“1000 bərəkət, halal nemət”dən dəhşətli kadrlar: ürəyi zəif olanlar baxmasın (VİDEO 13+)
Reportaj19 iyul 2018 14:16
"Səhliyalı” şirkəti "1000 bərəkət, halal nemət” əmtəə nişanlı kolbasaların halal ətdən hazırlandığını nümayiş etdirmək üçün insan psixikasına mənfi təsir edən reklam çarxı hazırlayıb.
Azeuronews.com-un məlumatına görə, jurnalistlərin qarşısında heyvan kəsimi prosesi açıq şəkildə həyata keçirilib və mediada, sosial şəbəkələrdə yayımlanıb. Heyvan kəsimi xüsusi avadanlıqla icra olunur və onun başının "bismillah” deyərək necə kəsildiyi görüntülənir.
Hətta kadrlar o dərəcədə insana mənfi təsir edir ki, şirkətin nümayəndəsi əvvəlcədən psixikası və ürəyi zəif olanlara baxmamağa xəbərdarlıq edir.
Kəsim anı heyvanın başı xüsusi qurğuya salınır və yalnız qan sıçrayarkən fon verilir. Bu da həm qanun pozuntusu, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən vəhşilik kimi qiymətləndirilib.
Şirkət nümayəndəsi özü belə psixikası zəif olanları bu səhnəyə baxmamağa çağırdığı halda, "Səhliyalı” hansı məntiqlə belə reklam çarxı hazırlayıb?!
Üstəlik, həmin heyvanın halallıqla kəsilməsi hələ şirkətin məhsullarının halal olduğunu dəlalət etmir. Məsələn, videoya istehza ilə şərh yazanlardan Sərxan Mustafayevin sözlərinə görə, tutaq ki heyvanın kəsimi halaldır:
"Bəs heyvanı kəsən avadanlığın kafir istehsalı olduğunu nəzərə alsaq onun da halallıq sertifikatı var? Göstərin görək”
Rəşad Məmmədəliyev heyvanı kəsimi ilə bağlı yazıb ki, nə olsun, bəs sonrakı proseslər necədir: "Ətlərin saxlanma şəraiti, onların hazırlanma şəraiti, bax bunları çəkin göstərin görək”.
Digər şərh yazan heyvanın yaşlı olduğunu və buynuzlarının çölə çıxmasından bunu bildiyini yazıb.
Həqiqətən də "Səhliyalı” şirkəti qoca və südsüz inəklərin ətindən kolbasa və sosiska məhsullarına vurur. Bunu özləri də vaxtilə mətbuata təsdiqləyiblər.
Yəni, istehlakçıların aldığı bu firmaya aid kolbasa-sosiskalar cavan heyvan ətindən deyil, bizə qoca ət yedizdirilir. Üstəlik, əsasən bu məhsulları ailələr övladlarına alırlar.
Video kadrlara yüzlərlə şərh gəlib və şirkətə inamsızlıq ifadə olunub, bu vəhşi kadrların göstərilməsinə irad bildirilib.
İstənilən halda bir canlının nümayişkaranə şəkildə öldürülməsi bir çox insanlara, uşaqlara pis təsir edə bilər. Ən azından videoya (13+) qoyula bilərdi.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin halallıq zəmanəti verdiyi kolbasa firmaları arasında "Səhliyalı”nın adı yoxdur.
Hətta az əvvəl rəsmi "Yeni Azərbaycan” yazmışdı ki, firmanın kolbasa üçün məhsulları ərəb ölkələrindən gətirilən dondurulmuş naməlum heyvan ətindən hazırlanır. Çəkilmiş farşa müxtəlif ədviyyatlar qatılır ki, donmuş ətin üfunəti hiss olunmasın.
"Min bərəkət, halal nemət” nişanlı məhsulların da tərkibində E 621- qlütamat və E 250- natrium nitrit maddələri var.
Bu nişanla istehsal olunan bəzi məhsulların tərkibi tam göstərilmir. Bu isə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə ziddir.
Sayt mövzu ilə əlaqədar "Səhliyalı” ilə əlaqə saxlamaa çalışsa da, telefon zənglərinə cavab verən olmayıb.
Oxşar xəbərlər
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 2024 18:45
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 2024 22:31
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 2024 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 2024 15:41
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 2024 20:32
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 2024 12:17
Xəbər lenti
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
Video & Fotoqalereya
Video
Fotoqalereya