“Azərbaycan mediası özünün inkişaf dövrünü yaşayır” - Əli Həsənov
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 22 iyul Milli Mətbuat Günü münasibətilə fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
APA-nin məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, millət vəkilləri, müxtəlif dövlət qurumlarının əməkdaşları iştirak ediblər.
Fondun icraçı direktoru Vüqar Səfərli 22 iyul Milli Mətbuat Günü münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqaməti əhatə etdiyini bildirib.
Yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini deyən Vüqar Səfərli ümumilikdə 114 nəfər jurnalistin mükafatlandırıldığını diqqətə çatdırıb. O bildirib ki, müsabiqənin şərtlərinə əsasən, I yerin qalibləri üçün 500, II yerin qalibləri üçün 400, III yerin qalibləri üçün 300 manat mükafat nəzərdə tutulub. Dövlətin mətbuata olan yüksək münasibətindən danışan V. Səfərli əlavə edib ki, indiyədək dövlət tərəfindən mətbuatın inkişafı üçün 35 milyon manatdan çox vəsait ayrılıb.
Tədbirdə çıxış edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, bu il Azərbaycan üçün əlamətdar hadisələrlə yadda qalır. O, Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğunu xatırladaraq, milli mətbuatın tarixinin Cümhuriyyət tarixindən bir qədər əvvələ təsadüf etdiyini diqqətə çatdırıb: “Milli mətbuatımızın ilk nəşri olan ”Əkinçi” qəzetinə qədər gələn yol mədəni-mənəvi inkişafın nəticəsi idi. Milli maarifçilərimiz Həsən bəy Zərdabinin yaratdığı mətbuat orqanının ətrafında cəm olundular. “Əkinçi” qəzeti iki il fəaliyyət göstərdi. Ermənilər tərəfindən Çara donoslar yazıldı və digər müxtəlif səbəblərdən qəzet bağlandı. Buna baxmayaraq, Azərbaycan milli mediası öz inkişafını dayandırmadı, yeni nəsil ziyalılar bu işi davam etdirdilər. Onlar türkçülük, milli birlik ideyalarının əsasını qoydular və mətbuatın sonrakı inkişafında öz böyük rollarını oynadılar”.
Ə. Həsənov daha sonra Azərbaycan dövlətinin mətbuata olan diqqət və qayğısından danışıb. 1998-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mediası üzərindən bütün dövlət mexanizmlərinin ləğv edilməsi, senzuranın aradan qaldırılması məsələsinə toxunan Prezidentin köməkçisi əlavə edib ki, qeyd olunan dövrdən başlayaraq Azərbaycan mediasında bugünkü inkişaf başladı: “Bu gün Azərbaycan mediasının ən qabaqcıl nümunələri dünyanın istənilən media məkanında rəqabət aparmaq qabiliyyətinə malikdir. Prezident İlham Əliyev Azərbaycanda medianın inkişafına böyük dəstək və qayğı nümunəsi olan bir sıra Sərəncamlar imzalayıb. Həmin diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan mediası özünün inkişaf dövrünü yaşayır, bizim jurnalistlərimiz istənilən beynəlxalq media orqanında çalışma peşəkarlığına malikdirlər. Azərbaycan qəzetlərinə, jurnalistlərə dünyada istinad edirlər, onların xəbərlərini tirajlayırlar. Bu işdə Prezident İlham Əliyevin yürütdüyü azad media, plüralistik cəmiyyət siyasətinin önəmli rolu var”.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iki ölkə arasında olan münasibətlərdən danışıb, Azərbaycan jurnalistlərini Milli Mətbuat Günü münasibəti ilə təbrik edib.
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
