikdən qısa müddət sonra mənimsədiyi pulu qaytarmadığı üçün onunla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməsi xəbəri ictimiləşdirildi. Sanki hər şey əvvəlcədən hazırlanan ssenari üzrə gedir.
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Ulu öndər Heydər Əliyevin əmiləri soyqırımı cinayətlərinə məruz qalıblar – FOTO/VİDEO
9 aprel 2024 06:18
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO
24 mart 2024 05:58
- Türk xalqlarında Novruz adətləri
20 mart 2024 17:53
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Bağırov və Beriya müsavatçı olublar - Ermənilərlə 40 il bir evdə yaşayan inqilabçının qohumu DANIŞDI
11 mart 2024 00:30
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları....
3 mart 2024 12:09
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04