Kəmaləddin Heydərovun GENERAL-sürücüsü
Günün sitatı7 iyul 2018 15:34
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyevinsərəncamı ilə Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavinləri Nazim Məmmədov və Şahin Bağırov vəzifələrindən azad olunublar.
Dövlət Gömrük Komitəsinin artıq eks-sədr müavini, gömrük xidməti general-leytenantı Nazim Məmmədovun bu sistemə gəlişi barədə maraqlı məlumatlar söylənilir.
Bu məlumatlardan birində general-leytenant rütbəsi daşıyan 67 yaşlı Nazim Məmmədovun vaxtilə Dövlət Gömrük Komitəsinin keçmiş sədri Kəmaləddin Heydərovun sürücüsü olduğu bildirlir.
Rəsmi tərcümeyi-halında onun keçmiş baytarlıq işçisi olduğu haqda qeydlər də N.Məmmədov haqqındakı maraqlı məlumatlardandır.
Nazim Xeyrulla oğlu Məmmədov 1951-ci ilin 8 oktyabrında Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində dünyaya gəlib. Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlayıb. 1976-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda çalışıb.
Karyerasındakı yüksəliş isə 1995-ci ildən - Dövlət Gömrük Komitəsində fəaliyyətə başlayandan sonra başlayıb. Maraqlıdır ki, həmin vaxtadək N.Məmmədov ali təhsilli olmayıb. Görünür ali təhsili olmadığından vəzifə pillələrində yüksələ bilməyəcəyini anlayıb və təhsil almaq qərarına gəlib. Beləliklə də N.Məmmmədov 1998-ci ildə - nə az, nə çox, düz 48 yaşında Təfəkkür Universitetinin Hüquq fakültəsindən məzun olub.
2007-ci ilin 28 dekabrında isə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.
Dövlət Gömrük Komitəsinin artıq eks-sədr müavini Şahin Bağırov isə 2014-cü ilin yanvar ayında bu vəzifəyə gətirilmişdi. 12 yanvar 1965-ci ildə anadan olmuş Şahin Bağırov 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının Aqrar Sənaye Kompleks sistemində çalışıb.
1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlamış və Bakı Baş Gömrük İdarəsinin inspektoru, "Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb.
Şahin Bağırov 2003-cü ildə 38 yaşında Rusiya Gömrük Akademiyasının "Gömrük işi” fakültəsini bitirib. Sonra 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib.
2010-cu ildə Azərbaycan Respublikasının iqtisadi mənafelərinin qorunmasında xidmətlərinə və gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə Prezidenti tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordenı alıb.
2014-cü ilin yanvar ayından bu günə kimi Dövlət Gömrük Komitəsinin sədrinin müavini vəzifəsində çalışırdı.
2014-cü il fevralın 3-də prezidentin müavfiq sərəncamı ilə ona gömrük xidməti general-leytenantı rütbəsi verilib.
modern.az
Oxşar xəbərlər
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 2024 12:17
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Bu rayonlara yeni polis rəisləri təyin edildi
10 aprel 2024 16:30
- Nazir bu xanımı birinci müavin təyin etdi - Vüqar Əsgərovu onun yerinə gətirdi
1 aprel 2024 10:44
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 2024 16:41
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
Xəbər lenti
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya