“Nar” bölgələrdəki LTE şəbəkəsini genişləndirir

Abunəçilərin rahat, kəsintisiz rabitə və internet xidmətlərindən yararlanması məqsədilə “Nar” yeni baza stansiyalarının ölkə ərazisində quraşdırılması prosesini davam etdirir.
NUH.az xəbər verir ki, aparılmış genişmiqyaslı təkmilləşdirmə işləri nəticəsində mobil operator Bakı və Abşeron yarımadası, eləcə də Gəncə şəhəri ilə yanaşı, respublikanın digər bölgələrində də 4G (LTE) xidmətini abunəçilərinin istifadəsinə təqdim edib.
Belə ki, 2018-ci ilin ilk yeddi ayı ərzində respublikanın 35 bölgə mərkəzində yaşayan abunəçilər mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən LTE xidmətindən yararlanmaq fürsəti əldə ediblər.
“Nar” Bakı, Abşeron və Gəncə istisna olmaqla, bölgə mərkəzlərindəki LTE baza stansiyalarının sayını əhəmiyyətli dərəcədə artırmaqla regionlarda LTE texnologiyasının tətbiqinin genişlənməsini davam etdirir. Yeni baza stansiyalarının istifadəyə verilməsi prosesi Xaçmaz, Quba, Qusar, Lənkəran, Qəbələ, Şəki, Şabran, Salyan, Şirvan, Şəmkir, Mingəçevir və digər bölgə mərkəzlərində daha intensiv surətdə həyata keçirilmişdir. Artıq ölkə ərazisindəki “Nar” abunəçilərinin böyük əksəriyyəti mobil operatorun LTE şəbəkəsinin üstünlüklərindən faydalana bilirlər. Bölgələrdəki “Nar” abunəçiləri mobil operatorun LTE texnologiyası ilə təmin etdiyi 225 Mbit/s çatan sürət sayəsində internet resurslarından daha səmərəli şəkildə istifadə edirlər.
Şirkət bölgələrdəki şəbəkəsinin genişləndirilməsi istiqamətindəki işləri davam etdirir. Hazırda genişləndirilmiş “Nar” şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Mobil operatorun şəbəkəsi və baza stansiyaları haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
Qeyd edək ki, “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.
- “Nar” sosial layihələrini bu il də davam etdirəcək
21 fevral 2019 17:36
- “Nar” 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib
20 fevral 2019 16:02
- “Nar” sosial şəbəkələrdə operativ xidmət göstərir
19 fevral 2019 17:09
- “Nar” müştəri məmnuniyyəti üzrə yüksək artım nümayiş etdirib
15 fevral 2019 16:12
- “Nar” Gəncə şəhərində yeni rəsmi mağazasını təqdim etdi
8 fevral 2019 14:33
- “Nar”ın “Qutu” təklifindən istifadə edənlərin sayı 2 dəfə artıb
30 yanvar 2019 17:03
- “Nar” Türkdilli Dövlətlərin PR mütəxəssislərinin I Bakı Forumuna dəstək oldu
29 yanvar 2019 14:15
- “Nar” abunəçiləri “WhatsApp”-dan pulsuz istifadə edir
24 yanvar 2019 17:27
- “Nar” autizm sindromlu uşaqlara növbəti dəstəyini göstərib
23 yanvar 2019 17:19
- “Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB pulsuz internet!
22 yanvar 2019 18:58
- Ombudsman parlamentə hesabat verəcək
23 fevral 13:39
- Azərbaycan Slavyan Gənclərinin Birinci Forumu keçirlib
23 fevral 12:17
- Prezidentin fərmanı nə qədər mənzili əhatə edəcək?
23 fevral 12:09
- İranda Azərbaycan dilində qəzet nəşr olunacaq
23 fevral 12:04
- Xocalı faciəsinin canlı şahidi: "Gözümün önündə bibimi və övladını qətlə yetirdilər"
23 fevral 11:50
- “Məqsədimiz Şuşada, Kəlbəcərdə “ASAN xidmət” mərkəzi açmaqdır”- Ülvi Mehdiyev
22 fevral 16:50
- Nazirdən yeni təyinatlar
22 fevral 16:17
- Təhsil naziri şagirdlərlə rəsm çəkdi - Fotolar
22 fevral 16:05
- Afiq Səfərov "Azərsun"dan getdi
22 fevral 15:37
- 3 padişah, 12 prezident, 27 baş naziri görüb (FOTO/VİDEO)
22 fevral 14:59
- Mehriban Əliyeva görüş keçirdi - Foto
22 fevral 14:30
- Prezident bu şəxslərin təqaüdünü artırdı - 300 manat
22 fevral 12:44
- Saxta düyünü əsl düyüdən neçə fərqləndirək? - 4 üsul
22 fevral 12:31
- DTX partizanların vərəsələri üçün arxivi açdı
22 fevral 12:23
- Mehriban Əliyeva Qarabağ əlili üçün ev tikdirir
22 fevral 12:17
- “Nar” sosial layihələrini bu il də davam etdirəcək
21 fevral 17:36
- Doktor Cihan Özdemir Əlyazmalar İnstitutunun qonağı olub
21 fevral 17:25
- Ruslan Auşev İlham Əliyevin qəbulunda
21 fevral 14:29
- Arif Əsgərovun var-dövləti haqda yeni faktlar: Londonda mal-mülk, ərəbə verilən milyonlar...
21 fevral 13:50
- Ağciyər xərçənginin 10 əlaməti - Başqa xəstəliklərlə səhv salınır
21 fevral 13:19
- Deputatdan şad xəbər: “Hökumət problemli kreditlərlə bağlı qərar verəcək"
21 fevral 11:25
- Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etdi
21 fevral 11:21
- “İqtidar Əli İnsanovun azad edilməsindən ehtiyat etmir” - Fəzail Ağamalı
21 fevral 11:18
- Kəmaləddin Heydərov bankını neçəyə satıb? - Qiymət açıqlandı
20 fevral 18:36
- BSU-nun “Kaspi” komandası Çelyabinskdən uğurla qayıtdı
20 fevral 18:17
- Pulu saymağa 4 işçi ayrılıbmış... - 5,5 milyardlıq iş
20 fevral 17:47
- Polşanın ölkəmizdəki konsulu xarici tələbələrə iş vizası verir?
20 fevral 17:24
- Abutalıbovun ən yaxın kadrının işdən çıxarılma səbəbləri...
20 fevral 17:05
- “Nar” 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib
20 fevral 16:02
- Elşad İsgəndərovun Türkiyəyə girişi qadağan olunub
20 fevral 15:51