Ramiz Cəfərova “Azərbaycanın Qüruru” Ordeni təqdim edildi
Maqazin12 avqust 2018 15:32
Avqustun 12-də Bakının "Viva Boutique Hotel”ində hüquq üzrə fəlsəfə doktoru Ramiz Cəfərova "Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi "Azərbaycanın Qüruru” Qızıl Ordeni təqdim olunub.
Ramiz İsmayıl oğlu Cəfərov 7 avqust 1954-cü ildə Göyçay şəhərində anadan olub. 1961-71-ci illərdə Göyçay şəhər 2 saylı 8 illik və 7 saylı orta məktəbləri əla qiymətlərlə bitirərək 1972-ci ilin avqust ayında S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Unuversiteti) hüquq fakultəsinə daxil olub. Universiteti əla qiymətlərlə bitirdikdən sonra 1977-ci ilin avqust ayında Kirovabad (indiki Gəncə) Şəhər Prokurorluğuna baş müstəntiq vəzifəsinə təyin edilib. 1982-83-cü illərdə Yevlax rayon prokurorunun baş köməkçisi vəzifəsində çalışıb.
1983-cü ildə 29 yaşlı gənc mütəxəssisə daha bir yüksək etimad göstərilərək Jdanov (indiki Beyləqan) rayonunun prokuror vəzifəsinə təyin olunub. O, 1990-cı ilin noyabr ayında Kürdəmir rayon prokuroru vəzifəsinə təyinat alıb.
R. Cəfərov 1993-cü ilin mart ayında "Milli münaqişələr zəminində baş verən cinayətlərin problemləri” mövzusunda dissertasiya müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsi alıb. 2000-ci ildə isə Rusiya Federasiyasının Ali Attestasiya Komissiyası tərəfindən "Hüquq sahəsi üzrə fəlsəfə doktoru” elmi adına yiyələnib. 1995-ci ildə "Millətlərarası münaqişələrlə əlaqədar cinayətlər” mövzusunda kitabı işıq üzü görüb.
Həmin dövrlərdə, Dağlıq Qarabağda baş verən münaqişələrin qızğın çağındacəbhə bölgəsinə gedən R. Cəfərov özü ilə apardığı yardımı əsgərlərə paylayıb, müntəzəm olaraq orada yaşayan insanlara ərzaq, geyim, sursat və s. məmulatlarla kömək göstərib, əhali arasında geniş təşviqat işləri aparıb.
R. Cəfərov 1993-1995-ci illərdə Ucar rayon prokurorunun müavini, 1995-1997-ci illərdə isə Mingəçevir şəhər prokuroru vəzifələrində çalışıb.O, 1997-2000-ci illərdə Nizami Rayon Prokurorluğunda və Bakı Şəhər Prokurorluğunda işləyib. Prokurorluq orqanlarında çalışdığı müddətdə nümunəvi fəaliyyəti ilə seçilib, ona göstərilən etimadı layiqincə doğruldub. Nümunəvi fəaliyyəti daim yüksək qiymətləndirilib, rəhbərlik tərəfindən bir çox mükafatlarla təltif olunub. R. Cəfərov cinayətkarlığa qarşı barışmaz mübarizə apardığına və qatı cinayətkarları ifşa etdiyinə görə DİN-nin "Fəxri fərmanı”na layiq görülüb.
1 sentyabr 2000-ci ildən 28 iyul 2007-ci ilədək Quba Rayon Məhkəməsinin sədri vəzifəsində fəaliyyət göstərən hüquq fədaisi ədalət mühakiməsini ləyaqətlə həyata keçirib. O, qüsursuz fəaliyyətinə görə "İlin hakimi” adına layiq görülüb.
R. Cəfərov hüquq üzrə fəlsəfə doktorudur. O, "Millətlərarası münaqişələrlə əlaqədar cinayətlər”, "Azərbaycanda hüquqi islahatlar” və "İctimai-siyasi mühitə təsirin Heydər Əliyev taktikası” kitablarının və onlarla elmi məqalənin müəllifidir.Hazırda "Müdafiə-Hüquq Şirkəti” MMC-nin prezidentidir, insan hüquqlarının müdafiəsi işi ilə məşğuldur.
Mükafatlandırma mərasimində çıxış edən "Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli Ramiz müəllimi ədalətli və ləyaqətli həyatından söz açıb.E. Nəsirli jurnalın Redaksiya Şurasının qərarı ilə Azərbaycanda elm, təhsil, hüquq sahələrinin inkişafına mühüm töhfələr təşkil edən əsərlərə, fundamental və tətbiqi elmi araşdırmalara, beynəlxalq hüquq aləminə verdiyi dəyərli töhfələrə və dövlətçiliyin inkişafında müstəsna xidmətlərinə görə Ramiz Cəfərova "Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi "Azərbaycanın Qüruru” qızıl ordenini təqdim edib.
Sonda Ramiz Cəfərov yüksək mükafata görə jurnalın baş redaktoruna və kollektivinə dərin təşəkkürünü bildirib, yeni yaradıcılıq uğurlar arzulayıb.
Yeri gəlmişkən, 2007-ci ildə fəaliyyətə başlamış "Azərbaycanım” beynəlxalq jurnalı redaksiyası kollektivinin təşəbbüsü ilə ölkəmizin milli mənafe və maraqlarının beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv və dolğun şəkildə çatdırılması, xaricdə yaşayan soydaşlarımızın birliyinin möhkəmləndirilməsi və dünya azərbaycanlılarını bir-birinə daha yaxından tanıtdırılması istiqamətində çoxşaxəli tədbirlər həyata keçirilir. Jurnalın redaksiya şurasının qərarı ilə "Azərbaycanın Qüruru” və "Azərbaycanın Dostu” qızıl ordenləri təsis edilib. Ötən müddətdə bir sıra tanınmış dövlət xadimləri, siyasətçilər və müxtəlif sahələri təmsil edən ziyalılar bu ordenlərlə təltif olunublar.
Oxşar xəbərlər
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 2024 18:40
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 2024 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 2024 15:29
Xəbər lenti
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
Video & Fotoqalereya
Video
Fotoqalereya