Həştərxan Dövlət Universitetinin nümayəndələri BSU-da olublar
Həştərxan Dövlət Universitetinin nümayəndələri BSU-da olublar
22 iyul 2018-ci il tarixdə Rusiya Federasiyası Həştərxan Dövlət Universitetinin strateji inkişaf üzrə prorektoru, iqtisad elmləri namizədi Elina Polyanskaya, həmin universitetin Avrasiya və Şərq Departamentinin direktoru, siyasi elmlər doktoru professor Rafik Usmanov Bakı Slavyan Universitetində olublar. Qonaqları tədris işləri üzrə prorektor, professor Telman Cəfərov qəbul edərək, onlara universitetin tarixi, keçdiyi inkişaf yolu, fakültələri və ixtisasları, universitetin beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. O, BSU-nun Rusiyanın br çox universitetləri ilə sıx əlaqələrə malik olduğunu, universitetdə Moskva və Sankt-Peterburq Tədris-Mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyini bildirib. Rusiya Federasiyasının Prezidenti V.V.Putinin bu universitetin fəxri professoru olduğunu vurğulayan prorektor qonaqlara Türk-Slavyan Əlaqələri və Tərcümə Problemləri elmi-tədqiqat laborotoriyalarının işi barədə də məlumat verib. O, rus dilinin və rus ədəbiyyatının Azərbaycanda bu gün də xüsusi həvəslə öyrənildiyini və Bakı Slavyan Universitetinin bu işdə baza rolu oynadığını bildirib.
Həştərxan Dövlət Universitetinin birinci prorektoru, iqtisad elmləri namizədi Elina Polyanskaya da öz növbəsində HDU haqqında məlumat verərək bu il çalışdıqları universitetin 100 illiyinin qeyd ediləcəyini bildirib. O, Həştərxan vilayətinin, o cümlədən Həştərxan Dövlət Universitetinin bütün zamanlarda Azərbaycanla sıx əlaqələrə malik olduğunu qeyd edib. E.Polyanskaya hazırda universitetdə 200-ə qədər azərbaycanlı tələbənin təhsil aldığını diqqətə çatdırıb. Bundan əlavə o, HDU-nun Həştərxanda fəaliyyət göstərən Azərbaycan diasporu ilə yaxından əməkdaşlıq etdiyini, bir çox layihələrə birgə imza atdıqlarını qeyd edib. Universitetdə Azərbaycan dili və mədəniyyəti mərkəzinin təşkili üçün otaq ayrıldığını və bu işin Bakı Slavyan Universitetinin dəstəyi ilə həyata keçiriləcəyinə ümid etdiyini vurğulayıb. O, Bakıda da Həştərxan Dövlət Universiteti mərkəzinin yaradılması ilə bağlı intensiv işlərin getdiyini bildirib.
Daha sonra tərəflər gələcək əməkdaşlığın vacib istiqamətlərini müzakirə ediblər. Buraya tələbə mübadiləsinin reallaşdırılması, birgə elmi layihələrin həyata keçirilməsi, professor-müəllim heyətinin qarşılıqlı ezamiyyəti məsələləri, elmi jurnalların və nəşrlərin birgə nəşri və s. daxil edilib.
Qonaqlar daha sonra Rusiya Tədris-Mədəniyyət Mərkəzinə, Ukrayna Tədris-Mədəniyyət Mərkəzinə, Heydər Əliyev Tədris Mərkəzinə və Muzeyə baş çəkmiş, mərkəzlərin fəaliyyəti ilə tanış olmuşlar. Sonda 2013-cü ildə imzalanmış universitetlərarası müqavilənin yenilənməsi qərara alınıb.
Bakı Slavyan Universiteinin prorektoru, professor Telman Cəfərov qonaqlara “Ümidləri doğruldan universitet” və “Ən yeni Azərbaycan ədəbiyyatı” antalogiyası kitablarını hədiyyə verib.
BSU-nun Mətbuat Xidməti
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 2024 21:16
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi
10 aprel 2024 23:08
- Bakıda 800 minlik dələduzluq: Üç dövlət qurumu zərər gördü, dörd nəfər həbs olundu
9 aprel 2024 05:47
- Yeni NAZİR MÜAVİNİMİZ KİMDİR...
8 aprel 2024 14:39
- Bu qan qrupundan olan qadınlar ən ağıllı və gözəl uşaqları dünyaya gətirir
7 aprel 2024 20:59
- Bakıda yataqxanada yanğın - 14 nəfər xəsarət aldı- Video - Yenilənib
6 aprel 2024 13:55
- Bakı Oksford Məktəbi dövlət nəfinə alındı - 24 milyon 700 min manat...
4 aprel 2024 16:36
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04