“Stimul” hospitalıda nə baş verir ?
Ölkə gündəmini diqqətlə izləyən oxucularımız xatırlayarlar: Bu ilin may ayında paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində fəaliyyət göstərən "Stimul" hospitalında ölüm hadisəsinin baş verməsi ilə əlaqədar rayon prokurorluğunda cinayət işi açılaraq şəhər prokurorluğuna verilmişdi. Həkim Elçin Zodan pasiyent Yeganə Quliyevanı plastik əməliyyat edərkən o, stolda keçinmişdi.
Qəribədir ki, üzərində uğursuz plastik cərrahiyyə əməliyyatı aparılmış xəstənin ölümünün səbəbləri istintaq tərəfindən araşdırılarkən sıravi həkim məsuliyyətə cəlb olundu, amma klinika rəhbərliyindən heç kimə "gözün üstə qaşın var" deyən olmadı. Niyəsi naməlumdur. Halbuki, pasient səhhəti ilə bağlı tibb müəssisəsinə üz tutur, onun ayrıca həkiminə deyil. Bu məsələdə məsuliyyət bölünməlidir. Axı həkimi də rəhbərlik seçir, müəssisəni texnika və avadanlıqla təmin edir. Əgər seçim etməyi, işə götürmək istədiyi kadrın savad səviyyəsini müəyyənləşdirməyi özü bacarmırsa, bunu başqa mütəxəssisə etibar etməlidir. Bütün başqa müşahidələrimiz və daxil olmuş məlumatlara görə klinikanin sahibi Hacı Bəxtiyar sözügedən ölüm işində cinayət təqibi orqanlarının "diqqətindən" kənarda qaldığı kimi, eyni uğurla da vergidən yayına bilir. Şübhə doğuran məsələ burasındadır ki, bu gün klinikaya tibbi xidmət üçün müraciət edən vətəndaş qeydiyyata alındıqdan sonra ona klinikanın vizit kartı verilir, kod qoyularaq kassaya yönləndirilir. Vətəndaş kassaya yanaşanadək həmin kod kassada əyləşən xanıma ötürülür. Kassir pulu aldıqdan sonra pasientə kassa aparatından deyil, adi printerdən çıxardığı "çek"i verir. Pasient də öz növbəsində həmin "çek"i onu müayinə edəcək həkimə təqdim edir. Beləliklə, müştərinin tələb olunan pulu ödədiyinə klinika rəhbərliyi tərəfindən tam nəzarət olunur Amma müəssisənin xəzinəsinə gündəlik mədaxilə dövlət tərəfindən nəzarətin təmin olunub-olunmaması sual altında qalır: Görəsən bu klinikanın sahibi vergi orqanı ilə necə "dil tapa" bilir? Özü kimdir, "yuxarı"dakı adamı kimdir? Saytımızın oxucuları ilə irəlidəki görüşlərimizdə hacı Bəxtiyarın Misir dövlətinə səfərlərinin pərdəarxası təfərrüatları barədə ətrafı söhbət açacağıq. Həmçinin, onu müşayiət edən xanım həkimlə üçüncü ölkəyə niyə birbaşa Bakıdan deyil, məhz ən yaxın qonşu ölkələrdən birinin hava limanından uçduğu barədə məlumatları bölüşəcəyik.
NUH.az
- Qarşımızda təhlükəsiz və dəstəkləyici öyrənmə mühitinin təmin edilməsi vəzifəsi dayanır
5 mart 2024 23:08
- Ölkədə kino yoxdur, mədəniyyət ölüb və bu sahədə yeyinti çoxdur. Gözünüz doysun artıq
19 fevral 2024 10:56
- VƏTƏN SEVGİSİNİ MÜƏLLİM ÖYRƏDİR
20 sentyabr 2023 11:01
- Şansım onda gətirdi ki, həyat yoldaşım həm məni, həm də vətənimi sevdi
9 mart 2023 08:21
- “Nar” “Korporativ sosial təsir strategiyasının biznesə faydaları” seminarında iştirak edib
30 noyabr 2022 15:36
- “Ölkəmizin adını dəyişib Şimali Azərbaycan etməliyik”
29 noyabr 2022 11:55
- NAR zərərçəkmiş məktəblərin şagirdlərini sevindirdi - Fotolar
22 sentyabr 2022 17:56
- “Nar” Ağdam və Füzuli məktəblərinə səfər etdi - Fotolar
16 sentyabr 2022 08:01
- Onlar da Ramiz Mehdiyevə “GET ” dedi
9 fevral 2022 21:46
- Müəllimlərin MAAŞI 1000 DOLLAR olacaq - ŞOK
9 noyabr 2021 22:42
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 13:54
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 13:49
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 13:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 11:29