“Fədayə ilə “Qoca”nı tabor komandirinin tapşırığı ilə görüşdürdüm”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçırılmasına görə təqsirləndirilənlər - müğənni Fədayə Laçın, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, müavinləri Tural Poladxanov və Fuad Hacıyev, taksi sürücüsü Məhəmməd Hacıyev, Günay Atakişiyeva, Aqil Nəcəfov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə, Tərlan Zeynalov, Anar Əsgərovun məhkəməsi keçirilib.
"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə Tural Poladxanov ifadəsini davam etdirərək deyib ki, Astaradan Bakıya qayıdanda Etibarın xahişi ilə onu rəis Ceyhun Səmədovun otağına aparıb: "Orada bələdçinin otağında bir qadın da vardı. Saçları qırmızı idi. Onun Günay Atakişiyeva olub-olmadığını deyə bilmərəm. Çünki buradakı xanıma oxşamırdı. Sonra mən yatdım, səhər saat 05-də oyandım. Etibarla Əli kupedəydi. Əsgərləri posta çıxartdım, Fuad da dəhlizdə idi, "provodnik" yerə düşüb dedi ki, pəncərə açıqdı. Biz kupeyə baxdıq və gördük ki pəncərə açıqdır, otaqda isə heç kim yoxdur. Tez gedib rəisə məruzə etdik. Biz hər reysdən sonra çatışmazlıqlar barədə bələdiyyə rəisi Hikmət Sadıqov və xidmət rəisi Rafik Məmmədova məruzə edirdik. Amma qadınların vaqona minməsi barədə heç nə deməmişdik. Bu hadisədən əvvəl 3 nəfər cavan dustaq qaçmağı planlaşdırmışdı, biz onları tutmuşduq".
G.Atakişiyeva həmin zaman saçının qırmızı rəng olduğunu təsdiqləyib.
Təqsirləndirilən Fuad Hacıyev isə bildirib ki, dustaqların bəziləri Etibar Məmmədovla mübahisə etdiyi üçün Əli Ağami ilə "Qoca" bələdçi otağında saxlanılıblar: "Səhər oyananda isə onların qaçdığını bildik".
Qarovul rəisi Ceyhun Səmədov ifadəsində deyib ki, Fədayə Laçını "Qoca" ilə tabor komandiri Bəhruz Abdullayevin tapşırığı ilə görüşdürüb: "Fədayə Laçın vaqonun yanına gəlib görüşmək istədiyini dedi, mən "yox" dedim. Sonra kiminləsə telefonda danışıb mənə uzatdı. Rəisimiz Bəhruz Abdullayev mənə dedi ki, "Fədayə xanıma şərait yarat, Etibarla görüşsün". Mən də onun üstünü yoxlayıb içəri buraxdım. Sonra Etibar Əli Ağamini də yanlarına gətirməyimi istədi, onu da apardıq. Fədayə xanımın şəkilləri necə çəkdiyindən xəbərim olmayıb. Yəqin üstünü yaxşı yoxlamamışam. Günay Atakişiyeva Lənkəranda qatara minəndə üstünü və çantasını yoxlamışdım, orada açar yox idi. Heç ağlıma da gəlməzdi ki, Ağami ilə Etibar qaçar".
Qeyd edək ki, E. Məmmədov qaçdıqdan sonra onun saxlanılması üçün keçirilən əməliyyat zamanı müqavimət göstərdiyi üçün öldürülərək zərərsizləşdirilib, Ə.Ağami isə Şirvan şəhərində saxlanılıb. Digər şəxslər isə onlara kömək etməkdə, Penitensiar Xidmətin vəzifəli şəxsləri isə rüşvət almaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
İş üzrə 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- Cahangir Əsgərov daha bir vəzifədən AZAD EDİLİB
8 aprel 2024 12:37
- Gözlərinə mismar vurulub diri-diri basdırılanlar: Yaşı bir əsri ötən dəhşətli faciənin hekayəsi (VİDEO)
31 mart 2024 12:37
- 31 Mart soyqırımından 106 il ötür
31 mart 2024 12:22
- Day-dayım olsaydı, qısa zamanda … - Aysel Əlizadə
21 mart 2024 22:16
- Atamı KQB öldürdü... - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
17 mart 2024 19:10
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Sağlığında qiymət verin insanlara - deyən şairin AİLƏ DRAMI
12 mart 2024 13:00
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20