Prezident pambıqçılığın inkişafından narazıdır (ARAŞDIRMA)
Region15 oktyabr 2018 15:15
Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasda Prezident İlham Əliyev bildirdi ki, pambıqçılıq sahəsində 2017-ci ilin məhsuldarlığı bizi heç cür qane edə bilməz, bunun bir çox səbəbləri var və göstəriş verilmişdir, səbəblər araşdırılsın ki, pambıqçılıqda məhsuldarlıq artsın və sahə inkişaf etsin.
Qaynarinfo-nun verdiyi məlumata görə, 2016-cı ildən başlayaraq Prezident Azərbaycanda pambıqçılığın inkişafına çox ciddi dövlət dəstəyi göstərir. 2017-ci ildə pambıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edildi. Dövlət xətti ilə böyük həcmdə müasir texnika - 500-ə yaxın pambıqyığan kombayn, Azərbaycanda istehsal olunan traktorlar, eyni zamanda, xarici texnika, qoşqular və s. texnika alındı, şirkətlər və fermerlərə 70 faiz güzəştlə gübrələr verilir.
Lakin bu sahəyə göstərilən dövlət dəstəyinə və ayrılan külli miqdarda subsidiyalara baxmayaraq, planlaşdırılan nəticələrdən aşağı nəticələr əldə olunur. Bu azmış kimi, 2018-ci ilin iyun ayında İmişlinin pambıq tarlalarında 52 işçi, Saatlıda 24 işçi, Tərtərdə 25 nəfər işçi və onlardan 8 nəfəri uşaq olmaqla kimyəvi dərmanlardan zəhərlənir.
Pambıqçılıqda olan boşluqlar araşdırılarkən, maraqlı faktlar ortaya çıxmağa başlayır. Real faktlara nəzər saldıqda, aydın olur ki, 2017-ci ilə ölkə üzrə əkildiyi iddia edilən 135-136 min hektar sahənin ən azı 100 min hektarı "MKT İstehsalat Kommersiya” MMC tərəfindən əkilməsi nəzərdə tutulmuşdur. Lakin 2018-ci ilin mart ayında Prezident İlham Əliyevin sədrliyi ilə pambığçılığın inkişafına dair müşavirədə "MKT İstehsalat Kommersiya” MMC-nin baş direktor müavini Rövşən Həsənov Prezidentin qarşısında çıxış edərkən "MKT İstehsalat Kommersiya” MMC üzrə 70 min 563 hektar sahədə pambıq əkini üzrə çıxış alınıb və 130 min 679 ton xam pambıq tədarük edildiyini bildirmişdi. Ortaya sual çıxır, məgər "MKT İstehsalat” 70.5 min hektaramı pambıq səpmişdi? Əlbəttə ki, yox. Əldə olunan məlumatlara əsasən "MKT İstehsalat” tərəfindən 90-100 min hektar əraziyə xərc çəkilib, dövlət subsidiyası verilib, yanacaq və işçi qüvvəsi sərf olunub. Bu qədər xərcin qarşılığında isə, Rövşən Həsənovun sözü ilə desək "70.5 min hektar sahədə əkin üzə çıxıb”? Hətta bu göstəricilərlə belə, 1 hektara 18 hektar məhsul düşür. Lakin, Rövşən Həsənov cənab Prezident qarşısında çıxış edərkən, 1 hekdardan 24 sentner pambıq yığılacağını bildirmişdir. Bu şişirdilmiş məlumatlar eyni zamanda Dövlət Statistika Komitəsinə ötürülür. Lakin DSK-a yenə də reallığa uyğun məlumatlar dərc etməyə çalışır. Beləki, DSK-ın məlumatına əsasən, 2017 ci ildə 1 hektara düşən məhsuldarlıq 15 sentner təşkil etmişdir, 2018-ci ildə isə 18 sentner olacaq. Azərbaycanda becərilən pambığın 55%-60% "MKT İstehsalat Kommersiya” tərəfindən tədarük edildiyini və 1 hektardan 15 sentner yığıldığını nəzərə alsaq, "MKT İstehsalat Kommersiya” 1 hektardan heç cür 24 sentner tədarük edə bilməz.
İndexMundi.com data portalının dərc etdiyi statistik məlumatlara əsasən Azərbaycan 1 hektara 15 sentner pambıq tədarük etməklə, pambıq əkini ilə məşqul olan 77 ölkə sırasında 31-ci yerdədir. Liderlik isə Türkiyə (50 sentner), Avstraliya (48 sentner) və İsraildədir (47 snetner).
Bəs Prezidentin bu qədər əhəmiyyət verdiyi strateji istiqamətə – pambığçılıq sahəsinə faktiki və pərdəarxası rəhbərlik edən şəxs kimdir? Qeyd etdiyimiz kimi, bu sahənin 60%-dan çoxuna nəzarət edən şirkət "MKT İstehsalat Kommersiya” birliyidir və bu şirkətə faktiki rəhbərlik edən şəxs isə Eldar Cəfərovdur. Bərdə müşavirəsində Prezidentin qarşısında çıxış edərək yalnış rəqəmlər səsləndirən keçmiş maşın al-verçisi Rövşən Həsənov isə Eldar Cəfərovun yaxın adamı hesab edilir və bu vəzifəyə onun tərəfindən təyin olunub. Lakin bütün qərarları yenə də Eldar Cəfərov verir. Eldar Cəfərov bu gün həmçinin "Gilan Agricultural Group”a da rəhbərlik edir, istənilən şəxsi təyin edir və onun kombinasiyalarına mane olan şəxsləri vəzifədən azad edir.
Bu şəxs (Eldar Cəfərov) haqqında mətbuatda dəfələrlə məlumatlar dərc edilib. Onun "MolBulak” BOKT və "Kred Aqro”nun təsisçisi olduğunu və bu qurumlar tərəfindən verilən kreditlərin müqabilində müştərilərdən kreditin 10 faizi məbləğində rüşvət alındığını, bölgələrdə filial ofisləri üçün müvafiq ərazilərin alınması və ofis binalarının tikintisi zamanı sənədlərdə qiymətlərin faktiki məbləğdən yüksək göstərilməsini, icbari sığorta subyektlərini əvvəlcədən razılaşdığı sığorta şirkətlərinə yönəltməsini və bunun müqabilində isə sığorta məbləğinin 30-35 faizinin nəğd şəkildə şirkət tərəfindən ona geri ödənilməsini tələb etdiyi haqda mətbuat dəfələrlə yazıb. Eldar Cəfərov eyni zamanda "Texnikabank"ın keçmiş sahibi Etibar Əliyevlə "İnvest Kredit" İttifaqını yaratdığını və müxtəlif yollarla qazandıqları pulları bu təşkilat vasitəsi ilə də dövriyəyə buraxdıqlarını, "Kred Aqro” BOKT-da "yoxa çıxmış” 4 milyon 523 min manatın 3 milyon manatını onun Rusiyanın Kazan şəhərində yaşayan qardaşı Ramiz Cəfərovun, qalanı isə onun Qırğızıstandakı qardaşının adına keçirməsini, milyonlarla manat dəyəri olan bağ evi, şadlıq sarayı, şəhərin mərkəzində mülkü, bahalı avtomobilləri ("Mercesed S”, "Range Rover”, "BMW”) olan bu şəxs sizcə kəndli və fermerlərin problemləri ilə maraqlanaraq, pambıqçılığın inkişafı yollarını araşdırmaq iqditarındadırmı? Pambıqçılıqdan və kənd təsərrüfatından anlayışı olmayan, gündəlik intriqalardan başı açılmayan bu şəxs nəinki "Gilan"ın kənd təsərrüfatı sektoruna rəhbərlik edir, ona həmçinin "Gilan Holdinq"in qida sənayesi, o cümlədən "Abşeron Taxıl”, çörək zavodları, fındıq emalı fabrikləri və s. onlarla strateji müəssisələr həvalə edilib. Görünür, pambıqçılıq sahəsindəki "nəaliyyətlərini” digər sahələrdə də tətbiq edəcək. Nəticələr isə göz qabağındadır.
Prezident Nazirlər Kabinetinin son iclasında bildirdi ki, pambıqçılıqda olan aşağı məhsuldarlıq araşdırılır. Sözsük ki, problemlər araşdırılacaq və yeni təyin olunmuş Kənd Təsərrüfatı Nazirinin innovativ yanaşması nəticəsində problemlər aradan qaldırılacaq. Kəndli fermerlərə verilən toxumların, gübrə və dərmanların keyfiyyətinə nəzarət olunacaq, subsidiyalar istiqaməti üzrə xərclənəcək, pambıq əkini üçün ayrılan sahələrdə digər bitkilər əkilməyəcək, suvarma sistemli aparılacaq, yığım vaxtında həyata keçiriləcək, Türkiyə təcrübəsi yaxından öyrəniləcək və ən əsası - kəndli/fermerlərə mütəmadi təlimlər keçiriləcək, əməyin təhlükəsizliyinə diqqət yetiriləcək. Problemləri isə ancaq dürüst və yerində olan peşəkar kadrlarla aradan qaldırmaq mümkündür.
Aydın
Qaynarinfo.Az
Oxşar xəbərlər
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 2024 10:49
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- İtaliyada XVI əsrə aid qadın VAMPİR-in siması bərpa edildi
25 mart 2024 10:42
- Krokus teraktının qəhrəmanı olan 15 yaşlı QIRĞIZ BALASI danışd - Əvvəlcə qorxdum…
24 mart 2024 21:13
- İlham Əliyev Putinə zəng etdi
24 mart 2024 20:37
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya