“Fövqəlnazir”in ailəsinə məxsus gözəlik salonu deputatın “Çardağ”ına köçdü
Fövqəladə hallar naziri Kamaləddin Heydərov hakimiyyət daxilindəki mövqelərini itirdiyi bir vaxtda həyat yoldaşının "Amalya” qadın salonunda da problemlər yaranıb. Əfv Komissiyasının üzvü, deputat Elmira Axundovanın oğlu Həbib Axundovun direktoru olduğu qadın gözəllik salonunu əvvəlki ofisindən çıxarıblar. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, nazirin həyat yoldaşının gözəllik salonu ofisdən çıxarılandan sonra deputat Elmira Axundovanın adına olan və Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi 72 ünvanında yerləşən 6 mərtəbəli binaya köçüb. Deputat Elmira Axundova həmin binanın tikintisinə 2013-cü ildə başlayıb və 1 il sonra bina istifadəyə verilib. Bu ilin əvvəlində deputat xanımın özəl binasında Dövlət Təhlükəsizlik Xidməti əməliyyat keçirmişdi. Həmin əməliyyatda da dolayısı ilə "fövqəlnazir”in adı hallanırdı. Əməliyyat "dərman mafiyası”na qarşı keçirilən genişmiqyaslı plana əsasən baş tutmuşdu. Həmin vaxt "Yeni Müsavat” qəzeti ölkəyə qanunsuz olaraq dərman daşıyan şəbəkə ilə işbirliyində adı hallananlardan birinin də Əfv Komissiyasının üzvü, deputat Elmira Axundovanın olmasını yazmışdı. DTX-nın məlum əməliyyatı zamanı üzə çıxmışdı ki, qaçaq yolla ölkəyə gətirilən, saxta dərman vasitələrinin digər apteklərlə yanaşı deputatın ailəsinə məxsus "Elit” aptekdə də satıldığı məlum olub.
"Yeni Müsavat”ın yaydığı xəbərə görə, Tibbi Xidmət İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Fikrət Qədiməliyevə ittiham elan olunub. Ona Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, hazırda hərtərəfli istintaq işi aparılır, yaxın günlərdə digər DGK vəzifəlilərinə də rəsmi ittihamlar irəli sürülməsi üçün hüquqi baza formalaşdırılır.
İstintaqa cəlb olunan şəxslərin söylədikləri protokollaşdırılır, sahid ifadələri, sübut və dəlillər toplanılmaqdadır.
Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevə mayın 10-da ittiham elan olunub. Buna qədər isə DGK rəhbərliyi onu və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyevi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədovu, başqa bir neçə yüksək vəzifəlini tutduqları vəzifələrdən azad etməklə sərəncama götürüb. "Azpolitika.info” saytı da bu mövzu ilə bağlı maraqlı xəbər yaymışdı. Sayt yazırdı ki, deputat Elmira Axundova "Elit” aptekin reklamı ilə də məşğuldur.
Qeyd edək ki, "Elit” adı ilə Bakının bir neçə rayonunda aptek fəaliyyət göstərir. Yəni "Elit” apteklər şəbəkəsidir. Bu, aptekin özü haqda yaydığı məlumatda da təsdiqlənir: "Elit” aptek şəbəkələri 1993-cü ildən fəaliyyət göstərir, peşəkar xidməti ilə müştərilərin rəğbətini və etibarını qoruyub saxlaya bilib. Yeni istifadəyə verilən "www.eliteaptek.az” ölkəmizdə ilk dəfə olaraq Bakı şəhərinin hər bir nöqtəsinə 24 saat pulsuz dərman çatdırılma xidmətini sizlərə təklif edir”.
Bu şəbəkənin bütövlükdə deputat Elmira Axundovanın ailəsinə məxsus olduğu iddia edilir. Elmira Axundovanın oğlu Həbib Axundov biznes fəaliyyətilə məşğul olduğundan apteklərin də onun tərəfindən idarə edildiyi istisna edilmir. Maraqlıdır ki, internetdə "Elit” apteklər şəbəkəsi ilə bağlı məlumat toplamaq istərkən, Elmira Axundovanın üstüörtülü şəkildə bu apteki reklam edən fikirlərinə rast gəldik. Belə ki, deputat bir neçə il əvvəl ölkə prezidentinin dərman preparatlarının qiyməti ilə bağlı tutduğu iradlara münasibət bildirərkən, aptek sistemində pərakəndəlik olduğunu qeyd edib: "Mən özüm diabet xəstəsiyəm, yoldaşım da xəstə insandır. Bu səbəbdən də apteklərə tez-tez müraciət edirik. Məsələn, əgər hansısa dərman "Elit” aptekdə 15 manatadırsa, 2AVİS” aptekdə 25 manatadır. Doğrudur, "AVİS”-dən istənilən dərmanı əminliklə, rahat bir şəkildə almaq olar”.
Sayt deputatın cavablandırması, aydınlıq gətirməsi zəruri olan bir məsələyə də diqqət çəkir. Sitat: "Göründüyü kimi, Elmira Axundova üstüörtülü şəkildə ”Elit” aptekini reklam edib. Hansı ki, indi bu aptekin qeydiyyatsız dərman dövriyyəsilə məşğul olduğu, saxta dərmanlarla insanları zəhərlədiyi aşkarlanır. Maraqlıdır, açıqlamalarında özünü kasıbların qayğısına qalan biri kimi göstərən Elmira Axundovanın bundan xəbəri olubmu?”
DTX-in məlum əməliyyatına qədər də "Elit” apteklər şəbəkəsi ilə Elmira Axundovanın, onun oğlu Həbib Axundovun ilişkilərinin olmasını təsdiqləyən məlumatlar, fotolar, fotofaktlar da ortalıqda idi. Ən başlıcası isə deputatın oğlu Həbib Axundov da 1 il əvvələ qədər bu günlərdə generalları istintaqa cəlb olunan Dövlət Gömrük Komitəsinin əməkdaşı idi. Deputat oğlunun adı 8 milyon manatlıq dələduzluq işinə qarışdıqdan sonra DGK-dakı işindən kənarlaşdırıldı. Həmin dələduzluq işi bu gün də istintaq edilməkdədir. Maraqlıdır ki, elə həmin dələduzluq işindən sonra Elmira Axundova Nəsimi rayonu ərazisində özünün adına 6 mərtəbəli böyük bir qeyri-yaşayış binası inşa etdirib, Alov qüllələrində böyük bir mənzil alıb, bir sözlə, qəfildən maddi imkanları artıb…
DTX-nin əməliyyat keçirdiyi "Elit” şəbəkəsinin bir apteki də məhz deputata məxsus olan və Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi 72 ünvanındadır. Deputata məxsus binanın 1-ci mərtəbəsində "Elit” apteki, 6-cı mərtəbəsində isə oğlu Həbib Axundovun "Çardaq” adlı qəlyanxanası yerləşir. İndi isə "fövqəlnazir”in ailəsinə məxsus qadın gözəllik salonunun da bu məkana transfer olunması çox maraqlı suallar doğurur...
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 2024 11:56
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 2024 10:08
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 2024 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 2024 11:41
- Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - Rəsmi açıqlama
11 aprel 2024 20:25
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10