Neftçalanın Qoltuq kəndində nə baş verir? Otlaq sahələri niyə şumlanır?
Bu gün səhər saatlarında Neftçala şəhər Qoltuq kəndinin sakinləri icra başçısının göstərişinə öz narazılıqlarını bildirmək üçün toplanıblar. Bizimxeber.az-a kənd sakinləri tərəfindən verilən məlumata görə, bir neçə gündür icra başçısını göstərişi ilə kəndin örüş sahəsində dərin kanalların qazılması prosessinə start verilib. Belə ki, Qoltuq kəndi ilə Həsənəbad qəsəbəsini birləşdirən boş ərazi əsrlərdir örüş sahəsi kimi istifadə olunur. Bu ərazi Qoltuq kəndi sakinlərinin heyvanlarını otlatmaq üçün yeganə örüş sahəsidir.
Məlumatda qeyd olunur ki, artıq Həsənəbad qəsəbəsinə yaxın olan örüş sahəsinin demək olar ki, əksər hissəsi şumlanaraq ərtafına kanal çəkilib. Son iki gündür şümlanma və kanal çəkilmə əməliyyatı Qoltuq sakinlərinin heyvanlarının yeğanə otlaq sahəsi olan əraziyə çatıb. Ərazinin əksər hissəsi şumlanıb və kanalla hasarlanıb. Kəndin örüş sahəsi məhv edilir. Hazırda kənd sakinləri heyvanlarını harda otaracaqlarını bilmirlər.
Kənd sakinləri bildirir ki, ilk günlər rayon icra aparatının nümayəndələri kənd sakinlərinə bildiriblər ki, bu ərazi dövlət əhəmiyyətli obyektlərin tikilməsi üçün hazırlanır. Burada hansısa zavod və ya fabrik tikiləcək. Daha sonra isə deyilib ki, rayonun kanalizasiya sisteminin bu ərazidən keçməsi planlaşdırılıb. Ən sonda isə bəlli olub ki, ərazidə heç bir dövlət obyekti tikilməyəcək. Ərazinin şumlanması və kanala alınması burda hansısa sahibkarın şəxsi əkin sahəsinin (araşdırdıqdan sonra dəqiq məlumat verəcəyik) olacağından xəbər verir.
Bu gün səhər saatlarında kəndə lap yaxın əraziyə ekskovator və kamaz markalı texnikaların gəldiyini görən kənd sakinləri buna etirazlarını bildiriblər. Kəndin qadınları rayon rəhbərliyinin baş verənlərə aydınlıq gətirilməsini tələb ediblər. Bu səbədən də icra başçısını kəndə dəvət ediblər. Lakin nə icra başçısı, nə də hansısa nümayəndə kənd sakinləri ilə danışığa gəlməyib. Sadəcə bir nəfər gələrək sakinləri sakitləşdirməyə çalışıb. Daha sonra isə texnika təcili olaraq ərazidən uzaqlaşdırılıb, iş dayandırılıb
Bizimxeber.az-a verilən məlumata görə, kənd sakinləri bu işlərin dayandırəlmasını xahiş edib və kəndin yeganə örüş sahəsinin məhv edilməməsini istəyiblər. Əks təqdirdə insanlar əllərinə bel götürərək qazılan kanalları dolduracaqlarına, etirazlarının daha yuxarı instansiyalara çatdırılması üçün çalışacaqlarını bildiriblər.
Bu dəqiqələrdə icra başçısının kəndə gəldiyi və insanlarla danışıq apardığı bildirilir. İcra başçısı ismayıl Vəliyev iddia edib ki, ərazidə iş yerinin yaradılması üçün obyektlər tikiləcəkmiş. Amma sakinlər etiraz etdiyi üçün daha heç nə tikilmir.
Daha dəqiq təfərrüatları dəqiqləşdiməyə çalışırıq.
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- Ulu öndər Heydər Əliyevin əmiləri soyqırımı cinayətlərinə məruz qalıblar – FOTO/VİDEO
9 aprel 2024 06:18
- MƏN BUNU DEMƏKLƏ MÜKƏLLƏFƏM QISAQAPANMA-REKLAMLAR
7 aprel 2024 21:05
- 20 yaşında kəndinin muxtarı oldu - Fotolar
4 aprel 2024 21:12
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31