Saleh Məmmədovun tıxaclarda 8,5 milyonluq oğurluğu: agentlik gizlədir
Bakı-Sumqayıt yolundakı təmirə görə yaranmış dəhşətli tıxaclara artıq xalqla bərabər parlamentin deputatları da üsyan edirlər
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yol yeyintisi ucbatından insanlar məşəqqət çəkirlər.
Deputat Fəzail Ağamalı da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini ittiham edib:
“3 gündür ki, 20 Yanvar dairəsindən Masazıra qədər dəhşətli tıxac yaşanır. Çıxıb bir jurnalist də deyir ki, guya Bakı-Sumqayıt yolunda çatlar yaranıb.
Heç elə şey yoxdur. Tam məsuliyyətimlə deyirəm ki, orada heç bir çat yox idi. Sadəcə pul yemək lazım idi, ona görə yolu sökdülər.
Mən bu yaxınlarda Naxçıvanda oldum. Gedib oradan nümunə götürsünlər, yollar ən müasir standartlara cavab verir”.
Göründüyü kimi, artıq deputat F.Ağamalı da agentliyin sədri Saleh Məmmədovu pul yeyintisində ittiham edir.
Agentliyin rəsmi saytına baxış zamanı bu yolun təmirinə ayrılan vəsaiti öyrənmək istəsək də, heç bir informasiya verilmir.
Yolun təmirinə ayrılan işin smeta dəyərinin gizlədilməsi və şəffaflığın təmin olunmaması göstərir ki, F.Ağamalı dediklərindən haqlıdır.
Prezidentin sərəncamına əsasən, səksən yeddi min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisi məqsədi ilə 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 8,5 milyon (səkkiz milyon beş yüz min) manat ayrılıb.
Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətibu məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etməlidir.
FİA.Az-ın məlumatına görə, Saleh Məmmədovun rəhbərlik etdiyi qurum tərəfindən yol təmiri adıyla Mikayıl Müşfiqin abidəsinin dağıdılması epizodunu yaxşı xatırlayırlar.
O zaman dövlət başçısının müdaxiləsi olmasaydı, görkəmli şairin abidəsi məhv ediləcəkdi.
29 yaşında dünyasını dəyişən və 15-20 dəqiqə çəkən məhkəmənin hökmü ilə ölümə məhkum edilən Müşfiqin ruhu yenidən Saleh Məmmədovun qəzəbinə tuş gəlib.
30-cu illərin sonlarında Mikayıl Müşfiqə qarşı yönələn hücumlar müasir zəmanəmizdə naşı məmurların savadsızlığı və məsuliyyətsizliyi ucbatından fərqli formada davam edir.
Bu məsələdə heç bir günahı olmayan bir neçə işçisini güdaza verməklə canını qurtaran Saleh Məmmədov deyəsən Mikayıl Müşfiqdən qisas almağı qarşısına məqsəd qoyub.
Qaradağ rayonunda Mikayıl Müşfiqin adını daşıyan böyük bir qəsəbə var. Xatırladaq ki, bu qəsəbə Bakı-Şamaxı magistral yolunun kənarında yerləşir.
Həmin magistral yoldan Müşfiq qəsəbəsinə dönən hissədə quraşdırılmış yol nişanında Mikayıl Müşfiqin adı təhrif olunub, yəni Müşfiq adı Müşviq formasında qeyd edilib.
Təbii ki, Saleh Məmmədov başda olmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin başbilənləri bu məsələdə birbaşa məsuliyyət daşıyırlar.
Təsəvvür edin ki, həmin magistral yoldan demək olar ki, bütün dövlət məmurları istifadə edirlər. Amma heç kim bu biabırçılığı görməyib və yaxud görmək istəməyib.
Ölkə başçısı Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi ilə bağlı bu günlərdə sərəncam imzalayıb.
Belə çıxır ki, Saleh Məmmədovun başı daha vacib işlərə qarışıb. Ona görə də prezident İlham Əliyevin Mikayıl Müşfiqə verdiyi dəyəri və qiyməti hiss edə bilmir.
Qeyd edək ki, Xudat – Yalama – Zuxuloba yolunun tikintisi üçün prezidentin ehtiyat fondundan “Azəravtoyol” ASC-yə 5,2 milyon manat ayrılmışdı. Bu vəsaitə çəkilən yolda nə qədər yeyinti olduğunu müəyyən etmək çətin deyil.
Yeri gəlmişkən, Xaçmaz-Xudat yolu və hər iki bölgənin mərkəzi yolları da bərbad vəziyyətdədir. Xaçmazın və Xudatın mərkəzi küçələrindən keçmək üçün yaxşı şahmat və dama oyunçusu olmaq lazımdır.
İskəndər Hacıyev isə bu həqiqətləri ya bilmir, ya da bilmək istəmir. Rayon sakinləri də bilmirlər ki, Xaçmazda Yol İstismar İdarəsi varmı, yoxmu?
Hələ kənd yollarını, ucqar kəndlərin asfaltını nəzərdə tutmuruq. Sadəcə, Xaçmaza və Xudata ayaq basın və şahidi olun…
O ki qaldı Xudat - Yalama - Zuxuloba yoluna, belə yeyintidən sonra yol da qısa müddətdə yeyilib istismar olunacaq. Faktlar isə “n” qədər var. Ona görə bu agentlik yeyinti agentliyidir...
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 2024 10:22
- Bakıda 800 minlik dələduzluq: Üç dövlət qurumu zərər gördü, dörd nəfər həbs olundu
9 aprel 2024 05:47
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- 2 milyonluq tenderi uddu, amma 2,25 milyonluq müqavilə imzaladı - Müəmma
23 mart 2024 20:29
- Heydər Əsədovun kürəkəni qəza törətdi – HƏBS EDİLDİ
22 mart 2024 14:39
- Azərbaycanda kiçik məktəblər ləğv olunur - Bəs şagirdlər, müəllimlər ?
22 mart 2024 14:17
- Bab və babilik: Bir tarixi hadisənin izi ilə
21 mart 2024 23:10
- Qafqaz Hüquqi Xidmətlər Mərkəzinin baş direktoru İlqar Abbasov Baş prokurora müraciət etdi
19 mart 2024 09:44
- Bir sıra QHT-lər isə yalnız sədrlərdən ibarətdir
18 mart 2024 12:38
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31