Bakıda qadını intim fotoları ilə qorxudub 10 min aldı
Bakıda qadını intim fotoları ilə şantaj etməkdə təqsirli bilinən Samir İsmayılzadə və Şəhriyar Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Əfsanə Məmmədova (ad və soyad şərti verilib – red.) İnstaqram sosial şəbəkəsində tanış olduğu kişinin onu şantaj etdiyini bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Samir İsmayılzadə zərərçəkəndən 2000 manat alan zaman saxlanılaraq məsuliyyətə cəlb edilib.
Samir İsmayılzadə ifadəsi zamanı 2016-cı ilin sentyabr ayından saxlanılana qədər həmin xanımdan hədə-qorxu yolu ilə 10500 manat aldığını etiraf edib.
Məlum olub ki, Samir İsmayılzadə qadınla tanış olandan sonra onun intim video və fotolarını əldə edib. O, həmin foto və video ilə qadını şantaj edib.
Samir ismayılzadə qadından pul alan zaman onunla birlikdə dostu Şəhriyar Abbasov da olub.
İki dost birlikdə Əfsanə Məmmədovanı şantaj ediblər. Ailəli olan qadına həmin görüntüləri ərinə göndərməklə də hədələyiblər.
Istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs qismində ifadə verən Samir İsmayılzadə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, Əfsanə Məmmədova ilə İnstaqram sosial şəbəkəsində tanış olub.
Onun sözlərinə görə, danışıqlar zamanı Əfsanə Məmmədovadan şəkilini görməyini istəyib: “Əfsanə də mənə üç ədəd şəkilini göndərdi. Növbəti günlərdə görüntülü danışarkən onun şəkillərini çəkdim. Sonra həmin foto və videolarla Əfsanəyə hədə-qorxular gəldim, mənimlə görüşməsini tələb etdim. Əfsanə ilə görüşdük, intim əlaqədə olduq”.
Samir İsmayılzadə qeyd edib ki, Əfsanədən şəkilləri silməsi müqabilində pul tələb edib və ondan xeyli miqdarda pul alıb.
Zərərçəkmiş şəxs qismində ifadə verən Əfsanə Məmmədova deyib ki, Samir ilə görüntülü danışdıqları zaman fotolarını çəkib və daha sonra həmin fotoları onun özünə göndərib: “Danışıq zamanı Samir dedi ki, mümkünsə, səni bir qədər yaxşı görmək istəyirəm. Bundan bir müddət keçdikdən sonra bu adam məni qorxutmağa başladı. Həmin vaxt mənə biz danışdığımız zaman çəkdiyi şəkilləri atdı. Dedi ki, bu şəkilləri sənin yaxınlarına atacam. Bunu etməməyi üçün məndən pul verməsini tələb etdi. Onun tələb etdiyi pulun olmadığı üçün polisə şikayət etmək məcburiyyətində qaldım”.
Növbəti proses iyulun 4-də davam edəcək.
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 2024 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 2024 11:16
- Kür çayında batan ata və altı yaşlı qızının FOTOSU
13 aprel 2024 10:05
- Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər
12 aprel 2024 11:30
- Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - Rəsmi açıqlama
11 aprel 2024 20:25
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi
10 aprel 2024 23:08
- Bakıda 800 minlik dələduzluq: Üç dövlət qurumu zərər gördü, dörd nəfər həbs olundu
9 aprel 2024 05:47
- Bakıda yeni yolun üstünlükləri nələr olacaq? (TƏFƏRRÜAT)
7 aprel 2024 19:21
- Bakıda yataqxanada yanğın - 14 nəfər xəsarət aldı- Video - Yenilənib
6 aprel 2024 13:55
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04