Nəsimi RİH-də jurnalistlərlə görüş keçirildi (FOTOLAR)
İqtisadiyyat18 iyul 2018 17:03

Nəsimi rayon İcra Hakimiyyətində Milli Mətbuatın 143 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə tədbir-görüş keçirilib.
Qaynarinfo xəbər verir ki, görüşü giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qonaqları salamlayaraq bildirib ki, 143 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olmuşdur. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib.
Rayon İcra Hakimiyyəti tərəfindən kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verildiyini qeyd edən Asif Əsgərov vurğulayıb ki, Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.
XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli-azadlıq hərəkatının əsas istiqamətverici qüvvəsini təşkil edib, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olublar. Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilib, respublikanın ictimai-siyasi həyatında fəal rol oynamış, qəzet və jurnalların şəbəkəsi genişlənmiş, jurnalistikanın çeşidli növləri meydana çıxıb.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ilk milli qəzeti olan «Əkinçi» qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün - 22 iyul Azərbaycan Milli Mətbuat günü elan edilib. Müstəqilliyin əldə edilməsindən sonra informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilib. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır. Ölkəmizdə Mətbuat Şurası yaradılıb və "Mətbuat haqqında" Qanun qəbul edilib. Mərhum prezident Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu ilin martında imzaladığı sərəncamla Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir. Nəsimi rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu ilə sıx əməkdaşlıq edir.
Hazırda ölkəmizdə cəmiyyətimizin etibarlı media şəbəkəsini yaradan yüzlərlə mətbuat orqanı, agentliklər, saytlar, tele-radio şirkətləri fəaliyyət göstərir. Mətbuatın inkişaf etdirilməsi məsələləri daim dövlətin diqqət mərkəzindədir. Mətbuatın maneəsiz fəaliyyət göstərməsi, onun dünya təcrübəsi ilə zənginləşdirilməsi, xüsusilə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən peşəkar səviyyələrinin yüksəldilməsi və jurnalistlərin hüquqlarının müdafiəsi üçün dövlətimiz tərəfindən lazım olan bütün addımlar atılmışdır. Dövlətimiz jurnalist əməyini həmişə yüksək qiymətləndirir, kütləvi informasiya vasitələrinin mövcud problemlərinin həlli üçün mümkün olan hər şeyi edir.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Milli Mətbuatın 143 illiyi ilə əlaqədar keçirilən tədbirlər, rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi müddət ərzində görülən işlər barədə məlumat verib, mətbuat işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə mətbuat işçiləri adından minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən mətbuat nümayəndələri Milli Mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışıblar.
Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrinə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.
Oxşar xəbərlər
- Prezident Sumqayıt bulvarında - Sakinlərlə səmimi fotolar
18 fevral 2019 19:17
- Rüstəm İbrahimbəyov Bakıya gəlib - Fotolar
18 fevral 2019 12:59
- Damla icra başçısının müavini ilə sevgilidir- FOTOLAR
16 fevral 2019 19:07
- Nazir uşaqlara baş çəkdi - Fotolar
16 fevral 2019 13:49
- Leyla Əliyeva “Toplan” sahibsiz itlər üçün mərkəzin açılışında - Fotolar
16 fevral 2019 13:29
- Birinci vitse-prezident Gəncədə səfərdədir (FOTOLAR)
15 fevral 2019 14:35
- Bakı sakinləri niyə tez-tez liftdə qalır?
13 fevral 2019 19:20
- Prezident əsgərlərlə yemək yedi - Fotolar
13 fevral 2019 15:23
- Mehriban Əliyevadan təşəkkür - Mətn
12 fevral 2019 14:35
- Bakıda iki hacının çirkab içində bazarı (FOTOLAR)
11 fevral 2019 13:15
Xəbər lenti
- Amerikada Elçin Xəlilovu öldürən qatil yaxalandı (FOTO/VİDEO)
19 fevral 18:01
- Qoşqar Təhməzli xaricdə biznesinin olmasını təsdiqlədi
19 fevral 17:41
- Prezident yeni nazir müavini təyin etdi
19 fevral 17:20
- “Nar” sosial şəbəkələrdə operativ xidmət göstərir
19 fevral 17:09
- Polşanın Azərbaycandakı Konsulluğu niyə kütləvi viza “OTKAZ”ı verir?
19 fevral 16:53
- Prezident Şamil Ayrımla görüşdü - Foto
19 fevral 13:03
- Azərbaycanda 17 nəfərdə “donuz qripi” virusu aşkarlanıb (RƏSMİ)
19 fevral 12:24
- Azərbaycanlı idmançı Rusiyada adam öldürdü (FOTO)
19 fevral 12:14
- Mehriban Əliyevanın tapşırığıyla Rafiq Hüseynovun barelyefi hazırlandı
19 fevral 12:04
- Ramil Usubov generalın oğluna yüksək vəzifə verdi
19 fevral 11:50
- Bakıya qar yağır - Video
19 fevral 11:32
- Tutanhamonun sərdabəsini açan 20 nəfərin müəmmalı ölümü
18 fevral 19:54
- Prezident Sumqayıt bulvarında - Sakinlərlə səmimi fotolar
18 fevral 19:17
- “AFB Bank” Kəmaləddin Heydərovun əlindən çıxdı
18 fevral 16:48
- “İbrahimbəyov məni dəvət edib, sağlığına tost demişəm” - Anar
18 fevral 15:36
- "Aztelekom"un sabiq baş direktorunun məhkumluğu ləğv edildi
18 fevral 14:35
- Məktəb direktorunu döyən aktyora və bacısı oğluna cinayət işi açıldı
18 fevral 13:58
- SOCAR-la “KazMunayQaz” arasında memorandum imzalanıb
18 fevral 13:32
- Rüstəm İbrahimbəyov Bakıya gəlib - Fotolar
18 fevral 12:59
- SOCAR: “İdarə rəisinin saxlanıldığı barədə məlumatlar həqiqət deyil”
18 fevral 12:51
- İlham Əliyev Sumqayıtda zavod açılışında
18 fevral 12:20
- Məşhur FHN generalının banka külli miqdarda borcu üzə çıxdı
17 fevral 17:26
- “Vertolyotla Yevlağa kimi pul səpəcəm....
17 fevral 16:30
- Qadınların sayının kişilərdən çox olduğu ölkələr (SİYAHI)
17 fevral 16:14
- “Qəribəsi o idi ki, Əfsanə ağlamırdı...” - Ər-arvad intiharının təfərrüatı
17 fevral 15:44
- Gəncədə Mehriban Əliyevanın adından ehsan verildi (FOTO)
17 fevral 10:50
- Azyaşlılara qarşı cinsi zorakılıq edən Baş Yepiskopla bağlı qərar verildi
17 fevral 10:41
- Sabiq məmur və övladlarının Slovakiyadakı biznesi üzə çıxdı (FOTO)
17 fevral 10:34
- İlham Əliyev Moskvadakı hadisəni nəzarətə götürüb - Video
17 fevral 10:23
- Milli Şura yeni mitinq keçirəcək
17 fevral 10:16
Video & Fotoqalereya
Video
Fotoqalereya