Lerik sakinləri: "Bir kəndi su ilə təmin etmək üçün 3 kəndi qırmaq lazımdır?"
Region27 iyun 2018 14:02
"Əvvəl bizi köçürsünlər, sonra suyu aparsınlar"
Lerikin 3 kəndi icra başçısı və ASC sədrindən şikayətçidir
"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov və Lerikin icra başçısı Rövşən Bağırov 3 kəndi susuz qoyur. Bu su gedərsə, bizim bu kəndlərdən köçməkdən başqa əlacımız qalmayacaq”.
Bunu Lerikin Şivlə, Biləvər və Geskön kəndlərinin sakinləri ölkə başçısına və müxtəlif dövlət qurumlarına göndərdikləri müraciətdə deyiblər.
"İcra başçısının yanında olduq, xahiş etdik, nəticəsi olmadı"
Müraciəti imzalayan 40-dan çox sakin bildirib ki, icra başçısı və "Azərsu” sədri bu kəndlərin ərazisindən keçən "Şüpək” meşə massivindəki bulağın suyunu qonşu Şingədulan kəndinə aparmaq qərarına gəliblər:
"Şingədulan kəndinin ərazisində bir neçə su hövzəsi var. Bir çay da - "Alaşa” çayı həmin kəndin 100 metrliyindən axır, oradan su götürə bilərlər, amma icra başçısı bizimlə qərəzlidir deyə suyumuzu aparır. Bir neçə dəfə icra başçısın yanında olduq, xahiş etdik, nəticəsi olmadı”.
"Döymədiyimiz qapı qalmayıb"
Biləvər kənd sakini İdrət Azadov Meydan TV-yə deyib ki, bununla bağlı bütün dövlət qurumlarına müraciət edilib:
Rövşən Bağırov
"Demək olar ki, bir neçə dəfə prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Milli Məclisin sədri Oqtay Əsədova, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynova, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişik. Amma rayon icra başçısına heç bir təsir göstərilmir. Deputat İqbal Məmmədova da zəng elədik, bizimlə görüşmək istəmədi”.
"17 milyonluq yolun rəsmi açılışı olmadan dağıldı"
Onun sözlərinə görə, icra başçısı ilə aralarında problem Noda-Şingədulan-Xanagah yolunun çəkilişi zamanı başlayıb:
"30 min əhalinin yaşadığı və 50 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 36 kilometr olan Noda-Şingədulan-Xanagah avtomobil yolu üçün üst-üstə 16 milyon 600 min manat pul ayrılmışdı. Eyni zamanda biz də kəndimizə gedən yolun çəkilişi üçün 3650 manat pul toplamışdıq. Həmin pulu da icra başçısı bizdən aldı. Kəndimizə gedən 3 km-lik yol isə təmir edilmədi. Noda-Şingədulan-Xanagah yolu isə açılışı olmadan dağıldı. Bununla bağlı ölkə başçısına müraciət etdik. İndi də icra başçısı: "Siz mənim qara siyahımdasınız”, - deyə bizdən qisas alır. Hətta ora çəkilişə gələrkən icra başçısının müavini Habil Məlikov bizi hədələdi, polisi tökdülər ki, səsini çıxaran olsa, həbs edərik. Habil Məlikov dedi ki, 100 il siz içmisiniz, indi də Şingədulan kəndi içsin”.
"20 hektar meşə, 6 hektar qoz tingi məhv olacaq"
Şivlə kənd sakini Cabir Rüstəmov isə deyir ki, əgər bu su gedərsə, vadidə yerləşən 20 ha-dan çox meşə massivi və 6 ha yeni əkilmiş qoz tingləri məhv olacaq:
Şivlə kəndi
"Şingədulan kəndi dəfələrlə bu suyu aparmaq istəyib. Amma 90-ci illərdən bəri bir neçə icra başçısı o çeşməyə baş çəkib, suyun aparılmasının mümkün olmadığını deyib. Hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyi də o vaxt rəy verib ki, bu çeşmədən su götürüləcəksə, 20 hektar meşə zolağı və 6 hektar yeni salınmış meşə massivi (əsasən qoz ağacları) məhv ola bilər. Həmin çeşmənin sahilində yeni meşə zolağının da salınması nəzərdə tutulub. Suyun mənbədən götürülməsi isə qanunla qadağandır. İcra başçısı isə deyir ki, zorla da olsa, suyu aparacağam. 1500-dən çox sakini olan bu kəndləri məqsədli şəkildə susuz qoymaq istəyirlər”.
""Azərsu”ya getdik, dedilər, Qorxmaz Hüseynov işdə deyil"
Kənd sakini Ağababa Azadov isə deyir ki, iyunun 13-də 20-dən çox sakin problemlə bağlı "Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynovla görüşməyə gəlib, amma ASC sədrinin işdə olmadığını deyiblər.
"Bir kəndi su ilə təmin etmək üçün 3 kəndi qırmaq lazımdır?"
"Dedilər ki, Qorxmaz Hüseynov işdə deyil. Şöhrət adlı şəxs bizi qəbul etdi. Dedi ki, layihə rəhbəriyəm və biz icra başçısından su mənbəyi istədik, o da həmin suyu nişan verib. Bizə "Azəru”da dedilər ki, prezident Lerikin bəzi kəndlərinin su ilə təmin olunması üçün maliyyə ayırıb və bu iş icra olunmalıdır. Biz də dedik, Prezident deməyib ki, bir kəndi su ilə təmin etmək üçün 3 kəndi susuz qırmaq lazımdır. Gedib başqa hövzələrdən su götürsünlər”.
Sakinlər sədrin birinci müavini Teyyub Cabbarov və digər müavini Etibar Məmmədovla görüşmək istəsələr də, həmin şəxslərin də işdə olmadığını və sakinləri qəbul edə bilməyəcəklərini deyiblər: "Dedilər ki, biz sədri ayda bir dəfə görürük, siz necə görüşəcəksiniz?"
"Rövşən Bağırov 17 milyon manatlıq yolun hesabatını versin"
Bundan sonra sakinlər Prezident Adminstrasiyasına (PA) üz tutublar. Onlar müraciətlərini ölkə rəhbərliyinə çatdırmağı xahiş ediblər.
Şivlə sakini İslam Ağayevin sözlərinə görə, PA-dan sakinlərə deyiblər ki, məsələ araşdırılacaq: "Dedilər, gedin, araşdırarıq. Bundan sonra da dövlətin bütün qurumlarına müraciət edəcəyik. Lerikin icra başçısı öncə 17 milyon manatlıq yolun hesabatını versin, sonra danışsın. Bu yol bir il çəkmədi ki, dağıldı”.
"Xahiş edirik ki, bizi buradan köçürsünlər"
"Ümid edirik ki, cənab Prezident bu məsələni nəzarətə götürəcək. Bizdən qisas almaq istəyən məmurlar da cəzalarını alacaqlar. Əks halda bizi başqa ərziyə köçürsünlər, çünki bu su gedərsə, vadiyə yaxın ərazilərdə əkin-biçin sahələrimiz, ümumiyyətlə, mal-qaramız məhv olacaq, burada həyat dayanacaq”, - Biləvər kənd sakini Ağababa Azadov belə deyir.
"Azərsu” Açıq Səhmdar Cəmiyyətindən bildiriblər ki, məsələ araşdırılır: "Həmin mənbəyə də, digər mənbələrə də baxış keçiririk. Hansı mənbə uyğun olsa, oradan su götürəcəyik”.
İcra başçısının müavini: "Su dövlətindir, kimə istəsə, satar”
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov Meydan TV-yə açıqlamasında 7 milyonluq yol məsələsi ilə bağlı danışmaq istəməyib.
"Birincisi, o su Şivlə və Biləvər kəndlərinə aid deyil, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus meşə ərazisindədir. Sözügedən kəndlərin heç biri o sudan istifadə etmir. İkincisi, Lerikin bir neçə kəndinin su təchizatını yaxşılaşdırmaq üçün cənab prezident tərəfindən 9 aprel tarixdə sərəncam imzalandı. 1 milyon manat vəsait ayrılıb. Bununla da bağlı "Azərsu”dan və Layihə İnstitutundan adamlar gəlib. Bir neçə mənbədən su seçiblər, Şərətük və Alaşa çaylarına, o cümlədən də Şivlədən keçən çaya baxış keçiriblər. İndi hansı uyğun olsa, oradan su götürüləcək. 7 kəndin su ilə təmin edilməsi nəzərdə tutulub. O çaydan bir ədəd 50-lik boru ilə su çəkmək nəzərdə tutulub. İkincisi də, su dövlətindir, kimə istəsə satar. Burada nə qəbahət var? Dövlətin ərazisindəki yeraltı və yerüstü sərvətlər dövlətə məxsusdur”, - Məlikov bildirib.
H.Məlikov onu da deyib ki, bu işlə bağlı sakinləri hədələməyib:
"Mən mövqeyimi demişəm, yenə də deyirəm. Reallıq budur. Sakinlərə də demişəm ki, bununla bağlı şikayət etmək lazım deyil”.
Oxşar xəbərlər
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- İtaliyada XVI əsrə aid qadın VAMPİR-in siması bərpa edildi
25 mart 2024 10:42
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
25 mart 2024 00:21
- Ordumuzun əsgəri intihar etdi
24 mart 2024 23:16
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya