Cavid Qurbanov Bakı dairəvi yolun 13 min ton metalını hara daşıyır?
Cəmiyyət7 iyul 2018 13:16
Bakı Dairəvi Dəmir Yolu xəttinin yenidən qurulması planı vağzaldan aeroporta qədər arealı əhatə edir.
23 yeni stansiya…
Azeuronews.com-un əməkdaşı xəbər verir ki, ADY Bakıxanov stansiyası, Zabrat-1, Zabrat-2, Pirşağı, Novxanı, Sumqayıt stansiyalarını əhatə edən Bakı Dairəvi dəmir yolunun genişləndirilməsi üzrə işlər yerinə yetirir.
Bu yol əks istiqamətdə Maştağa bağları massivinə qədər uzadılacaq, daha bir yol Dübəndi qəsəbəsinə qədər çəkiləcək.
Pirallahı körpüsünün sökülməsi ilə əlaqədar, Zirə qəsəbəsinə qədər xətt çəkiləcək. Ümumilikdə 23 yeni stansiya tikintisi və 107 km dəmir yolunun yenidən qurulması planlaşdırılır.
ADY sədri Cavid Qurbanov jurnalistlərə demişdi ki, Bakı Dairəvi dəmir yolunun təmiri ilə əlaqədar 13 min tondan çox rels və 180 mindən çox şpal dəyişdirilməlidir.
ADY sədri Cavid Qurbanov
Dəmir yolunun təmir tələb edən hissəsinin ümumi uzunluğu 100 kilometrdən çoxdur.
Bakı şəhərətrafı dəmir yolu xəttinin tikintisi ilə əlaqədar 100 milyon manat vəsait ayrılıb.
Şpallar, relslər hara daşınır?
İqtisadçı Qadir İbrahimlinin qənaətincə, təxminən 3 milyon yarım insanın yaşadığı Bakı kimi meqapolisdə dairəvi dəmir yolu ictimai nəqliyyatın yükünü azalda bilər:
"O proses necə aparılacaq, yenidən pulların silinməsi layihəsi olacaq, ya həqiqətən də infrastrukturun inkişafına təkan layihəsi olacaq, bunu zaman göstərəcək”.
Ancaq yenidənqurma ilə bağlı sökülən dəmiryol relsləri, şpallar, elektrik qatarlarının relsləri daxili bazarda və qonşu ölkələrdə satılır.
C.Qurbanovun dediyi 13 min ton metalın hissə-hissə sökülərək satıldığını öyrənmişik.
Dəmiryolçulardan birinin sözlərinə görə, Gürcüstana daşınan metal və daxili bazarlarda satılan relslər, şpallar ADY rəhbərliyi üçün nəhəng biznes mənbəyinə çevrilib.
"28 May”dan başlayaraq Keşlə və Bülbülə istiqamətində qədər dəmiryol relsləri çıxarılır, yenisi ilə əvəzlənir və köhnələri satılır. Halbuki, onların hamısının istismar dövrü qurtarmayıb.
Təmirdən sonra 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edə bilər.
Amma buna qədər C.Qurbanovdan 13 min ton rels və 180 mindən çox şpalın dəyişdirilərəkən köhnələrin hara istifadə edildiyi soruşulmur.
Baş redaktor: "Arana enmiş bu dağlı…”
Yeri gəlmişkən, bu məsələni ilk ictimailəşdirən haqqin.az saytının baş redaktoru Eynulla Fətullayev olub. (https://ady.az/az/content/index/68)
Eynulla Fətullayev
Jurnalist feysbuk hesabında C.Qurbanovu metal satışında ittiham etmişdi. Sitat: "Məlum olur ki, Azərbaycanda ən iri metal satıcısı Cavid Qurbanovdur.
Arana enmiş bu dağlı hər gün öz adamları və fırıldaqçı şirkətlər vasitəsilə min tonlarla metal satır. Soruşacaqsız ki, bu metal hardandı?
Cavab verirəm – dəmiryolu relslərini sökürlər, elektrik və digər qatarları balansdan silirlər. Bax bununla məşğul olur bizim Cavid. Sürət qatarları? Bizə nəyə lazımdı qatarlar? Pul ver!”
ADY-nin mətbuat xidməti rəhbəri Sevinc Qədirovanınazeuronews.com-a verdiyi açqlamaya görə, dairəvi dəmir yolunda ümumilikdə 107 km yol yenidən qurulacaq: "Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Abşeron yarımadasında mövcud dəmir yolu xətlərinin yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi, mövcud dəmir yolu xətlərinin reabilitasiyası və bərpası, elektrik təchizatı, rabitə və işarəvermə şəbəkəsinin əsaslı təmiri, yol kənarlarının mühafizə çəpəri ilə bağlanması, bəzi dəmir yolu keçidlərinin müxtəlif səviyyəli keçidlərlə əvəzlənməsi, stansiya binalarının yenidən qurulması və digər işlərin aparılması nəzərdə tutulur. Hazırda apaşdırma, layıhələndirmə işləri aparılır.
Dairəvi dəmir yolunda ümumilikdə 107 km yol yenidən qurulacaq. Genişləndirilən Bakı-Sumqayıt dairəvi dəmir yolunun bir hissəsi Dübəndiyə qədər uzadılacaq. Genişləndirmə işləri Bakıxanov, Zabrat-1, Zabrat-2, Pirşağı, Fatmayi, Novxanı və Sumqayıt istiqamətində olacaq.
Dəmir yollarının istismarına dair təlimatların tələbləri əsasında yeni materiallarla əsaslı təmir olunmuş yollardan çıxan köhnə və yarım yararlı materiallar, onların cari vəziyyətinə uyğun olaraq, çeşidlənir və tələb olunan yerlərdə (stansiya yollarında, dalan yollarında və s.) istifadə olunur”
Oxşar xəbərlər
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 2024 11:56
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 2024 10:22
Xəbər lenti
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
Video & Fotoqalereya
Video
Fotoqalereya