"Modern Hospital"da faciə: mədəsini kiçiltmək istədi, klinikada öldü (FOTO)
Günün sitatı15 oktyabr 2018 11:32
Bakının Mərdəkan qəsəbəsindəki Qaranquş sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirov"Modern Hospital" klinikasında həkim Taryel Ömərov tərəfindən mədə kiçiltmə əməliyyatı olunandan bir ay sonra dünyasını dəyişib. Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb. Mərhumun yaxınları iddia edirlər ki, ölümə məhz həkim səhvi səbəb olub.
virtualaz.org-un redaksiyasına müraciət edən Samirin anası Solmaz Dəmirova və yaxın qohumu Rəşad Muradov əməliyyatdan sonra baş verənləri danışıb.
Muradovun sözlərinə görə, Samir artıq çəkidən qurtulmaq üçün həkim Taryel Ömərova müraciət edib. Çünki Ömərov mədə kiçiltmə əməliyyatının yeganə mütəxəssisi kimi internetdə və yerli telekanallarda reklam olunur. Samir də məhz buna görə həkimin əməliyyatın fəsadsız başa çatacağı vədlərinə inanıb. Əməliyyat bu ilin iyulun 26-da "Modern Hospital" klinikasında həyəta keçirilib.
Samir 160 kiloya yaxın çəkidə olub. Amma əməliyyatdan 1-2 gün əvvəl edilən müayinələrdə onda heç bir xəstəlik aşkarlanmayıb. Gözüyaşlı ana deyir ki, iki uşaq atası olan oğlunun ölümündən sonra istintaqa təqdim edilən analizlərin nəticəsindən ikinci dəfə şok yaşayıb. Yazılıb ki, Samir bir neçə xəstəlikdən, eləcə də şəkərdən əziyyət çəkirmiş. "Klinikada 6 gün qaldı, sonra evə buraxıldı. Qarnında kəskin ağrı başladığından səhəri gün klinikaya getdi. Həkim dedi ki, ağrını köp verir, əməliyyatdan sonra köp yaranması təbiidir", -şikayətçilər əlavə edirlər.
Ağrılar kəsmir, həkim bu dəfə əməliyyat zamanı tibbi alətlərdən xəstənin mədəsində 3mm-lik deşik yarandığını deyir. Ağrı kəskinləşir, növbəti gün xəstənin mədəsinin əməliyat sonrası burulmasının baş verdiyini söyləyirlər. Beləcə təxminən 2 həftə keçir və hər gün yeni bir bəhanə səsləndirilir.
Muradov hadisənin davamını danışır: "Biz Samiri təcili Türkiyə və ya Rusiya aparmaq istəyirdik, amma Ömərov dedi ki, buna gərək yoxdur. Mədəyə stend qoymaq lazımdır, bunun üçün Türkiyəyə sifariş verilib. 4 gün su belə içmədi".
Mədəyə stend qoymaq üçün digər klinikadan həkim dəvət edilsə də, gələn olmayıb. Ömərov əməliyyatı özü yerinə yetirib. Səhəri gün xəstəyə su içməsinə icazə verilib. Şikayətçilər deyirlər ki, həkimlə yazışmalar var və istintaqa təqdim ediləcək. Çünki həkim ağrlaşmanı normadan artıq maye qəbulu ilə əlaqələndirir, halbuki səs yazısında nə qədər istəyir maye qəbul edə biləcəyini söyləyib. "Növbəti müayinədən bəlli oldu ki, stend aşağı sürüşüb və icilən mayelər qarın boşluğuna tökülüb. Stend yuxarı qaldırılsa da, dəfələrlə yenidən sürüşüb, hətta xəstə koma halına düşəndən sonra belə yerində olmayıb. Stendin qoyulması 4 saat əməliyyatla mümkün olmuşdu", - Muradov qeyd edib.
Xəstə yaxınlarının təkidi ilə tanınmış professordan biri Samiri müayinə edib, ona əməliyyatdan sonra peritonit diaqnozu qoyulub, qarın boşluğunun təcili acılıb təmizlənməsini məsləhət bilib. Amma bu da kömək etməyib, Samir komaya düşüb. Buna görə təcili Mərkəzi Klinik Xəstəxanaya köcürüb. (hər iki klinikanın epikriz nüsxəsi var). Burda 14 gün müalicə aldıqdan sonra avqustun 30-da gecə dünyasını dəyişib. Yaxınları Samirin sağalması üçün 50 min manata yaxın pul xərcləyib, yataqxanada yaşayan köçkün ailəsi bunun üçün xeyli borca da düşüb. Hələ üstəlik xəstəxanaya da borclu qalıblar.
Ailənin Səbail Rayon Rrokurorluğuna şikayət əsasında Samir Dəmirovun ölüm səbəbinin müəyyən olunması üçün cəsədi Mərkəzi Patoloji Anatomiya Birliyində yarılıb, ekspertiza təyin edilib, yaxın günlərdə nəticələr bəlli olacaq.
Dərdli valideynlər ölkə prezidenti İlham Əliyevə müraciət edərək işin ədalətli araşdırılmasına, günahkarların cəzalandırılmasına köməklik göstərilməsini xahiş edirlər. Müalicəyə çəkilən pulların geri qaytarılması da tələb olunur, çünki iki atasız uşağa baxmaq, üstəlik borc ödəmək yaşlı valideynlər üçün imkansızdır.
"Modern Hospital"dan isə virtualaz.org-a bildiriblər ki, Taryel Ömərov 2013-cü ildən klinikanın baş həkimidir və saysız-hesabsız xəstələri var, aralarında tanınmışlar da az deyil. Buna baxmayaraq xəstə ölümü ilə bağlı sualı yalnız özü cavablandıra bilər, özü isə klinikada deyil. "Gələn həftə yenidən müraciət edərsiz, boş vaxtı olarsa həkim sizinlə danışar", - adını açıqlamaqdan imtina edən klinikanın qadın əməkdaşı əlavə edib.
Oxşar xəbərlər
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 2024 20:28
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 2024 12:17
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
Xəbər lenti
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
Video & Fotoqalereya
Video
Fotoqalereya