Azərbaycanı xaricdə təmsil edən xanım diplomatlar (FOTOLAR)
Maraqlı30 sentyabr 2018 13:40
Diplomatiya dedikdə əsasən beynəlxalq münasibətlərin iştirakçısı olan dövlət və qrupların səlahiyyətli nümayəndələri arasında danışıqların aparılması nəzərdə tutulur. Diplomatik xidmət bütün zamanlarda prestijli dövlət qulluğu sayılıb. Fövqəladə və səlahiyyətli səfir, konsul, daimi nümayəndə kimi vəzifələrdə çalışan diplomatlar ölkə başçılarının, hökumətlərin və xarici əlaqələr üzrə dövlət orqanların xarici siyasətinin məqsəd və vəzifələrini həyata keçirmək və dövlətin hüquq və maraqlarını xaricdə müdafiə etməklə məşğul olublar.
Bu gün Azərbaycan Respublikasının xaricdə 100-dən çox səfirliyi, konsulluğu, fəxri konsulluğu, daimi nümayəndəliyi fəaliyyət göstərir. Müstəqil Azərbaycan Respublikasının beynəlxalq arenada apardığı xarici siyasətin həyata keçirilməsi diplomatların üzərinə böyük məsuliyyət qoyur.
Bu məsuliyyəti daşıyan dşıyanlar arasında Azərbaycan Respublikasının xaricdəki diplomatik korpuslarında rəhbər vəzifələrdə çalışan xanımlar da var.
Modern.az diplomatik görəvdə rəhbər postlar tutan xanım diplomatlarımızla bağlı tiqdimatı diqqətinizə çatdırır.
Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dr. Nərgiz Akif qızı Qurbanova...
Nərgiz Qurbanova 2016-cı il 12 yanvar tarixində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Nərgiz Qurbanova 1975-ci ildə anadan olub. 1991-1994-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisasi üzrə bakalavr və 1995-1997-ci illərdə magistr dərəcələri alıb.
1997-1999-cu illərdə isə Qərb Universitetinin (Azərbaycan) Beynəlxalq menecment ixtisasının magistr dərəcəsini bitirib. N.Qurbanova həmçinin Yönşöpinq Beynəlxalq Biznes Məktəbinin (İsveç Krallığı) Beynəlxalq biznes fakültəsində (2000) və Nitsa Universitetinin (Fransa) Beynəlxalq hüquq fakültəsində (1997) təhsil alıb.
O, 2009-cu ildə Vyana Universitetindən (Avstriya) fəlsəfə elmləri doktoru dərəcəsi alıb.
N.Qurbanova 2001-ci ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışmağa başlayıb və 2001-2010-cu illərdə İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsində müxtəlif vəzifələr tutub.
Səfir təyinatından öncə N.Qurbanova Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsinin rəisi vəzifəsində çalışıb və Azərbaycanın iqtisadi gündəliyinin xaricdə təşviqi, regional və qlobal iqtisadi təşkikatlarla tərəfdaşlıq, Avropa İttifaqı ilə əməkdaşlıq, eləcə də ikitərəfli iqtisadi əlaqələrin və regional iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələləri ilə məşğul olub. N.Qurbanova həmçinin şerpa müavini qismində Türkiyənin sədrliyi çərçivəsində Azərbaycanın ilk dəfə olaraq G20 Sammitinin işində qonaq qismində iştirakına töhfə verib.
N.Qurbanova həmçinin 2004-2007-ci illərdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinə və 2010-2013-cü illərdə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinə (müşavir, müvəqqəti işlər vəkili və səfirinin müavini olaraq) ezam olunub.
Səfir N.Qurbanova "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919- 2009)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
İngilis, fransız (orta) və rus dillərini bilir. Xanım səfir ailəlidir, bir oğlu var.
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Xanım Məmməd qızı İbrahimova...
Xanım İbrahimova eyni zamanda Lixtenşteyn Knyazlığında akkreditə olunub.
Səfir Xanım İbrahimova beynəlxalq münasibətlər və diplomatiya sahəsində 20 illik iş təcrübəsinə malikdir. O, 2017-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Xanım İbrahimova 1979-cu ildə Bakı şəhərində anadan olub.
X.İbrahimova Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq maliyyə ixtisasın və dünyanın nüfuzlu təhsil ocaqlarından olan ABŞ-ın Kolumbiya Universitetinin beynəlxalq sosial inkişaf ixtisası üzrə magistr dərəcələrini bitirib.
Səfir təyin olunmadan əvvəl o, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində müşavir vəzifəsində işləyib. Nümayəndəlikdəki fəaliyyəti dövründə X.İbrahimova dəfələrlə BMT üzvü olan dövlətlər tərəfindən BMT-nin müxtəlif komitələrinin sədr müavini seçilib. BMT-nin siyasi cəhətdən mühüm bir bəyannaməsinin BMT üzvü olan 150 ölkə arasında konsensus yolu ilə qəbul edilməsinə nail olduğuna görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Bunadək o, xarici işlər naziri tərəfindən "Təşəkkür məktubu” verilmiş və "Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunmuş səfirlər də daxil olmaqla on ən yüksək səviyyəli diplomatdan biri olub.
X.İbrahimova, həmçinin Azərbaycan Respublikasının Avstriyadakı Səfirliyi və ATƏT yanında Daimi Nümayəndəliyində iqtisadi məsələlər üzrə müşavir vəzifəsində çalışıb. Fəaliyyəti dövründə o, ATƏT çərçivəsində keçirilmiş müzakirələrdə Azərbaycanı təmsil edib, Azərbaycan Respublikası Prezidentinin başçılığı ilə geniş tərkibli ilk Azərbaycan-Avstriya Biznes Forumunu təşkil edib.
Bunadək o, 2006-cı ildə xarici işlər nazirinin də dəstəyi ilə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) konsepsiyasını hazırlayıb və həyata keçirib. Qeyd olunan agentlik hazırda Azərbaycanın beynəlxalq yardım sahəsində fəaliyyət göstərən əsas qurumudur. Bu qurumun həm strategiya, həm də hüquqi bazasının müəllifi kimi Xanım İbrahimova BMT-nin İnkişaf proqramı çərçivəsində topladığı vəsait hesabına Azərbaycan Diplomatik Akademiyası ilə birgə ilk texniki yardım layihələrini hazırlayıb və həyata keçirib. Peşəkar fəaliyyəti dövründə o, eyni zamanda Azərbaycan Diplomatik Akademiyasında beynəlxalq tələbələrlə bağlı müxtəlif layihələrin müəllifi və icraçısı olub.
Azərbaycanda diplomatik xidmət sıralarına qoşulmadan əvvəl o, 2003-cü ildə BMT-nin Nyu-Yorkda yerləşən Baş Qərargahında İnkişaf Siyasəti Bürosunda layihələndirmə mütəxəssisi və 2004-cü ildə isə ən strateji bürolardan birində - Böhranların Qarşısının Alınması və Bərpa Bürosunda layihə meneceri (P-4) vəzifəsində işəyib. X.İbrahimova burada minalardan əziyyət çəkən ölkələr üçün böhranın qarşısının alınması və ərazilərin bərpası istiqamətində vəsaitin toplanması üzrə iş aparıb.
2000-ci ildə X.İbrahimova BMTİP-nin Azərbaycan Nümayəndəliyində Azərbaycan Hökuməti ilə birgə Fövqəladə halların idarə edilməsi layihəsi üzərində çalışıb. Qeyd olunan layihə sonralar təsis edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əsasını təşkil edib.
1998-ci ildə o, Avropa İttifaqının Azərbaycan bölgələrinin inkişafını nəzərdə tutan birgə proqramında işləyib.
Evlidir, iki övladı var.
Azərbaycan Respublikasının Avstraliya İttifaqında fəxri konsulu Aydan Atif qızı Rzayeva...
Aydan Rzayeva 10 iyun 2016-cı ilı tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Avstraliya İttifaqında fəxri konsulu təyin edilib.
Aydan Rzayeva 1969-cu ildə Bakı şəhərində anadan olub. 1986-ci ildə Bakı şəhəri 6 saylı orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Dillər Universitetinə daxil olub. Təhsilini müvəfəqqiyyətlə başa vurduqdan sonra ailə həyatı qurub və Avstraliyaya köçüb.
Öncələr ailəsilə birgə Pert şəhərində tikinti sektoru üzrə ixtisaslaşmış özəl şirkətdə açlışıb və həmin şirkətin sahibi olub.
O, eyni zamanda Avstraliyada diaspor fəaliyyətilə məşğul olub. İki övladı var.
Oxşar xəbərlər
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 2024 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 2024 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 2024 11:26
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 2024 21:16
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
15 aprel 2024 10:27
Xəbər lenti
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04
Video & Fotoqalereya
Video
Fotoqalereya