Putinin orden verdiyi icra başçısı Atatürkün parkını xarabalığa çevirib- Reportaj+FOTOLAR
Bu park Türkiyə Cümhuriyyətinin lideri Mustafa Kamal Atatürkün adını daşıyır. “Gənclik” metrosunun çıxışındadır. Vaxtilə şəhərin mərkəzi yerlərindən, xiyabanlarından biri kimi göz oxşayırdı.
Amma park xarabalığa çevrilib. Məgər türklər bizim tanınmışların adlarını daşıyan parklara, küçələrə belə münasibət göstərirlər?
Amma Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı, rus prezident Putindən “Dostluq” ordeni almış Abdin Fərzəliyev göstərir. Özü də Atatürkün adına olan parka…Park deyil, bərbadlıqdır. AzEuroNews.com–a danışan parkın gündəlik sakinlərindən olan Nüsrət dayı parkda oturacaq qalmadığını söyləyir. Onun sözlərinə görə, skamyalar elə bil müharibədən çıxıblar.
“Fəvvarə işləmir, hovuzun suyu quruyur, sonra yağışla, zibillə dolur, təmizlənmir, oturacaqlar tökülüb, özünüz şahidsiniz. Nə bilim, heç o kişinin adına yaraşmayan parka çeviriblər” –,deyə Nüsrət dayı gileylənir.
Dağılmış skamyalar, hər yan zibil, yelləncəklər yox…
Onun söhbətinə qoşulan təqaüdçü Firudin kişi parkın metro tərəfdən girişinin kafelərə satıldığını, girəcəkdə “gözə kül üfürən” abadlıq işi görüldüyünü bildirir. Deyir ki, kafelər olmasa, parkın girişi də acınacaqlı vəziyyətdə olar. Ancaq sonra böyük bir ərazi başlanır və bu illər ərzində Nərimanov RİH tərəfindən heç bir təmir işləri aparılmayıb.
Parka gələnlər deyirlər ki, artıq ailəvi gəzmək üçün bura münasib yer deyil: çayxanalar, pivəxanalar, dağılmış skamyalar, hər yan zibil, uşaqlar üçün yelləncəklər sıradan çıxarılıb, parkın Ayna Sultanova heykəlinə yaxın hissəsi avtoparkın və restoranların “işğalındadır”.
Səhər tezdən park nə süpürülür, nə təmizlənir, nə də icra hakimiyyəti tərəfdən skamyalar yenilənir, yelləncəklər, attraksionlar quraşdırılır.
Sakinlərin sözlərinə görə, parkın yenidən qurulmasına ayrılan pulların taleyindən xəbər yoxdur. Nərimanov RİH başçısı A.Fərzəliyev rayonu hansı günə qoyubsa, Atatürkün parkı da o kökdədir.
Parka ayrılan pullar hardadır?
Prezident hər il icra hakimiyyətlərinə büdcədən vəsait ayırır, bu dotasiyadan Nərimanov kimi paytaxtın mərkəzi rayonu da kənar qalmır.
Di gəl ki, Türkiyə ilə münasibətlərin yüksək səviyyədə olduğu, onların bizim şəxsiyyətlərə ehtiram göstərdiyi halda, A.Fərzəliyev Azərbaycan prezidentinin diplomatik siyasətinə zidd olaraq Atatürkün parkını Suriyanın Hələb şəhərinə döndərib.
Halbuki, bu cür gözəl parkı yenidən qurmaq, müasirləşdirmək olar, yaşıllıqları artırmaq, işıqlandırmanı təzələmək mümkündür, fəvvarələr, skamyalar, attraksionlar düzəldilə bilər.
A.Fərzəliyevin rəhbərliyi dövründə isə bu parkda daşı daş üstünə qoymayıblar. Eləcə də “Nəriman Nərimanov” metrosunun üstündəki eyniadlı parkda heç bir abadlıq işi görülməyib. Bu haqda növbəti reportajlarda yazacağıq.
A.Fərzəliyev 13 ildir ki, bu rayonun icra başçısıdır. Türkiyədə 13 ilə şəhərlər salınır, Atatürk adına parklar, meydanlar, universitetlər yaradılır.
Türkiyə səfirinə və PA–ya məktub…
Böyük biznes imkanlarına malik olan,Putinin ordenini almış və Həştərxanda tikinti işinə girişmiş icra başçısı isə 13 ildə bir parkı da sakinlərin istirahəti üçün müasirləşdirməyib.
Parkdakı “Şuşa” kinoteatrı da neçə illərdir təmir adı ilə hasarlanıb. Bir zamanlar Bakıdakı ən böyük kinoteatrlardan sayılan bu mədəniyyət evi 5 böyük otaqdan, həmçinin yay zalından ibarət olub. Parkda istirahət edən insanlarla söhbət əsnasında öyrəndik ki “Şuşa”nın ağır dönəmi məhz Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindən çıxandan sonra başlayıb. Sakinlər Türkiyə səfirliyinə və Prezident Administrasiyasına müraciət etməyə hazırlaşır ki, parkın abadlaşdırılmasına kömək göstərilsin.
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 2024 11:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06