Putinin orden verdiyi icra başçısı Atatürkün parkını xarabalığa çevirib- Reportaj+FOTOLAR

Bu park Türkiyə Cümhuriyyətinin lideri Mustafa Kamal Atatürkün adını daşıyır. “Gənclik” metrosunun çıxışındadır. Vaxtilə şəhərin mərkəzi yerlərindən, xiyabanlarından biri kimi göz oxşayırdı.
Amma park xarabalığa çevrilib. Məgər türklər bizim tanınmışların adlarını daşıyan parklara, küçələrə belə münasibət göstərirlər?
Amma Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı, rus prezident Putindən “Dostluq” ordeni almış Abdin Fərzəliyev göstərir. Özü də Atatürkün adına olan parka…Park deyil, bərbadlıqdır. AzEuroNews.com–a danışan parkın gündəlik sakinlərindən olan Nüsrət dayı parkda oturacaq qalmadığını söyləyir. Onun sözlərinə görə, skamyalar elə bil müharibədən çıxıblar.
“Fəvvarə işləmir, hovuzun suyu quruyur, sonra yağışla, zibillə dolur, təmizlənmir, oturacaqlar tökülüb, özünüz şahidsiniz. Nə bilim, heç o kişinin adına yaraşmayan parka çeviriblər” –,deyə Nüsrət dayı gileylənir.
Dağılmış skamyalar, hər yan zibil, yelləncəklər yox…
Onun söhbətinə qoşulan təqaüdçü Firudin kişi parkın metro tərəfdən girişinin kafelərə satıldığını, girəcəkdə “gözə kül üfürən” abadlıq işi görüldüyünü bildirir. Deyir ki, kafelər olmasa, parkın girişi də acınacaqlı vəziyyətdə olar. Ancaq sonra böyük bir ərazi başlanır və bu illər ərzində Nərimanov RİH tərəfindən heç bir təmir işləri aparılmayıb.
Parka gələnlər deyirlər ki, artıq ailəvi gəzmək üçün bura münasib yer deyil: çayxanalar, pivəxanalar, dağılmış skamyalar, hər yan zibil, uşaqlar üçün yelləncəklər sıradan çıxarılıb, parkın Ayna Sultanova heykəlinə yaxın hissəsi avtoparkın və restoranların “işğalındadır”.
Səhər tezdən park nə süpürülür, nə təmizlənir, nə də icra hakimiyyəti tərəfdən skamyalar yenilənir, yelləncəklər, attraksionlar quraşdırılır.
Sakinlərin sözlərinə görə, parkın yenidən qurulmasına ayrılan pulların taleyindən xəbər yoxdur. Nərimanov RİH başçısı A.Fərzəliyev rayonu hansı günə qoyubsa, Atatürkün parkı da o kökdədir.
Parka ayrılan pullar hardadır?
Prezident hər il icra hakimiyyətlərinə büdcədən vəsait ayırır, bu dotasiyadan Nərimanov kimi paytaxtın mərkəzi rayonu da kənar qalmır.
Di gəl ki, Türkiyə ilə münasibətlərin yüksək səviyyədə olduğu, onların bizim şəxsiyyətlərə ehtiram göstərdiyi halda, A.Fərzəliyev Azərbaycan prezidentinin diplomatik siyasətinə zidd olaraq Atatürkün parkını Suriyanın Hələb şəhərinə döndərib.
Halbuki, bu cür gözəl parkı yenidən qurmaq, müasirləşdirmək olar, yaşıllıqları artırmaq, işıqlandırmanı təzələmək mümkündür, fəvvarələr, skamyalar, attraksionlar düzəldilə bilər.
A.Fərzəliyevin rəhbərliyi dövründə isə bu parkda daşı daş üstünə qoymayıblar. Eləcə də “Nəriman Nərimanov” metrosunun üstündəki eyniadlı parkda heç bir abadlıq işi görülməyib. Bu haqda növbəti reportajlarda yazacağıq.
A.Fərzəliyev 13 ildir ki, bu rayonun icra başçısıdır. Türkiyədə 13 ilə şəhərlər salınır, Atatürk adına parklar, meydanlar, universitetlər yaradılır.
Türkiyə səfirinə və PA–ya məktub…
Böyük biznes imkanlarına malik olan,Putinin ordenini almış və Həştərxanda tikinti işinə girişmiş icra başçısı isə 13 ildə bir parkı da sakinlərin istirahəti üçün müasirləşdirməyib.
Parkdakı “Şuşa” kinoteatrı da neçə illərdir təmir adı ilə hasarlanıb. Bir zamanlar Bakıdakı ən böyük kinoteatrlardan sayılan bu mədəniyyət evi 5 böyük otaqdan, həmçinin yay zalından ibarət olub. Parkda istirahət edən insanlarla söhbət əsnasında öyrəndik ki “Şuşa”nın ağır dönəmi məhz Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindən çıxandan sonra başlayıb. Sakinlər Türkiyə səfirliyinə və Prezident Administrasiyasına müraciət etməyə hazırlaşır ki, parkın abadlaşdırılmasına kömək göstərilsin.
- Rüstəm İbrahimbəyov Bakıya gəlib - Fotolar
18 fevral 2019 12:59
- Milli Şura yeni mitinq keçirəcək
17 fevral 2019 10:16
- Damla icra başçısının müavini ilə sevgilidir- FOTOLAR
16 fevral 2019 19:07
- Nazir uşaqlara baş çəkdi - Fotolar
16 fevral 2019 13:49
- Leyla Əliyeva “Toplan” sahibsiz itlər üçün mərkəzin açılışında - Fotolar
16 fevral 2019 13:29
- Penitensiar Xidmətdən Taleh Bağırovla bağlı açıqlama
15 fevral 2019 17:18
- Prezident 5 komissiyanın tərkibində dəyişiklik etdi
15 fevral 2019 16:49
- Zahid Oruc yeni vəzifəsindən danışdı - Nə iş görəcək?
15 fevral 2019 14:42
- Birinci vitse-prezident Gəncədə səfərdədir (FOTOLAR)
15 fevral 2019 14:35
- Mehriban Əliyeva körpələr evində - Foto
15 fevral 2019 13:24
- “İbrahimbəyov məni dəvət edib, sağlığına tost demişəm” - Anar
18 fevral 15:36
- "Aztelekom"un sabiq baş direktorunun məhkumluğu ləğv edildi
18 fevral 14:35
- Məktəb direktorunu döyən aktyora və bacısı oğluna cinayət işi açıldı
18 fevral 13:58
- SOCAR-la “KazMunayQaz” arasında memorandum imzalanıb
18 fevral 13:32
- Rüstəm İbrahimbəyov Bakıya gəlib - Fotolar
18 fevral 12:59
- SOCAR: “İdarə rəisinin saxlanıldığı barədə məlumatlar həqiqət deyil”
18 fevral 12:51
- İlham Əliyev Sumqayıtda zavod açılışında
18 fevral 12:20
- Məşhur FHN generalının banka külli miqdarda borcu üzə çıxdı
17 fevral 17:26
- “Vertolyotla Yevlağa kimi pul səpəcəm....
17 fevral 16:30
- Qadınların sayının kişilərdən çox olduğu ölkələr (SİYAHI)
17 fevral 16:14
- “Qəribəsi o idi ki, Əfsanə ağlamırdı...” - Ər-arvad intiharının təfərrüatı
17 fevral 15:44
- Gəncədə Mehriban Əliyevanın adından ehsan verildi (FOTO)
17 fevral 10:50
- Azyaşlılara qarşı cinsi zorakılıq edən Baş Yepiskopla bağlı qərar verildi
17 fevral 10:41
- Sabiq məmur və övladlarının Slovakiyadakı biznesi üzə çıxdı (FOTO)
17 fevral 10:34
- İlham Əliyev Moskvadakı hadisəni nəzarətə götürüb - Video
17 fevral 10:23
- Milli Şura yeni mitinq keçirəcək
17 fevral 10:16
- ABŞ-da insanlar girov götürüldü, 4-ü öldürüldü
17 fevral 10:11
- Damla icra başçısının müavini ilə sevgilidir- FOTOLAR
16 fevral 19:07
- Qroznının ilk fəxri vətəndaşı baş verənlərlə bağlı bəyanat verdi
16 fevral 18:04
- Ordubada 18, Lerikə 15, Yardımlıya 10 sm qar yağdı
16 fevral 17:13
- Dünyaya hökm edən Rokfellerlərin sirli keçmişi
16 fevral 15:59
- “Bu hadisə Azərbaycan-Çeçenistan dostluğunu daha da möhkəmlədəcək”
16 fevral 15:32
- Prezidentdən Siyavuş Novruzovla bağlı - Sərəncam
16 fevral 15:05
- Yüksək vəzifəli məmurun xaricdəki biznesi ifşa edildi (FOTOFAKT)
16 fevral 14:12
- Əbülfəz Məlikovla Eldar Mahmudov arasında hansı anlaşma olub?
16 fevral 14:03
- Nazir uşaqlara baş çəkdi - Fotolar
16 fevral 13:49
- Leyla Əliyeva “Toplan” sahibsiz itlər üçün mərkəzin açılışında - Fotolar
16 fevral 13:29
- Azərbaycanın “biznesmen” nazirləri
15 fevral 18:07
- Penitensiar Xidmətdən Taleh Bağırovla bağlı açıqlama
15 fevral 17:18
- Mirşahin Ağayevin qardaşı azadlığa çıxdı
15 fevral 16:59