Bakcell növbəti beynəlxalq ekoloji aksiyaya qoşuldu (R)
Mədəniyyət18 sentyabr 2018 15:09
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə bir araya gələrək bütün dünyada qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində sentyabrın 15-də Bilgəh çimərliyində genişmiqyaslı təmizlik aksiyasına qoşulub.
Artıq 23 ildir ki, dünyanın bir çox ölkəsi hər il sentyabr ayının 15-i Beynəlxalq Sahilyanı Təmizlik Günü qeyd edir. Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönəlmiş ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər.
Azərbaycanın artıq 9 ildir ki iştirak etdiyi bu beynəlxalq ekoloji aksiyanın təşkilatçıları qismində ənənəvi olaraq "Coca-Cola”, "Bakcell", "PAŞA Bank” şirkətləri və "ASAN Könüllülük Məktəbi”nin "Yaşıl ASAN” təşəbbüsü çıxış ediblər, aksiyanın partnyorları sırasında isə "ASAN Radio”, "Xəzər TV”, "AzEkol”, AFFA, "Baku Expo 2025”, "Alliance Asisst Group”, "Toyota” Bakı Mərkəzi, "Entreé” kafelər şəbəkəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası yer alıblar.
15 sentyabr tarixində #Xəzəriqoruyaq şüarı altında Bilgəh çimərliyində keçirilmiş aksiyaya maksimum sayda iştirakçı cəlb olunub. Belə ki, 600-dən artıq insan sahilyanı ərazini 5 tona yaxın tullantıdan təmizləyib. Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik ləvazimatları ilə təmin olunublar. Hər il çimərlik mövsümünün sonunda gənclərin, Bakcell və digər şirkətlərin əməkdaşlarının, onların ailə üzvlərinin iştirakı ilə keçirilən sahilyanı təmizlik aksiyası ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ edir.
Qeyd edək ki, Azərbaycanda son 9 il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 40 hektara yaxın ərazisi təxminən 32 ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq məlumatlar "Ocean Concervancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.
Korporativ sosial məsuliyyətli şirkət olan Bakcell bu hərəkata qoşulan ilk mobil operator kimi ölkədə ekologiya sahəsində maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına öz töhfəsini verir.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 30-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir. 7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test”).
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.
Oxşar xəbərlər
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 2024 12:27
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- İtaliyada XVI əsrə aid qadın VAMPİR-in siması bərpa edildi
25 mart 2024 10:42
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Filipp Kirkorov Bakıda
24 mart 2024 23:54
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Alimlər insanların danışmağı öyrəndiyi tarixi dövrü müəyyənləşdirib
24 mart 2024 19:32
- Kirkorov Bakıda - Video
24 mart 2024 06:42
Xəbər lenti
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 13:54
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 13:49
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 13:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 11:29
Video & Fotoqalereya
Video
Fotoqalereya