Mehriban Əliyevanı Rusiyada stil ikonası elan etdilər (FOTOLAR)
Mədəniyyət10 sentyabr 2018 07:39
Rusiyanın mail.ru mediaresursunun "Ledi” bölməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və onun dəb aləmində üstünlük verdiklərinə həsr olunmuş məqalə dərc edilib. Məqalənin müəllifləri Azərbaycanın birinci xanımını stil ikonası adlandırıblar.
Nəşr qeyd edir ki, Azərbaycan özünə əsas Avropa tendensiyalarını hopdursa da, Şərqin mədəni və dini ənənələrini qoruyub saxlaya bilib. Bu həm memarlıqda, həm müasir mədəniyyətdə, həm təhsildə, həm də dəbdə özünü göstərir.
Birinci xanım Mehriban Əliyeva isə həmin maraqlı uyğunlaşmanı əks etdirir. Bu onun həm ictimai-siyasi işində, həm də stilində təzahürünü tapır.
Mehriban Əliyevanın geyimində üstünlük verdiyi zövq məşhur modelyerləri ilhama gətirir. Məsələn, Vyaçeslav Zaytsevdeyirdi ki, Bakıda olduğu vaxt Azərbaycan prezidentinin xanımının stili onda böyük təəssürat doğurub: "Ecazkar görünmək bacarığı, onun ünsiyyət tərzi – bütün bunlar gözəl uyğunlaşır və çox gözəl təəssürat doğurur. Sözün əsl mənasında ecazkar qadındır və mən səmimi şəkildə valeh oldum”.
Azərbaycanın Birinci vitse-prezidenti geyimdə eleqant mötədilliyə, sakit tonlara və səlis xətlərə üstünlük verir.
"Mötədillik və sona qədər deyilməmək, ola bilsin ki, müəyyən mənada mənim xasiyyətimi əks etdirir, - Mehriban Əliyeva şərh edir. – Halbuki, heç vaxt bu əlaqə barədə ciddi düşünməmişəm. Stil özünü xırdalıqlarda, təfərrüatlarda, nüanslarda, davranış tərzində və insandan ayrı təsəvvür edilməyən bir çox şeydə özünü göstərir. Mənə belə gəlir ki, bunu sırf rasional mövqelərdən izah etmək çətindir”.
Məqalənin müəllifləri qeyd edirlər ki, birinci xanımda bütün bu nüansları nəzərə almaq alınır, o hətta qərb dəb evlərinin kolleksiyalarında ənənəvi şərq motivlərindən istifadə edilmiş geyimləri tapa bilir ki, həmin geyimlər "Giorgio Armani”, "Karl Lagerfeld” və "Ralph Lauren” kimi müasir və tanınmış modelyerlərin yaratdıqlarıdır.
Öz ölkəsinin əsl vətənpərvəri kimi birinci xanım Azərbaycanın dizaynerlərini və modelyerlərini dəstəkləyir. Misal üçün, IV İslam Oyunlarının bağlanış mərasiminə Birinci vitse-prezident həmvətəni olan modelyer Rüfət İsmayılın hazırladığı kostyumda gəlmişdi.
Bununla bərabər, Mehriban Əliyeva bəzək əşyalarından çox istifadə etməkdən çəkinir və onun sevimli aksessuarı kimi eynəyi göstərmək olar. O, eynəklərini dəbdən, əhvalından və ya tədbirin mahiyyətindən asılı olaraq dəyişir.
O ki qaldı sevimli fasonlara, bunlar, şübhəsiz ki, futlyar-paltardır və bu hər zaman Mehriban Əliyevanın bəyəndiyi platforma üzərində ayaqqabılarla və qayıqşəkilli ayaqqabılarla çox uğurla uzlaşır.
Mehriban Əliyevanın iştirak etdiyi əksər görüşlər əsas etibarilə kişilərin iştirakı ilə keçirilir. Bunlar tanınmış siyasətçilər, iş adamları, ictimai xadimlərdir. Lakin birinci xanım parlaq görünməkdən çəkinmir. Bu onda çox üzvi şəkildə alınır və danışıqlar üzrə həmkarlarının mötədil kişi kostyumları birinci xanımın geyimlərini uğurlu şəkildə vurğulayır.
Xeyli alovların və sofitlərin olduğu iri səhnələrdən rəsmi çıxışlar üçün Mehriban Əliyeva qapalı uzun, ciddi görkəmli, lakin eyni zamanda yumşaq tonları olan paltarlar geyir.
Azərbaycanlı rəssam-modelyer Fəxriyyə Xələfova Mehriban Əliyeva haqqında bunları deyir: "Onun bir çox missiyaları və maraqlı istiqamətləri var ki, onları həyata keçirir. Lakin mən birini də əlavə edərdim – O, gözəllik səfiridir”.
Mənbə: virtualaz.org
Oxşar xəbərlər
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 mart 2024 22:03
- Moskva terrorunda azərbaycanlı kişi və erməni xanımı da öldürülüb
24 mart 2024 20:47
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- 1 nömrəli qanuni oğru kor olub
24 mart 2024 19:59
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya