Bakıda erməni kartofları satılır (TƏHLÜKƏ)
Dünya22 oktyabr 2018 15:02
Bakıda kənd təsərrüfatı məhsullarının topdansatışını həyata keçirən bazarlarda ermənilərin becərdiyi kartofların kütləvi satışı həyata keçirilir.
Qaynarinfo-nun verdiyi xəbərə görə, Gürcüstanın ermənilər yaşayan Axalkalaki bölgəsindən Azərbaycana hər gün yüz tonlarla kartof idxal olunur. Daha dəqiq desək, ölkəyə hər gün Gürcüstan ermənilərindən satın alınan təxminən 250 ton kartof gətirilir. Bunun da böyük hissəsi Azərbaycanda kartof idxalı ilə məşğul olan 4-5 işbazın payına düşür.
Məlum olduğu kimi, Gürcüstanın cənubunda yerləşən Samtsixe-Cavaxeti diyarı və mərkəzi Axalkalaki şəhərinin əhalisi əsasən ermənilərdir. Buradakı iş adamları da erməni diasporunun aktiv dəstəkçiləri hesab olunur. Dünyanın istənilən nöqtəsində yaşayan hər hansı erməninin də Azərbaycana münasibəti artıq hər kəsə bəllidir. Onda belə çıxır ki, biz öz əlimizlə erməni diasporunun varlanmasına, güclənməsinə dəstək oluruq. 4-5 işbazın "alveri" yaxşı gedəcək deyə, ölkədən milyonlarla manat vəsaiti erməni diasporunun cibinə axıdırıq.
Digər tərəfdən, ölkənin qida təhlükəsizliyi də təhlükə altına düşür. Bu kartoflar vasitəsi ilə Azərbaycana hansısa təhlükəli xəstəliklərin, virusların ötürülməyəcəyinə kim təminat verə bilər? "Qırmızı körpü"də kartof daşıyan yük avtomobillərini yoxlamaq üçün qapının ağzındakı kisələrdən ara-sıra bir-iki nümunə götürüb yoxlamaqla kifayətlənən Qida Təhlükəsizliyi Agentliyimi?
Bəlkə "Qırmızı Körpü" gömrük postunun, Tovuz Gömrük İdarəsinin və ya Bakı Baş Gömrük İdarəsinin rəhbərliyi?
Maraqlıdır ki, Gürcüstan özü kartof tələbatının heç yarısını ödəyə bilmir və kartofun 50 faizini Türkiyədən idxal edir. Belə olduğu halda, sual yaranır: görəsən Gürcüstan ermənilərini öz kartoflarını daha ucuz qiymətlərlə (15-20 qəpik), həm də kütləvi surətdə Azərbaycana satmağa sövq edən səbəblər hansılardır?
Və ya, Rusiya, Ukrayna, Belarus kimi alternativ, həm də sərfəli variantlar olduğu halda, məhz erməni kartoflarını kütləvi surətdə ölkəyə gətirib, bütün Azərbaycana yedizdirən 4-5 yerli işbazın hədəfləri, maraqları nədir?
Bazarlarda kiçik bir reydimiz zamanı da maraqlı məqamların şahidi olduq. Yük avtomobillərinin sahibləri, satıcılar özləri də qeyri-rəsmi söhbətlərimizdə məhsulun məhz "erməni kartofu" olduğunu gizlətmədilər.
Bu məhsullar Axalkalakidə əsas topdançılar olan Artu, Aşot, Levon, Karen və Arnik adlı erməni işbazlardan alınır. Maraqlı məqam odur ki, Axalkalakidə böyük anbarları olan Artuş (soyadını dəqiləşdirə bilmədik- red.) və başqalarının anbarlarında həm də Ermənistandan gətirilən kartoflar saxlanılır və oradan da Azərbaycandan gələn yük avtomobillərinə yüklənilir.
Göründüyü kimi, mövzu təkcə qida təhlükəsizliyi məsələsi deyil, həm də milli təhlükəsizlik məsələsidir.
Ümid edirik ki, aidiyyatı qurumlar qaldırdığımız mövzuya ciddi yanaşaraq, dərhal məsələyə müdaxilə edəcək və ən azı, Gürcüstandan kartof idxalının qarşısını alcaqlar.
Yoxsa, ölkənin əsas strateji məhsullarından hesab olunan və hər evdə gündəlik istifadə olunan kartofun "ölüm virusu"na çevrilmə təhlükəsi var.
Oxşar xəbərlər
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 2024 11:56
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 2024 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 2024 11:16
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 2024 09:49
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər
12 aprel 2024 11:30
- Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - Rəsmi açıqlama
11 aprel 2024 20:25
- Erməni çoban sürüsü ilə Azərbaycan ərazisinə keçdi, atışma başladı, yaralı var ...
10 aprel 2024 19:48
Xəbər lenti
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
Video & Fotoqalereya
Video
Fotoqalereya