Cahangir Hacıyevin arvadının hesabına məşhurlaşan “Harrods”dan - Reportaj
Zamirə Hacıyeva milyonları dünyaca ünlü alış-veriş mərkəzində necə əridə bilərdi?..
“Yeni Müsavat”ın əməkdaşı adı son günlər yerli və dünya KİV-nin gündəmindən düşməyən, Böyük Britaniyada korrupsiyaya qarşı mübarizə qanunun ilk hədəfi olan Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın milyonlar xərclədiyi məşhur “Harrods” univermağından reportaj hazırlayıb.
- Bu boyunbağı neçiyədir?
- 30.000 funta.
- Aha, bəs onun yanındakı?
Sualı soruşmazdan əvvəl bir anlıq məndə boyunbağının çox da baha olmayacağı hissi yaranır, ona görə də qiyməti satıcıdan soruşmaq cürətini özümdə tapıram. Eşitdiyim rəqəmin qarşısında heç də pərt olmadığımı göstərmək üçün boyunbağının yanındakı bir neçə bilərziyin qiymətini də soruşuram. Nə yaxşı ki, bu seçdiklərim, elə də baha olmur, ən azı Zamirə xanım üçün... Eləcə 5-6 min funt. Gözüm yenə 30 minlik (66 min manatlıq) boyunbağıda qalır. Elə onda boyunbağının kənarlarındakı arxa arxaya düzülmüş brilliantlara gözüm sataşır. Satıcının cavabını indi daha da yaxşı dərk edirəm.
Bura Londonun mərkəzindəki bahalı, brend markaların “göz bəbəyi” olan “Harrods” alış veriş mərkəzidir və mən də “Cartier” adlı mağazadayam. Çoxlarınız yəqin ki, Beynəlxalq Bankın prezidentinin qaçaq xanımı Zamirə Hacıyevanın “Harrods sərgüzəştləri” haqqında oxumusunuz, eşitmisiniz. Artıq bütün Britaniya mətbuatı bundan yazır.
10 il ərzində bu alış-veriş mərkəzində Zamirə Hacıyeva 16 milyon funt (21 milyon dollar) xərcləyib. Bir çoxlarınıza bu qəribə gələ bilər, hətta bəziləri “görəsən bu boyda pulu nəyə, necə xərcləyib?”, deyə, fikirləşə bilər. Elə mən də, ağlımda bu sualla getmişdim “Harrods”a. Amma qiymətlərlə yaxından maraqlandıqca başa düşürəm ki, 16 milyon funt bu alış-veriş mərkəzi üçün elə də ciddi bir rəqəm deyil. Bax, elə məsəl üçün Zamirə Hacıyevanın mənim olduğum “Cartier” adlı mağazadaki xərcləmələrinə baxaq. O, burdan 100.000 funt dəyərində alış-veriş edib.
“Cartier” fransız brendidir, dünyanın ən lüks qızıl, ləl-cəvahir mağazaları arasındadır. Ən bahalı daş-qaşlar arasında 18 karatlıq ağ briliantlarla bəzədilmiş 48 min funtluq bilərzikləri göstərmək olar. Elə bir-iki bilərzik, boyunbağı almaqla 100.000 funt çox qısa zamanda bitir, yəni bu “Cartier” üçün çox da böyük məbləğ sayılmır. Düzdür, “Cartier”də 1000-2000 funt dəyərində xırda karatlı üzüklər, balaca sırğalar, bilərziklər də var, ancaq inanmıram ki, xanım Hacıyeva öz dəyərli vaxtını 100 ədəd 1000 funtluq, ya da 50 ədəd 2000 funtluq qır-qızılları seçməklə xərcləsin.
Zamirə xanım ilə bağlı çıxan xəbərlərdə adamın ən çox xətrinə dəyən məsələ isə özünə 1800 funtluq şərab bazarlığı etməsinin yazılması, bu faktın yazılacaq qədər ingilis jurnalistlərə dəyərli gəlməsi oldu. “Harrods”da elə gözucu baxdığım bir neçə şərabın qiyməti minimum 100 funtdan başlayıb, 2000-3000 funta qədər çıxır. Yəni mən əslində 1800 funtun şərab zirzəmisinin yenilənməsi üçün xərclənməsini lazımı qədər güclü rəqəm hesab etmirəm. Bəlkə də Zamirə xanım, elə bircə butulka şərab alıbmış özünə, məsələ mətbuatın böyütdüyü kimi deyilmiş. Yəni indi insanlar durub bircə butulka şərabın da hesabatını versin?
Mən yazının bu hissəsində qısa bir haşiyə verib, “Harrods” haqqında bir neçə məsələyə aydınlıq gətirmək istəyirəm. İstəmirəm ki, siz gözəl Azərbaycan oxucularında belə bir fikir formalaşsın ki, “Harrods” Londonda ancaq imkanlıların getdiyi alış-veriş mərkəzidir. Bu formalaşmış fikir nəticəsində bəlkə siz Londona gedəsi olsanız, “Harrods”un çox bahalı, çox lüks olmasından çəkinib, ora getməkdən imtina edərsiniz və gözəl bir fürsəti qaçırasınız.
Heç də elə deyil, bunu bilin. Giriş mərtəbəsində, siz kosmetika mallarından, cürbəcür xoş ətirli parfumeriyadan ala bilərsiniz. Bunların qiyməti 30-100 funt arasında dəyişir və siz öz büdcənizə uyğun bazarlıq edə bilərsiniz. Harrods’un giriş mərtbəsində isə yemək, restoran, şirniyyat bölümü, ikinci mərtəbə də isə hədiyyəlik əşya bölümü var. Siz burdan Azərbaycandakı dostlarınıza 5-10 funtluq şirniyyatlardan, çaylardan, hədiyyələrdən alıb apara bilərsiniz. Əmin olun ki, o dostunuz sizə ömür boyu çox böyük hörmət göstərəcək. Axı, onlara bu hədiyyə “Harrods”dan alınıb.
Siz brend paltarlara baxıb-baxıb ah çəkməkdən yorulub, bir stəkan çay və ballı tort da yeyə bilərsiniz burdaki kafelərdən birində. Dediyim kimi, bunun üçün sizin Beynəlxalq Bankdan oğurluq etmənizə ehtiyac yoxdur. Hətta burda meyvə, tərəvəz də satılır.
“Harrods”a bir neçə addımlıq yerimə məsafəsindəki 11 milyon yarım funta aldığı evi nəzərdə tutmuram. Bakıdakı evini deyirəm. Amma heç inanmıram, Bakıda “Yaşıl bazar” dura-dura “Harrods”dan meyvə alsın.Ümumiyyətlə isə, Buçeron adlı brend saat-parfümeriya mağazasından bir dəfəyə 150 minlik bazarlıq etmək varkən, niyə insan meyvə-tərəvəz bölümünə getsin ki...
Ancaq inanıram ki, Zamirə xanım Londonda qaldığı günlərdə Bakıdan ötrü darıxanda gedib “Harrods”dan bir-iki kilo kürü alıb yeyib. İngiltərə mediası bunu da araşdıra bilər...
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Azərbaycanda kiçik məktəblər ləğv olunur - Bəs şagirdlər, müəllimlər ?
22 mart 2024 14:17
- Türkiyə iqtisadiyyatı Almaniya və Yaponiyanı da arxada qoyacaq
20 mart 2024 18:57
- Prezident Xankəndi ilə bağlı faktları açıqladı
18 mart 2024 21:06
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Qardaşı mərhum professor Şamil Vəliyev haqda müsahibə verdi... - MÜSAHİBƏ
12 mart 2024 19:54
- Britaniya məhkəməsi Feyziyevin 85 milyonluq əmlakı ilə bağlı qərarı qüvvədə saxladı
11 mart 2024 19:08
- Bağırov və Beriya müsavatçı olublar - Ermənilərlə 40 il bir evdə yaşayan inqilabçının qohumu DANIŞDI
11 mart 2024 00:30
- 1927-ci ildə 24 kəndimiz, 1929-cu ildə 9 kəndimiz, 1969-da Qaragöl yaylağı...1982-də Kəmərli, İncədərə və s Ermənistana verilib
10 mart 2024 19:20
- Yüzminlər adından deputatlara: mühüm və təcili müraciət
10 mart 2024 18:49
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06