Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub
Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub
Oktyabrın 11-də Rusiya Federasiyasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Nikolayeviç Boçarnikov Bakı Slavyan Universitetində qonaq olub.
Səfirlə görüş zamanı BSU-nun rektoru, professor Nurlana Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixindən, Azərbaycanda rus dilinin inkişafına verdiyi töhfələrdən söz açıb. O, Azərbaycanla Rusiya arasında humanitar əlaqələrin genişlənməsində BSU-nun mühüm rola malik olduğunu diqqətə çatdırıb. BSU-da rus dili və ədəbiyyatının tədrisi üzrə tarixi ənənələrin olduğunu bildirən rektor hazırda universitetin bir çox xarici ölkələrin ali məktəbləri ilə də sıx əməkdaşlıq etdiyini deyib. N.Əliyeva Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə ölkələrimiz arasında elmi, iqtisadi və humanitar əlaqələrin möhkəmləndirilməsi istiqamətindəki xidmətlərinə, yüksək hazırlıqlı mütəxəssislər yetişdirilməsi üçün müvafiq şəraitin yaradılmasında göstərdiyi qayğıya görə 2001-ci ildə BSU-nun Fəxri doktoru adı verildiyini bildirib. O qeyd edib ki, Rusiya-Azərbaycan ikitərəfli münasibətləri bütün sahələrdə uğurla özünü göstərir. Rusiyanın qabaqcıl universitetləri ilə qurulan əməkadaşlığın yüksələn xətlə inkişaf etdiyini deyən Nurlana Əliyeva BSU-nun Azərbaycanda rusiyaşünaslığın və slavyanşünaslığın əsas mərkəzi olduğunu qonağın diqqətinə çatdırıb. N.Əliyeva BSU-da fəaliyyət göstərən tədris və mədəniyyət mərkəzləri, həmçinin burada 2002-ci ildən bəri mövcud olan Rusiya Tədris-Mədəniyyət Mərkəzi nəzdində “Moskva auditoriyası” barədə səfirə məlumat verivb.
Görüş zamanı səfir Mixail Boçarnikov Azərbaycan və Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində inkişafından məmnunluq ifadə edib, ölkələrimiz arasındakı əlaqələrin qarışılıqlı etimada söykəndiyini vurğulayıb. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, hərbi-texniki, humanitar və bütün digər sahələrdə uğurla inkişaf etdiyini bildirən səfir Azərbaycan Respublikası ilə ilə Rusiya Federasiyası arasında mədəni-humanitar sahələrdə əməkdaşlıq perspektivlərinə nəzər salaraq təhsil sahəsində əlaqələr, tələbə və müəllim mübadiləsi və digər məsələlər barədə də söz açıb. O, Rusiya universitetləri ilə BSU-nun humanitar sahədə əməkdaşlığına yaxından dəstək olacağını vurğulayıb. Azərbaycanda bütün sahələrdə gedən inkişaf proseslərinin Rusiyada maraqla izlənildiyini deyən Mixail Boçarnikov qeyd edib ki, dostluq və tərəfdaşlıq, eyni zamanda yaxşı qonşuluq münasibətləri Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın bütün sahələrini əhatə edir.
Sonra qonaq BSU-nun Rusiya Tədris-Mədəniyyət Mərkəzi nəzdində “Moskva auditoriyası” və Snakt-Peterburq Tədris-Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə tanış olub.
BSU-nun akt zalında “Arzu” rəqs ansamblının tolerantlıq rəqsinin məşqlərinə tamaşa edən səfir Mixail Boçarnikov tələbələrin slavyan xalqlarının milli rəqslərini belə mükəmməl mənimsəmələrini yüksək qiymətləndirib.
Görüşün davamında səfir Mixail Boçarnikov BSU-nun professor-müəllim heyətindən ibarət geniş auditoriya qarşısında məruzə ilə çıxış edib, onları maraqlandıran sualları cavablandırıb. Tədbirdə rusiyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələr rus poeziyasından nümunələr səsləndiriblər.
BSU-nun Mətbuat Xidməti
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 2024 18:45
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 2024 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15