"Baku Electronics"ə qarşı iddia: Təzə adıyla işlənmiş "iPhone" satılır? (FOTOFAKT)
Maraqlı27 iyul 2018 14:33
"Baku Electronics" mağazalar şəbəkəsi müştərilərə yeni adı ilə işlənmiş texnologiya məhsulları satır.
Bu barədə Qaynarinfo-ya şirkətin müştərisi Ramil Əsədovməlumat verib. O, dəfələrlə şirkətə müraciət etdiyini, lakin şikayətinə baxılmadığını bildirib:
"Mən 15.11.2017 tarixində "Baku Electronics"dən iPhone 7 plus aldım. Amma telefonu qutudan çıxaranda içərisində verizon nömrə olduğunu gördüm. Həmin nömrə ABŞ-dakı mobil operatorlardan birinə aiddir. Bununla bağlı 143 məlumat mərkəzinə məlumat verdim. Mənə dedilər ki, nomaldı və guya "Apple" şirkəti həmin nömrəni yoxlamaq üçün qoyub. Halbuki, belə bir şey mümkün deyil. Çünki normalda "Apple" məhsullarının içərisində nömrə gəlmir. Daha sonra mən Apple-in dünya üzrə rəsmi "Check coverage" saytında yoxladım və məlum oldu ki, telefon 14.07.2017 tarixdə kiməsə satılıb.
Bu texnologiyalarda belədir ki, telefona əgər bir dəfə nömrə salınıb aktiv edildisə, "Apple"ın verdiyi rəsmi zəmanət müddəti həmin gündən etibarən qüvvəyə minir. Əgər mən bu telefonu 15.11.2017 tarixdə almışamsa, o zaman həmin saytda zəmanət müddəti 2018-ci ilin eyni gününə qədər göstərilməli idi. Artıq bilmirəm 1 günmü, yoxsa 1 aymı işlədilib, amma aldığım telefon işlənmiş məhsuldur.
Orda mənə özünü şirkətin meneceri kimi təqdim edən Renat adlı şəxs əyləşib və deyir ki, bizdə belədir, təqdim etdiyiniz sübut deyil, ona görə də telefonu nə dəyişirik, nə də əvəzləmirik. Dünən isə mənə rəsmi cavab veriblər ki, bu telefonun ilk istifadəçisi sizsiniz. Hansı ki, mən burda "Apple"ın rəsmi təmsilçisi olan "Alma Store"yə müraciət etmişəm və onlar da baxan kimi telefona daha öncə nömrə salındığını təsdiqləyiblər. Mən "Baku electronics"ə həmin servisdən arayış gətirə biləcəyimi də bildirdim, lakin sözlərindən belə çıxdı ki, həmin arayışın şirkətin baş ofisindən almalıyam. Texnologiya əsridir və məndən tələb etdikləri sadəcə gülünc bir şeydir.
Mən Binəqədi rayon məhkəməsinə və prokurorluğuna da bu barədə müraciət edəcəyəm. Sizdən xahişim budur ki, Azərbaycan vətəndaşlarını aldadan və dələduzluqla məşğul olan bu şirkətin özbaşınalığını ictimailəşdirəsiniz".
Məsələ ilə bağlı "Baku Electroniks"lə əlaqə saxladıq. Şirkət nümayəndəsi özünü təqdim etməsə də dediklərinin şirkət adından dərc edilə biləcəyini bildirdi:
"İstənilən "Apple" servisindən bizə telefonun işlənmiş olması və ya iddia etdiyi tarixdə satıldığına dair rəsmi arayış gətirsə, yaxud məhkəmə qətnaməsi, ekspertizaya rəyinə əsasən telefonun həqiqətən işlənmiş olduğu sübut edilsə, o zaman bu məsələni müzakirə edərik. Noyabr ayında alıb, amma iyul ayında gəlib ki, bu, işlənmiş telefondur. Biz zəmanət daxilində satılmış texnikanın qüsuruna və ya hansısa işləməyən detalının dəyişdirilməsinə cavabdehik. Biz kifayət qədər ciddi bir şirkətik. iPhone və ya başqa bir məhsun dəyişdirilməsi və ya qaytarılması bizim üçün problem deyil. Amma o şərtlə ki, bu ədalət çərçivəsində olsun".
İddiaçı aprel ayında "Baku Electronics"dən "MacBook" da aldığını, lakin belə bir problemlə qarşılaşmadığını söyləyib:
"Mən aprelin 23-də onlardan "MacBook" da almışam və həmin saytda yoxlanış edəndə, zəmanət müddəti 2019-cü ilin aprelinə qədər, yəni necə olmalıdırsa, elə göstərilir. Əgər mən, loru dillə desək, mərdimazar biri olsaydım, onun da keyfiyyətsiz olduğunu iddia edərdim. Mağazanın daimi müştərisiyəm, amma göstərdikləri münasibət göz önündədir".
Məsələ ilə əlaqədar olaraq "Apple" məhsullarının Azərbaycanda rəsmi satışı ilə məşğul olan "Alma Store" şirkəti ilə əlaqə saxladıq. Şirkətin nümayəndəsi Rza Məmmədli də ""Check coverage" saytının "Apple"in rəsmi sistemi olduğunu və orada "Apple" məhsullarının hansı tarixdən etibarən satıldığına dair göstərilən məlumatın tamamilə düzgün qeyd olunduğunu təsdiq edib.
Qeyd edək ki, "Baku Elektronics"i əslən Güney Azərbaycandan olan Məcid, Həbib və Səid Naxçıvani qardaşları idarə edir.
Oxşar xəbərlər
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 2024 14:30
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya