Angela Merkel Bakıya niyə gəlir?
Siyasət23 avqust 2018 14:46
Almaniya kansleri Angela Merkelin bu həftə Bakıya gözlənilən səfəri ilk növbədə Azərbaycan tərəfindən həyata keçirilən enerji layihələri üzrə müəyyən razılaşmaların əldə olunmasına yönəlib.
Bunu Trend-ə rusiyalı ekspert Murad Sadıqzadə deyib. Ekspertin sözlərinə görə, hazırda beynəlxalq münasibətlərdə vəziyyət o qədər sürətlə dəyişir ki, hətta növbəti ay üçün proseslərin gedişini səhvsiz proqnozlaşdırmaq mümkün olmur:
"Amma hər zaman bütün dəqiq hadisələrin üzərindən görünməz xətlə keçən əsas trendlər mövcuddur. Avqustun 25-də baş tutacaq səfər həm regional, həm də qlobal gündəliyi dəyişə biləcək siyasi xətlərə aiddir”.
M.Sadıqzadə bildirib ki, Almaniya və Avropa İttifaqının (Aİ) digər üzvləri milli təhlükəsizliklərini təmin etmək və bir enerji tədarükçüsündən asılı olmamaq üçün enerji ehtiyatları tədarükünün marşrut və mənbələrini fəal şəkildə şaxələndirməyə çalışırlar. Ona görə də səfər çərçivəsində Azərbaycanın yeni qaz dəhlizləri vasitəsilə enerji ehtiyatlarının alınması imkanları müzakirə olunacaq:
"Hesab edirəm ki, bütün bunlar Rusiya prezidenti Vladimir Putinin Berlinə baş tutmuş və "Şimal axını-2” layihəsinin müzakirə olunduğu səfəri fonunda gözlənilir”.
Ekspertin fikrincə, Aİ ölkələrinin öz iqtisadiyyatlarının dayanıqlı inkişafını təmin etməkdə marağı nəzərə alınsa, Azərbaycan üçün iqtisadi gücünü artıra biləcək və dayanıqlı artımı təmin edəcək "Əsrin müqaviləsi”nin yeni dövrü başlaya bilər:
"Hətta ilk növbədə enerji məsələləri müzakirə olunsa belə, bu, heç bir halda xüsusilə qeyri-neft sektorundan gəlirlərini artırmağa çalışan Bakı üçün digər iqtisadi layihələrin vacibliyini azaltmır. Hesab edirəm ki, Azərbaycan ərazisindən keçəcək və Şərqlə Qərbi birləşdirəcək nəqliyyat dəhlizləri mövzusu da müzakirə olunacaq. Hər şey uğurlu alınsa, Almaniya məhsulları üçün Fars körfəzi və Asiya ölkələri bazarlarına yol açılacaq”.
Danışıqlarda müzakirə olunacaq siyasi mövzulara gəlincə, politoloq qeyd edib ki, Bakı və Berlin regionda təhlükəsizlik məsələləri, həmçinin İranın nüvə proqramı ilə bağlı vəziyyət barədə mövqelərini dəqiqləşdirəcəklər.
M.Sadıqzadənin sözlərinə görə, əgər Bakı Tehranla tam qarşılıqlı fəaliyyətin davam etdirilməsinə sadiq olduğunu təsdiq etsə, o zaman Azərbaycan və Almaniyanın maraqlarının üst-üstə düşdüyü daha bir nöqtə olacaq:
"Hesab edirəm ki, Angela Merkelin qarşıdakı səfəri Bakı və Berlin arasında ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcək, həmçinin Rusiyanın Aİ ilə münasibətlərinin möhkəmləndirilməsində müsbət addıma xidmət edəcək".
M.Sadıqzadə vurğulayıb ki, danışıqlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsindən də yan keçməyəcək:
"Almaniya Aİ-nin lider dövlətlərindən biri kimi hər zaman beynəlxalq hüquqa sadiqliyini açıq şəkildə bəyan edib və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Berlin anlayır ki, mövcud status-kvo Bakını qane etmir, belə ki, Azərbaycan ərazilərinin 20 faizi hələ də işğal altındadır. Berlin istisnasız olaraq Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması ilə bağlı rəyini bildirəcək və Ermənistanın yeni hakimiyyətinə təsir göstərməyə cəhd edəcəyi mümkündür".
Oxşar xəbərlər
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 2024 10:13
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 2024 11:41
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- Əbiliqoz bəyin Rusiyadakı şirkəti balıq biznesindən 106 milyon qazanıb - FAKTLAR
8 aprel 2024 21:21
Xəbər lenti
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
Video & Fotoqalereya
Video
Fotoqalereya