Qum-çıınqıl monopoliyasını Ziya Məmmədovdan alıb...
Cəmiyyət12 avqust 2018 10:49
Bakıda sabiq MTN işçisinə qarşı külli miqdarda dələduzluq etməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Məhkəmə prosesində məlum olub ki, dələduzluqda ittiham edilən şəxs Azərbaycanda müxtəlif yüksək vəzifəli məmurlarla əlaqələrinin, qohumluğunun olduğunu deyərək müxtəlif şəxslərə qarşı da dələduzluq edib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Azad Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda yazılır ki, Azad Əliyev Faiq Muxtarovun etibarından sui-istifadə edərək biznes qurmaq, işə düzəltmək və müxtəlif vədlərlə külli miqdarda pul alıb. Ittihama görə, Azad Əliyev universitetə adam qəbul etdirmək, işə düzəltmək, biznes qurmaq adı ilə daha 5 nəfərə qarşı dələduzluq edib.
Elan edilmiş ittihamla Azad Əliyev özünü qismən təqsirli bilib. O deyib ki, digər şəxslərlə iş görmək adı ilə razılaşsa da sonradan iş alınmayıb. Aldığı borcları da qaytara bilməyib. Amma sonradan onlarla razılığa gəlib. Azad Əliyev yalnız Faiq Muxtarovla bağlı ittihamı qəbul etməyib. O bildirib ki, nə olursa, olsun, bunu qəbul etməyəcək.
A.Əliyev deyib ki, o da Faiq Muxtarovu məhkəməyə verib: "Faiqlə şərikli biznes işi görəcəkdik. Onun özü MTN işçisi olub. Mən guya onu MTN-ə işə düzəltmək adı ilə pul almışam. Sonra da bir neçə dəfə iş görmək adı ilə pul verib. Əgər bir dəfə veribsə, işini görməmişəmsə, ikinci, üçüncü dəfə niyə verirdi?
Faiq məndən 230 min pul alıb. Həmin pulu ona görə verdim ki, Faiqin gətirdiyi malların rüsumunu ödəmək lazım idi. Əgər deyildiyi kimi, mən Faiqdən 400 min alsaydım, burada olmazdım.
Faiq deyir ki, guya mən ondan vəzifəli şəxslərə vermək üçün rüşvət almışam. Mənim öz şirkətimə 20 milyonluq mal gəlirdi. Mən bu qədər işin içində gedib Faiqdən 10 mini niyə almalı idim? Guya aldığım pulu MTN-ə rüşvət kimi verəcəkdim. Axı bu necə ola bilər? Camaat iş görəndə MTN-dən qaçırdı ki, gözə görsənməsin. Mən dəli idim ki, iş görüm, sonra da aparım pulu MTN-ə verib gözə girim? Mən mülki qaydada Faiq Muxtarovu məhkəməyə vermişəm. Bu ayın 17-də məhkəmənin hökmü çıxacaq”.
Məhkəmədə Faiq Muxtarov da ifadə verib. O, Azad Əliyevin dediklərinin yalan olduğunu söyləyib, bildirib ki, Azad Əliyevi birlikdə iştirak etdikləri məclislərdən birində tanıyıb və daha sonra onunla bir neçə dəfə görüşüb.
"Vəzifəli şəxslərin adını çəkirdi. Bəziləri ilə qohum olduğunu, bəziləri ilə sinif yoldaşı olduğunu, bəzisi ilə əsgər yoldaşı olduğunu və ya başqa variantlarla tanış olduğunu deyirdi. Bir neçə dəfə görüşüb çörək yedik. Mən Bakıya tikinti materialları gətirirdim. O dedi ki, gömrükdə adamları var. Özünün də tikinti şirkətinin olduğunu söylədi. Mənim mallarımı daha ucuz qiymətə gömrükdən keçirəcəyini dedi. Bu da mənə sərf edirdi.
Bir neçə dəfə mal gətirmək üçün pul verdim. Sonra armatur gətirəndə hər tonunda 15 min güzəşt edəcəyini dedi. Bunun üçün 100 min verdim. Amma mallar gecikdi. Keşlədə qatarların dayandığı yük yerindən öyrəndim ki, rüsum ödənmədiyindən malı buraxmırlar. Müxtəlif bəhanələr gətirdi, dedi ki, Hesablama Palatası yoxlama aparır. Əlavə olaraq o malı çıxarmaq üçün 5 min MTN işçisinə, 10 min gömrüyə, 5 min də Hesablama Palatasına vermək adı ilə istədi. Sonra da gəmi ilə mal gətirdik. Həmin malı da gətirəndə problem yarandı. İki dəfə cərimələndik. Azad dedi ki, xərci öz hesabından çıxacaq.
Bir dəfə də dedi ki, qum-çınqıl monopliyasını Ziya Məmmədovdan alıb onun şirkətinə verirlər. Buna görə də 250 min pul lazım olduğunu dedi. Bundan başqa, tender işlərində də adamının olduğunu söyləyirdi. Müdafiə Nazirliyində tender olacaqdı. Mən də öz adamımı Müdafiə Nazirliyinə göndərdim. Orada ona dedilər ki, tender yoxdur. Həmin adamım mənə dedi ki, daha sonra ona polkovnik Sabir Əliyev adlı şəxs zəng edib, deyib ki, siz tenderi udmusunuz. Guya bizim yerlimizdir deyə sevincinin də həddi-hüdudu yox imiş. Tenderə göndərdiyim adamdan nömrəni istədim ki, həmin Əli adlı polkovniklə özüm danışım. Zəng edəndə səsindən bildim ki, həmin adam polkovnik Əli yox, elə Azadın özü imiş. Səsimi eşidən kimi telefonu söndürdü. Sonra Azadla görüşdüm. And-aman elədi ki, polkovnikin adından danışan o deyildi”.
Faiq Muxtarov işə düzəlmək üçün Azad Əliyevə pul verməsi epizodu üzrə də danışıb. O deyib ki, bir neçə il əvvəl MTN-dən ixtisara düşüb: "Məni MTN-ə işə bərpa etdirəcəkdi. MTN-də kadrlar idarəsinin rəisi ilə qohum olduğunu dedi. Düzdür, mənim də bu işdə təqsirim var. Rüşvət verməyə görə mənə veriləcək cəzaya da razıyam”.
Faiq Muxtarov ifadəsinin sonunda ona dəymiş zərərin 300 min manat və 103 min dollar olduğunu deyib
Oxşar xəbərlər
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
Xəbər lenti
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya